CƏMİYYƏT
A- A A+

İtaliya mətbuatı Azərbaycandan yazıb

2020-01-01 12:20:29

.

İtaliyanın nüfuzlu “Corriere della Sera” qəzetinin populyar “Io Donna” jurnalında “Azərbaycanın paytaxtı Bakıya səyahət. Avrasiya məkanında səyahət etmək üçün ən heyrətamiz istiqamət” sərlövhəli məqalə dərc edilib.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt Bakının turizm imkanlarından bəhs edən məqalənin müəllifi italyan jurnalist Gianna Testadır.

Yazıda Bakıda müasir göydələnlərin, qədim qalaların, tarixi abidələrin olduğu bildirilir. Qeyd edilir ki, tarixini qoruyaraq daima dəyişməkdə olan Bakıda gəzərkən özünü ilk baxışda sanki bir yandan Paris bulvarında, digər yandan isə orta əsrlərə məxsus qədim şəhərin əhatəsində müxtəlif üslubları özündə əks etdirən bir harmoniyanın içində hiss edirsən. Burada turistlərin sevimli məkanlarından olan Dənizkənarı Milli Parkda müasir əyləncə mərkəzlərindən tutmuş möhtəşəm mənzərəli restoranlara, konfortlu otellərə, alış-veriş mərkəzlərinə qədər geniş imkanlar mövcuddur. Müəllifin fikrincə, “Alov qüllələri” kompleksi, heyrətamiz Heydər Əliyev Mərkəzi kimi möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin ahəngini özündə əks etdirən Bakı gözləri qamaşdıran məxsusi bir turizm istiqaməti olaraq diqqəti cəlb edir.

Məqalədə qədimlik ilə müasirliyin vəhdətindən bəhs olunur, bunun bariz nümunəsi olan Azərbaycan Milli Xalça Muzeyindən söz açılır, bu möhtəşəm muzeyin fondunda 10 minə yaxın qədim eksponatın saxlanıldığı bildirilir. Bununla yanaşı, Bakıda bu kimi bir çox görməli yerlərin olduğu vurğulanır, bu xüsusda Tarix Muzeyinin, turistləri tarixi səyahətə aparan Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin, ekspozisiyası XX əsr azərbaycanlı və xarici rəssamların əsərlərindən ibarət olan Müasir İncəsənət Muzeyinin adları çəkilir.

Məqalədə, həmçinin UNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil olmuş İçərişəhərdən, orada yerləşən memarlıq incilərindən, o cümlədən Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar, muzeylər və digər memarlıq nümunələrindən bəhs edilir, turistlərə maraqlı ola biləcək restoranlar və Azərbaycan milli mətbəxinin əsasını təşkil edən yeməklər (dolma, plov və s.) barədə məlumatlar verilir.

Müəllif yazıda Azərbaycanın neft sənayesinin inkişaf tarixinə də toxunur. Sonda məqalədə paytaxt Bakının 2020-ci il UEFA Avropa Çempionatına ev sahibliyi edəcək 12 şəhərdən biri olduğu qeyd edilir.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür

https://www.iodonna.it/lifestyle/viaggi/2019/12/27/baku-capitale-azerbaijan-consigli-viaggio/.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 236

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...