FACT-INFO.AZ » SİYASƏT » M.Krams: Latviyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməzdir
5-04-2016, 10:40 | SİYASƏT
M.Krams: Latviyanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi dəyişməzdir

G. Muradov Latviya XİN təmsilçisinə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycan XİN-in bəyanatı, habelə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı haqqında ətraflı informasiya verib.

Azərbaycan diplomatı qoşunların təmas xəttində yaranan hərbi gərginlik barədə danışıb. O qeyd edib ki, Azərbaycanın hərbi hərəkətləri birtərəfli qaydada dayandırmaq barədə bəyanatına baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə götürüb, hücum və təxribat hərəkətlərini davam etdirirlər.

G.Muradov Latviya tərəfini Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. Diplomat qeyd edib ki, Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiyadır və beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi daşıyır. Rəsmi İrəvan Azərbaycan ərazilərinin işğalı və ilhaqına əsaslanan hazırkı status-kvo vəziyyətini saxlamaq niyyəti güdür.

Direksiya rəhbəri M.Krams diqqətə çatdırıb ki, Latviya XİN-i bəyanatla çıxış edib. Həmin bəyanatda Azərbaycana və Ermənistana hərbi əməliyyatları dayandırmaq çağırışı edilib. Biz Dağlıq Qarabağ üzrə Minsk qrupunun və barışığın bərpa edilməsi üzrə üç həmsədrin səylərini dəstəkləyirik.

M.Krams bildirib ki, Dağlıq Qarabağda ağır döyüşlər regionda sülhə və sabitliyə təhdiddir. Diplomat bir daha vurğulayıb ki, Latviyanın Dağlıq Qarabağa dair mövqeyi dəyişməzdir. M.Krams hərbi qulluqçuların həlak olmasından təəssüfünü qeyd edib, həlak olmuş hərbçilərin doğmalarına və yaxınlarına başsağlığı verib.

G.Muradov diqqətə çatdırıb ki, yaranan vəziyyətə görə, bütün məsuliyyəti təcavüzkar və işğalçı ölkə kimi Ermənistan daşıyır. Ermənistanın təcavüzkar siyasəti dünyada gedən qlobal proseslər fonunda regiondakı sabitlik üçün təhlükə törədir. G.Muradov hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətsizliyin aradan qaldırılması ilə konfliktin həll olunmasının vacibliyini qeyd edib. (AZƏRTAC)

 

 




Baxış sayı: 2 092
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Bu gün, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Bu gün, 08:30 “Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930