FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Vikipediyada Xan Şuşinski haqqında əcnəbi dildə bölmə yaradılıb
14-08-2020, 09:40 | MƏDƏNİYYƏT
Vikipediyada Xan Şuşinski haqqında əcnəbi dildə bölmə yaradılıb

Bu ilin fevral ayından Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin başlatdığı layihə əsasında Qarabağa dair çoxsaylı tədbirlər, müsabiqələr keçirilir, nəşrlər, araşdırmalar, məqalələr hazırlanır, virtual məkanda isə özbək dilində bölmələr, məlumat mənbələri istifadəyə verilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycanın Qarabağ diyarının tanınmış muğam ustadı, xanəndə, Azərbaycan SSR xalq artisti Xan Şuşinski haqqında Özbək dilində geniş bölmə Vikipedia Elektron Ensiklopediyasında istifadəyə verilib.

Yaradılmış bölmədə qeyd olunur ki, əsl adı İsfəndiyar olan Azərbaycan muğam sənətinin korifey sənətkarı, Azərbaycanın mədəniyyət, musiqi beşiyi olan Şuşanın yetirməsi Xan Şuşinski öz yaradıcılığı ilə milli mədəniyyətimizi dünyaya tanıtmışdır. Vurğulanır ki, Azərbaycan muğamlarının ifaçılıq tarixində özünəməxsus yer tutan sənətçi ustad, pedaqoji fəaliyyəti ilə özündən sonra çoxsaylı gənc istedadların inkişafında mühüm rol oynamışdır.

Yaradılmış bölmədə Xan Şuşinskinin həyatı, onun Qarabağda, Şuşada yaradıcılığı, onun yaratdığı muğam nümunələri, əsərləri, mükafatları haqqında məlumat verilir, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycanda “Xan Şuşinski Fondu”nun yaradıldığı qeyd olunur.

Bölmədə Xan Şuşinskinin repertuarına nəzər salınır, onun "Mahur-Hind", "Bayatı-Qacar", "Qarabağ şikəstəsi", "Arazbari", "Heyrati" muğamları, "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə" və başqa əsərlər ilə Azərbaycan musiqi tarixinə əbədi olaraq öz imzasını qoyduğu vurğulanır. Özbək dilində istifadəyə verilmiş “Xon Shushinskiy” adlı bölmə ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Vikipediya könüllüləri ilə əlaqəli, sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması işini davam etdirir.




Baxış sayı: 2 724
Abşeron Sağlamlıq Mərkəzi: ”Bir ünvan... Bir hiss... Min xatirə...” Bu gün, 12:00 Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur Bu gün, 12:00 Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Bu gün, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Bu gün, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Bu gün, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Bu gün, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib Dünən, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir Dünən, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır Dünən, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See Dünən, 16:30 Vətən və Qərbi Azərbaycan Dünən, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı Dünən, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub Dünən, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər Dünən, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb Dünən, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi Dünən, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00 İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   27-09-2026, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib 27-09-2026, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb 27-09-2026, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub 27-09-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930