Müraciətdə 1992-ci il mayın 8-ə keçən gecə erməni hərbi birləşmələri tərəfindən Şuşanın işğal edildiyi, əhalinin qətlə yetirildiyi, şəhərdəki ictimai binaların, eləcə də tarixi abidələrin məhv edildiyi bildirilir. “Artıq 23 ildir ki, bu qədim və müqəddəs torpaq erməni işğalçıları tərəfindən zəbt edilib. Şuşanın işğalı bütün Azərbaycan xalqının mənəviyyatına vurulmuş ağır bir zərbədir. Hər il Azərbaycanda və xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları tərəfindən Şuşanın işğalı ilə bağlı təşkil edilən anım tədbirlərində dünyanın nüfuzlu təşkilatlarına müraciətlər qəbul edilir. Müraciətlərdə Azərbaycanın ərazisinin 20 faizinin erməni işğalı altında saxlanıldığı və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinə, Avropa Birliyinin qətnamələrinə məhəl qoyulmadığı xatırladılır”, – deyə sənəddə qeyd edilib.(AZƏRTAC)
Baxış sayı: 1 858
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

