2021-10-09 11:05:04 | MƏDƏNİYYƏT
Mədəniyyətlərdə Ortaq və Fərqli Məqamlar”

.

Dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik və İtaliyanın tanınmış şairi Dante Aligyerinin 700 illik yubileyləri çərçivəsində oktyabrın 7-də onlayn formatda “Nizami və Dante: Mədəniyyətlərdə ortaq və fərqli məqamlar” adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası, İtalyanşünaslar Assosiasiyası (ADI), Dante Qrupu, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyası (COMPALIT) və İtaliya Qələm Klubunun tərəfdaşlığı ilə keçirilib.

Beynəlxalq elmi konfransın əsas məqsədi müsəlman Şərqi və xristian Qərbindən olan iki böyük orta əsr ədibinin - Nizami (1141-1209) və Dante (1265-1321) yaradıcılığının nümunəsində iki fərqli qütbün mədəniyyətləri arasında oxşar və fərqli cəhətləri müqayisəli formada təhlil etməkdir.

Konfransın rəsmi açılış mərasimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, İtaliya Ədəbiyyat Nəzəriyyəsi və Müqayisəli Ədəbiyyat Tarixi Assosiasiyasının prezidenti Massimo Fusillo, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri professor Rəhilə Qeybullayeva, Turin Universitetinin professoru və İtaliya Elmlər Akademiyasının üzvü Mariya Tereza Ciyaveri, Suor Orsola Beninkasa universitetinin professoru Nunzio Rucciero, Arizona Universitetinin professoru Kamran Talattof və Bolonya Universitetinin professoru Karlo Sakkone çıxış ediblər.

Konfransın panellərarası fasiləsi zamanı Nizami və Dante əsərlərinə həsr edilmiş klassik və müasir musiqi nümunələri səsləndirilir. Azərbaycan-İtaliya mədəni mübadiləsinin təzahürü kimi, Dante dövrünə xas olan, eyni zamanda müasir italyan musiqisindən parçalar və Üzeyir Hacıbəyli timsalında Azərbaycan klassik musiqi nümunələri ilə yanaşı, müasir azərbaycanlı müəlliflər Hamlet İsaxanlı və Nailə İsayevanın bəstələrindən ibarət parçalar da təqdim edilir.

Üç gün davam edəcək konfransda orta əsrlər ədəbiyyatında, folklor və real həyatda sevgi anlayışı, sevgi simvolunun dini mətnlərdə və bədii ədəbiyyatda rolu müzakirə olunacaq. Bundan əlavə, Nizami və Dantenin əsərlərində didaktik janr və onların bu janrın inkişafında rolu haqqında müzakirələr aparılacaq.

Öz əsərlərində məhz didaktik janra müraciət edərək hökmdarlara öyüd-nəsihət verən, onları idarə etdikləri dövlətin, cəmiyyətin ehtiyaclarını qarşılamağa, əsaslı islahatlar aparmağa, ədalətli olmağa səsləyən Nizami Gəncəvi ilə yanaşı, Dante Aligyeri də sevgini, məhəbbəti hökmdarların və ümumən insanların mənəvi kamilləşməsi üçün tərbiyəedici bir vasitə kimi istifadə edib.

Sözügedən konfransda azərbaycanlı alimlərlə yanaşı, 12 ölkədən (Əlcəzair, ABŞ, Braziliya, Hindistan, Misir, Gürcüstan, Türkiyə, İtaliya, Böyük Britaniya, Rusiya, Hollandiya, Finlandiya) 40-a yaxın əcnəbi alim iştirak edir.

Qeyd edək ki, konfrans oktyabrın 9-dək davam edəcək.

Baxış sayı : 89
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19