Fact-info.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Britaniyanın “The Business Year” jurnalının “The Business Year: Azerbaijan – 2016” xüsusi buraxılışının təqdimat mərasimində bildirib.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan dünyada sülhün bərqərar olmasına dəstək verir, beynəlxalq hüquq normalarının həyata keçirilməsində mühüm addımlar atır: “Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bilirsiniz ki, Avropa Oyunları Azərbaycanda keçirilib. Bundan başqa, bir sıra digər beynəlxalq tədbirlər də keçirilib. Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması üçün böyük səylər göstərir. Azərbaycan qarşıdan gələn dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Biz bu istiqamətdə fəalliyətimizi davam etdirmək niyyətindəyik”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, multikultural dəyərlərin təşviqinə dəstək göstərir.
Qeyd edək ki, “The Business Year” şirkəti Prezident İlham Əliyevi 2015-ci ildə “Dünyada ilin adamı” seçib.
Baxış sayı: 1 856
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

