FACT-INFO.AZ » SİYASƏT » “Ədəbi abidələrimizin və əbədi ədiblərimizin böyük hamisi – Heydər Əliyev” mövzusunda elmi sessiya
11-05-2016, 09:10 | SİYASƏT
“Ədəbi abidələrimizin və əbədi ədiblərimizin böyük hamisi – Heydər Əliyev” mövzusunda elmi sessiya

Bu gün ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada böyük öndər Heydər Əliyevin silinməz, parlaq izi olmasın. Ulu Öndərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə də göstərdiyi diqqət onun yorulmaz fəaliyyətinin nəzəri xüsusi cəlb edən və ayrıca araşdırılmağa layiq olan istiqamətlərindəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilmiş “Ədəbi abidələrimizin və əbədi ədiblərimizin böyük hamisi – Heydər Əliyev” mövzusunda elmi sessiyada səsləndirilib.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov Ulu Öndərin xalqımızın mənəvi sərvətlərinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərindən söz açıb. Ümummilli Liderin muzeyə həmişə xüsusi qayğı ilə yanaşdığını söyləyən akademik R.Hüseynov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana yenidən qayıdışından sonra onun ilk ziyarət etdiyi yerlərdən birinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olduğunu söyləyib.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyev istər Azərbaycan ədəbiyyatının klassikləri olan Nizaminin, Nəsiminin, Füzulinin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, istər yeni dövrün görkəmli şair və yazıçılarının əsərlərinin nəşri, ölkəmizin hüdudlarından kənarda təbliği, istərsə də yubiley mərasimlərinin keçirilməsi, abidələrinin ucaldılması, xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüb. Bununla da Ulu Öndər bir tərəfdən ölkəmizin və xalqımızın dünyada daha yaxından tanınmasına, digər tərəfdən millətimizin mənəvi baxımdan daha da zənginləşməsinə etibarlı zəmin yaradıb.

Ulu Öndərin Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı olduğunu deyən R.Hüseynov müdrik siyasətçi Heydər Əliyevin hələ sovet dövründə ölkə mədəniyyətinin inkişafı üçün əlindən gələni etdiyini vurğulayıb. Bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin UNESCO xəttilə beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Liderin tarixi xidmətlərindən biridir. Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi ulu öndər Heydər Əliyevin klassik irsə münasibətinin nəticəsi idi.

Muzeydə hazırlanmış 10 lövhədən ibarət sərgi ümummilli lider Heydər Əliyevin 30 ildən artıq müddətdə Azərbaycan ədəbiyyatı və incəsənətinə verdiyi töhfələrin mənzərəsini fotoşəkillərin, sənədlərin dili ilə əyani nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin böyüklüyünü, onun şəxsiyyətinin Azərbaycan və dünya üçün müstəsnalığını zaman ötdükcə daha artıq dərk edirik. Ümummilli Lider müasir Azərbaycan dövlətini qurub və onun gələcəkdə yüksəlməsi üçün möhkəm təməllər yaradıb. Azərbaycanın bütün tarixi boyu qazandığı sərvətləri sırasında ən qiymətlisi onun istiqlalıdır, müstəqilliyidir.

Tədbirdə muzey direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Xatirə Bəşirli “Heydər Əliyev və dil siyasəti”, professor Kamil Allahyarov “Heydər Əliyev türkdilli xalqların ədəbiyyatının hamisi kimi”, filologiya elmləri doktoru Şəfəq Əlibəyli “Heydər Əliyev: poeziya sevgisi” və muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Heydər Əliyev və ədəbiyyat” mövzusunda məruzələrlə çıxış ediblər.

 

 




Baxış sayı: 2 074
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031