FACT-INFO.AZ » SİYASƏT » Senatorlardan erməni təxribatı ilə bağlı Ollanda müraciət
9-04-2016, 09:40 | SİYASƏT
Senatorlardan erməni təxribatı ilə bağlı Ollanda müraciət

Fact-info.az-ın AzərTac-a istinadən  məlumatına görə, məktubda bildirilir ki, aprelin 2-də Ermənistan Dağlıq Qarabağda qoşunların təmas xəttində ağır artilleriyadan intensiv atəş açaraq atəşkəs rejimini pozub və dinc əhali arasında iki nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində dinc əhalisinin təhlükəsizliyini təmin etmək, təxribatları dayandırmaq və yeni təcavüz aktlarının qarşısını almaq məqsədilə zəruri tədbirlər görüb. Aprelin 3-də isə Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib və bununla bir daha münaqişəni sülh yolu ilə həll etməkdə maraqlı olduğunu göstərib. Ancaq aprelin 5-də Ermənistan yenə atəşkəs rejimini pozaraq intensiv atəş açmaqda davam edib. Günahsız insanların həyatına son qoyan bu son qarşıdırma beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT-in Minsk qrupuna bir daha status-kvonun saxlanmasının mümkün olmadığını göstərir.  

Məktubda deyilir: “Cənab Prezident, biz bilirik ki, siz münaqişənin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün Fransanın xarici siyasətində bu istiqamətdə daim səy göstərmisiniz. Buna görə də Sizə müraciət edirik.  

Bildiyiniz kimi, münaqişənin həllinin əsas təməli BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri və BMT Baş Assambleyasının 62/243 (2008) saylı qərarı ilə müəyyən edilsə də, Ermənistan bu sənədləri yerinə yetirmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında saxlanılan torpaqlarında qeyri-qanuni yerləşməsi eskalasiyalara əsas səbəbdir və regionda sülh və stabillik üçün təhlükə olaraq qalmaqdadır. Eyni zamanda, işğal olunmuş ərazilərdə aparılan demoqrafik dəyişikliklər, eləcə də bu torpaqların anneksiyası məqsədilə erməni mühacirlərin həmin ərazilərdə yerləşdirilməsi təhlükəni daha da gücləndirir”.

Senatorlar və deputatlar bildirirlər ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin qısa müddət ərzində atəşkəsin qətiyyətlə təmin edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi məqsədilə dərhal fəaliyyət göstərməsi vacibdir. Yalnız beynəlxalq hüquqa riayət olunması dünyanın bu hissəsində sülh və ədalətin bərpa olunmasına imkan verəcək.  

Deputat Jan-Fransua Manselin, senator Jerom Binyonun, deputat, Fransanın sabiq ədliyyə naziri Raşida Datinin imzaladıqları məktub bu sözlərlə sona çatır: “Cənab Prezident, ümid edirik ki, Siz bu haqq işi üçün lazımi töhfələrinizi verəcəksiniz”.  




Baxış sayı: 1 725
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031