Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etmələri Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilib. Ölkənin aparıcı media orqanları, o cümlədən Anadolu Agentliyi, TRT kanalı, “Yeni şəfəq”, “Sabah” və digər qəzetlər dövlətimizin başçısının cəbhə bölgəsinə səfərinin əhəmiyyəti barədə Türkiyə ictimaiyyətinə ətraflı məlumat verib. Xüsusilə qardaş ölkə mətbuatı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəşlər nəticəsində yaralanan mülki şəxslərə baş çəkməsinə geniş yer ayırıb.
Yazılarda erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağdam və Tərtər rayonlarına əlavə vəsait ayrılması məsələsi də öz əksini tapıb. Həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycan tərəfinə vurduğu maddi zərər və dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlər barədə rəsmi statistika da açıqlanır.(AZƏRTAC)
Baxış sayı: 2 034
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

