FACT-INFO.AZ » XƏBƏR » Peter Siyarto: Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini-mədəni abidələrin bərpasında əməkdaşlığa hazırıq
29-09-2021, 07:30 | XƏBƏR
Peter Siyarto: Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini-mədəni abidələrin bərpasında əməkdaşlığa hazırıq

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Peter Siyartoya sualla müraciət edib. Azərbaycanlı deputat ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın son illərdə beynəlxalq aləmdə həmin istiqamətdə əhəmiyyətli addımları ilə müşayiət edilən mövzuya diqqət çəkərək deyib: “Avropa Şurası Nazirlər Komitəsinin Macarıstan sədrliyi dövründəki prioritetlərindən biri "Dözümsüzlüklə mübarizədə mədəniyyətlərarası dialoqun vacib rolunu vurğulayan dinlərarası dialoq" adlanır. Azərbaycan çoxmədəniyyətli və çoxkonfessiyalı ölkə olaraq dünya xalqları, eləcə də Avropa cəmiyyətləri arasında mədəniyyətlərarası dialoqun dəstəklənməsinin və inkişaf etdirilməsinin vacibliyinə inanır. Avropa qitəsində getdikcə artan dözümsüzlük və bölücü populist hərəkatlar fonunda, Nazirlər Komitəsinə rəhbərliyi dönəmində Macarıstanın bu mövzunu Avropa Şurasında yenidən gündəmə gətirməsini yüksək qiymətləndirirəm. Maraqlıdır ki, Macarıstan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Avropa ictimaiyyəti arasında bu niyyətin daha effektiv gerçəkləşdirilməsindən ötrü hansı tədbirləri görmək niyyətdindədir?”.

Sualı cavablandıran Peter Siyarto deyib: “Bu sahədə də Azərbaycanı ən yaxın həmfikirimiz və silahdaşımız hesab edirik. Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqa ardıcıl töhfələrini yüksək qiymətləndiririk. Bu yaxınlarda Azərbaycanın mədəniyyət naziri ilə görüşdüm. Mədəniyyət paytaxtı elan edilmiş Şuşanın quruculuğu, eləcə də Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dini-mədəni abidələrin bərpasında əməkdaşlıq etməyə hazırıq. Azərbaycanda olduğu kimi, Macarıstanda da katolik kilsəsi sinaqoqla yanaşıdır. Ən müxtəlif dinlərin və fərqli mədəniyyətlərin nümayəndələrinin rahat birgəyaşayışının təmin edilməsi əvəzsiz sərvətdir”.

Nazirlər Komitəsi sədri bu yanaşma tərzinin bir düşüncə və fəaliyyət istiqaməti kimi Avropada daha artıq bərqərar olması üçün ölkəsinin sədrliyi müddətində bütün səylərin səfərbər ediləcəyini söyləyib.




Baxış sayı: 689
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930