MÜSAHİBƏ
A- A A+

Hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini görür

2018-12-20 22:05:27

.

İnsana qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Bu fikirləri Fact-info.az-a Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib

Onun fikrincə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılıb. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan əyani sübutdur. Ölkə başçısının “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı Sərəncam ilk növbədə cənab Prezidentin bu təbəqədən olan insanları daima diqqət mərkəzində saxlamasının bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu Sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Daha sonra Hikmət Şikarov bildirib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkədə həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan uğurlu siyasət hər zaman sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının mütəmadi şəkildə artırılması, sosial təminat sisteminin daha geniş əhali kateqoriyalarına yönəldilməsi ilə müşayiət olunub. Aztəminatlı və sosial qayğıya ehtiyacı olan insanlar da ən müxtəlif formlarda hər zaman dövlət qayğısını hiss edirlər. Bu siyasətin davamlı xarakter alması üçün dövlətimiz bütün uğurlu vasitələrdən istifadə edir və atılan addımların yaxın gələcəkdə daha çox səmərə verəcəyini artıq indidən proqnozlaşdırmaq olar. Belə ki, hər bir azərbaycanlı ölkədə yürüdülən uğurlu sosial siyasətin bəhrəsini qarşıdakı illərdə də görəcək”.

Toğrul

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 720

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...