Əminəm ki, Bakı Forumu konkret addımların atılması baxımından mühüm rol oynayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri IV Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq müdafiə naziri Ehud Barak jurnalistlərə açıqlamasında səsləndirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Bakı Forumunda əvvəllər də iştirak etdiyini xatırladan Ehud Barak bu forumun artıq dünyada böyük nüfuz qazandığını vurğulayıb. Qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən önəmli şəxslərin Azərbaycana toplaşması müzakirə aparmaq üçün əlverişli imkan yaradır.
Azərbaycanın multikulturalizmin daha geniş inkişafı üçün inamlı addımlar atdığını söyləyən Ehud Barak deyib: “Azərbaycan digər xalqların nümayəndələrinə dözümlü yanaşan önəmli ölkələrdən biridir. Biz Azərbaycanın inkişafını yüksək qiymətləndiririk. O, bütün cəmiyyətlərə açıq tolerant bir ölkədir. Azərbaycan müxtəlif xalqların sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşaması üçün böyük səylər göstərir”. Sabiq nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyi dəstəklədiyini bildirib.
Baxış sayı: 1 795
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

