Britaniyalı jurnalist Tomas de Val Tehranla Qərbin arasında nüvə proqramına dair əldə edilən ilkin razılaşmanın region üçün mümkün təsirini şərh edib. O, qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra İranın regionda əsas güc olması ilə bağlı proqnozlar özünü doğrultmadı: “Azərbaycan, Ermənistan və Gürcüstan Rusiya (MDB, KTMT) və Avropa (ATƏT, Avropa Şurası) təşkilatlarına qoşulub. İran Azərbaycanın əsas neft və qaz layihələrində iştirak etmək şansını itirib”. Val qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı Qarabağ münaqişəsində İran vasitəçilik edə bilmir. 1992-ci ildə Dağlıq Qarabağda İranın broker olmaq cəhdi də fiaskoya uğradı: “İranın ən güclü əlaqələri regionun ən zəif ölkəsi olan Ermənistanladır. Ötən il İranın Ermənistandakı səfiri mətbuat konfransı keçirərək bildirdi ki, İrandan Ermənistana gedən qaz kəməri Gürcüstana qədər genişlənə bilər. Və İran Qarabağ münaqişə zonasında üçüncü ölkənin sülhməramlılarının olmasının əleyhinədir”. Sonda müəllif bildirib ki, İran 25 ildir ki, regionda öz mövqeyini itirib və bu ölkənin dünyaya açılışı Cənubi Qafqaza təsir etməyəcək.
Baxış sayı: 4 370
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

