QHT və MEDİA
A- A A+

Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi

2018-11-15 17:30:34

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşməsi ilə bağlı 2019-cu il üçün birinci qrant müsabiqəsi elan edirb

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

1.Siyasi-hüquqi və vətəndaş mədəniyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi, söz, fikir və ifadə azadlığının genişlənməsinə dair təşəbbüslər;

2.. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

3. Şəhid ailələri, qaçqın, məcburi köçkün, əlilliyi olan şəxslərin, veteranların və digər həssas sosial qruplara aid olan şəxslərin sosial məsələlərinin həll edilməsinə dair təşəbbüslər;

4. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;

5. Əhalinin sağlamlığının qorunması və ətraf mühitin mühafizəsinə dair təşəbbüslər;

6. Ümumi, orta ixtisas və ali təhsil, mədəniyyət və incəsənətin inkişafına dair təşəbbüslər;

7. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlıq mühitinin stimullaşdırılmasına dair təşəbbüslər;

8. Ölkənin turizm cəlbediciliyini artırmaq məqsədilə beynəlxalq miqyasda fəaliyyətin genişləndirilməsinə dair təşəbbüslər;

9. Ailə, qadın və uşaqların sosial, fiziki və mənəvi inkişafına dair təşəbbüslər;

10. İnsan alverinə qarşı mübarizə sahəsində təşəbbüslər;

11. Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyalarının institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;

12. Ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin təşkili;

13. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı, o cümlədən İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;

14. Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliğinə dair təşəbbüslər;

15. İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;

16. Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər;

17. Uşaqların internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı təşəbbüslər; Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər. Qrantın məbləği

• 2017-ci ilin sonunadək dövlət qeydiyyatından keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 10000 (on min) manat ola bilər. • 2018-ci il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər. Müsabiqə mərhələləri Müsabiqə üzrə ərizə və layihə sənədlərinin qəbulu 15 noyabr 2018-ci il tarixdən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 5 mərhələ üzrə aparılır: • 1-ci mərhələ - Ərizənin qeydə alınması və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il, saat 18.00-dək müddəti əhatə edir. • 2-ci mərhələ - Ərizələrin texniki seçim mərhələsi;

Bu mərhələ 15 noyabr–17 dekabr 2018-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, əlavə edilmiş sənədlər araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

• 3-cü mərhələ - Layihə sənədlərinin texniki seçim mərhələsi;

Bu mərhələ 15 noyabr-24 dekabr 2018-ci il tarixlərini əhatə edir. Təqdim olunan layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.

• 4-cü mərhələ - Qeydə alınmış layihə sənədlərinin ekspertizası;

Bu dövr 26 dekabr 2018-ci il–28 yanvar 2019-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə sənədlərinin hər biri azı 2 ekspert tərəfindən ayrı-ayrılıqda və məxfilik təmin edilməklə qiymətləndirilir.

• 5-ci mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;

Müsabiqə qalibləri 2019-cu il fevral ayının 15-indən sonra Şuranın iclasının qərarıyla müəyyən olunacaq. Müsabiqənin nəticələri haqda məlumatlar Şuranın rəsmi internet saytında və digər internet informasiya resurslarında dərc ediləcək.

Əlavə məlumatlar:

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 23 noyabr 2018-ci il saat 15.00-da Şuranın inzibati binasında (Bakı şəhəri, Fikrət Əmirov küçəsi 1, II mərtəbə) keçiriləcək.

Müsabiqədə iştirakla bağlı e-ərizə bölməsindən istifadəyə dair təlimatla tanış olmaq mümkündür. Əlavə məlumat almaq üçün Şura Katibliyinin məsləhətçiləri Tural Hüseynli və Elnur Bağırlıya müraciət etmək olar.

Tel/faks: (012) 493 17 32/80 (daxili 250/270).

E-mail: thuseynli@cssn.gov.az; ebagirli@cssn.gov.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 246

QHT və MEDİA

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...