CƏMİYYƏT
A- A A+

"Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" Türkiyədə

2019-09-23 07:25:33

.

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Nazirlikdən bildirilib ki, "Zəngin Yayınçılıq" nəşriyyatı tərəfindən 5000 tirajla çap olunan kitab Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunmaqla yanaşı, türkiyəli oxucular da satış köşklərindən bu kitabı əldə edə biləcəklər. Kitabı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

Kitabda Azərbaycan ədəbiyyatı tarixinin əsas dövrləri, böyük şəxsiyyətlərin yaradıcılıq yolu, ideya-estetik təmayüllər işıqlandırılıb. N.Gəncəvinin, Füzulinin, M.P.Vaqifin, Aşıq Ələsgərin, M.Ə.Sabirin, Ə.B.Hüseynzadənin, A.İldırımın, S.Vurğunun, M.Hüseynin, M.Müşviqin, İ.Şıxlının, B.Vahabzadənin, H.Arifin, İ.Muğannanın, N.Həsənzadənin, Anarın, Elçinin, Zəlimxan Yaqubun, Afaq Məsudun və digər görkəmli söz adamlarının yaradıcılığına ayrıca oçerklər həsr edilib. Müəllif çalışıb ki, türkiyəli oxucularda Azərbaycan ədəbiyyatı barədə qədim dövrlərdən bu günə qədər aydın elmi təsəvvür yaransın.

Akademik Nizami Cəfərovun qələmə aldığı "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 43-cü kitabdır.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 505

QHT və MEDİA

2020-08-15 08:25:32

QHT və MEDİA
Qədim tarixin 90 ili
Qədim tarixin 90 ili

1930-cu ilin səkkiz avqust tarixi Ağdam rayonu üçün əlamətdar bir gün hesab o...

2020-08-14 06:50:18

QHT və MEDİA
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-08-14 13:20:14

CƏMİYYƏT
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...