2022-05-13 08:45:46 | AKTUAL
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı statusunda olan bir şəhərdir. İndi hər bir azərbaycanlı, hətta bu şəhəri 28 ilyarım əsarətdə saxlayan düşmən də bilir ki, Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı ilə işğaldan azad edilmiş Şuşa şanlı Zəfərimizə vurulan möhür idi.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev Şuşanın azad olunması münasibətilə xalqa müraciətində demişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaqdır. Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin Qarabağın bölgələrinə, xüsusən də Şuşaya bir neçə dəfə səfər etməsi, oradan səsləndirdiyi bəyanatlar, verdiyi tapşırıqlar və qısa müddətdə reallaşdırılan layihələr bir daha sübut etdi ki, bu şəhər dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub.

Vətən müharibəsindən ötən ilyarım ərzində Şuşaya səfər edən hər bir azərbaycanlını bu şəhərdə düşmənin xalqımızın əsrlərlə yaratdığı maddi-mədəni irsə qarşı həyata keçirdiyi barbarlığı nə qədər hiddətləndirirsə, qısa müddətdə bu şəhərin başdan-başa tikinti meydançasına çevrilməsi bir o qədər sevindirir.

Şuşaya aparan Zəfər yolunun qısa müddətdə istifadəyə verilməsi, bu şəhərə ilin bütün fəsillərində rahat gediş-gəlişi təmin edəcək və nisbətən qısa olacaq ikinci yolun tikintisinin isə davam etdirilməsi, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin olunması, şəhərin Baş planının təsdiqlənməsi və plana əsasən, şəhərdə sosial infrastruktur layihələrin icrasına, tarixi abidələrin bərpasında başlanılması Qarabağın tacının tezliklə yenidən Azərbaycanın ən gözəl və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəyini təsdiqləyir.

Tarix sübut etdi ki, heç bir azərbaycanlı Şuşanın işğalı ilə barışmadı. Bütün xalqımız hər il mayın 8-ini hüzn və dərin sarsıntı ilə keçirirdi. Bu illər ərzində Qarabağ və onun tacı olan Şuşanın azad edilməsi ümummilli məqsədə çevrildi. Nəhayət 2020-ci il noyabrın 8-də Şuşanın Azərbaycan Ordusunun əzmi, iradəsi, rəşadəti və fədakarlığı ilə işğaldan azad edilməsi xalqımız üçün əsl bayrama çevrildi.

Bugünkü Şuşa sevinclidir, nikbindir. Çünki onun çoxillik həsrətinə son qoyulub. Onun əsl sahibləri həm də bu dəfə əbədi olaraq şəhərə qayıdıblar. İndi şəhərin hər bir tikilisinə xüsusi qayğı ilə yanaşılır, onun əvvəlki görkəminə qaytarılması üçün səylər göstərilir.

Şuşada hər yanda aparılan yenidənqurma, abadlıq işləri, eləcə də şəhərdə keçirilən siyasi, mədəni tədbirlər onun inkişafının bundan sonrakı statusunun ilkin konturlarını müəyyən edir. Bütün bunlarla yanaşı, Şuşa dirçəldikcə şəhərin yalnız ictimai-siyasi və mədəni həyatı deyil, onun turizm potensialı da geniş imkanlar qazanır.

Çünki Şuşa təkcə tarixən bütün Qarabağa nəzarət üçün vacib geostrateji mövqedə yerləşən olduqca əhəmiyyətli təbii qala deyil, həm də özünün səfalı iqlimi və füsunkar təbiət gözəllikləri ilə buraya gələn hər kəsi özünə heyran edən bir şəhərdir.

Şuşanın dəniz səviyyəsindən 1750 metrdən də yüksək, sıldırım təbii yayla üzərində yerləşməsi, şəhərin özünəməxsus relyefi, landşaftı, yaz-yay aylarında gözəl havası, sərin bulaqları, Cıdır düzündən Qarabağa, xüsusən də Topxana meşəsinə açılan geniş mənzərə, sıldırım qayalardan, dibigörünməz dərələrdən axıb Şuşanın belinə gümüş kəmər kimi sarılan Qarqar çayının heyrətamiz gözəlliyi hər kəsi məftun edən təbii gözəlliklər olmaqla yanaşı, həm də bu yerləri turizm üçün əvəzsiz məkana çevirir.

Odur ki, indi Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Ötən il Prezident İlham Əliyevin Şuşaya səfəri çərçivəsində mayın 12-də “Xarıbülbül”, avqustun 29-da “Qarabağ” otellərinin yenidənqurmadan sonra açılışı, bu il isə mayın 10-da “Shusha Boutique Hotel”in təməlinin qoyulması bir daha təsdiq edir ki, bu şəhər tezliklə yalnız ictimai, siyasi, elmi, mədəni və kütləvi tədbirlərin keçiriləcəyi məkan deyil, həm də tarixi-mədəni abidələrinə və təbii gözəlliklərinə görə minlərlə yerli və xarici turistin istirahət üçün seçəcəyi istiqamətə çevriləcək.

Sözsüz ki, şəhər Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə gündən-günə dirçəldiləcək, illər ötdükcə özünün əvvəlki şöhrətini qaytaracaq və tarixi Azərbaycan şəhəri kimi Qafqazın ən gözəl şəhərlərindən birinə çevriləcək. Amma illər ötsə də, nəsillər dəyişsə də, Şuşanı işğaldan azad edən oğulların fədakarlığı əsl qəhrəmanlıq dastanı kimi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq və onlar hər zaman böyük hörmət və ehtiramla anılacaqlar.

Baxış sayı : 190
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb