FACT-INFO.AZ » SİYASƏT » “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda keçirilən III beynəlxalq elmi konfransın iştirakçılarına
9-04-2016, 09:15 | SİYASƏT
“Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımı” mövzusunda keçirilən III beynəlxalq elmi konfransın iştirakçılarına

Sizi səmimi qəlbdən salamlayır və mötəbər elmi toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

Müasir dövrdə dinc birgəyaşayış normalarının təmin edilməsi, multikulturalizm ideyalarının bərqərar olması bütün bəşəriyyət üçün öz aktuallığını saxlayır. Təəssüf ki, hələ də dünyada milli, irqi, dini və digər əlamətlərinə görə insanların terrora məruz qalması, kütləvi şəkildə qırılması və deportasiya edilməsi kimi hadisələr baş verir. Yalnız zorakılığa, qanlı cinayətlərə və soyqırımlarına yol açan bütün hallara qarşı hamılıqla mübarizə aparılacağı təqdirdə, indiki və gələcək nəsilləri ağır bəlalardan qorumaq mümkündür.

Tarixin müxtəlif mərhələlərində çətin sınaqlardan keçmiş Azərbaycan və digər türk-müsəlman xalqlarının üzləşdikləri soyqırımı hadisələrinə də obyektiv hüquqi-siyasi qiymətin verilməsi mühüm vəzifə kimi qarşımızda durur. Soyqırımı aktı təkcə onun qurbanlarına qarşı deyil, həm də bütün bəşəriyyət əleyhinə törədilmiş ağır cinayət hesab edilir. Cinayətkarların beynəlxalq hüquq normalarına uyğun olaraq layiqli cəzalarına çatması və gələcəkdə belə halların qarşısının alınması üçün ilk növbədə tarixin qanlı səhifələrinin dərindən öyrənilməsi, proseslərin adekvat elmi dəyərləndirilməsi zəruridir. Ona görə də müxtəlif ölkələrin elm adamlarının səylərinin bu istiqamətdə birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əminəm ki, Azərbaycan xalqının başına gətirilən amansız soyqırımların izlərinin hələ də itmədiyi Şamaxı şəhərində keçirilən III beynəlxalq elmi konfrans da əvvəlki toplantılar kimi faydalı olacaq, tarixi gerçəkliyin üzə çıxarılmasına, haqq və ədalətin zəfər çalmasına xidmət edəcəkdir. Sizə bu şərəfli işinizdə uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

 




Baxış sayı: 1 667
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30