Proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün Hallandeyl-Biç şəhərinin meri Coy F.Kuper 2016-cı il fevralın 26-nı Hallandeyl-Biç şəhərində Xocalı qırğınının 24-cü ildönümünü günü elan edir. Bu sənəd Florida ştatının Azərbaycan Assosiasiyasının prezidenti Töhfə Eminovaya təqdim olunub. Proklamasiya ABŞ Azərbaycanlıları Şəbəkəsinin illik kampaniyası nəticəsində qəbul edilib.
Baxış sayı: 1 794
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

