2020-04-13 21:20:21 | CƏMİYYƏT
Zaman ən vicdanlı hakimdir...

.

Bu gün dünyanı bürüyən, heç bir sərhəd, varlı, kasıb tanımayan koronavirus cəmiyyətlərdə kifayət qədər problemlər yaradır. Sosial çətinliklər, psixoloji sarsıntılar, işsizlik insanların həyatında acı iz buraxır. Lakin inanmaq lazımdır ki, bu da keçəcək. Marginallaşmış, zobiləşmiş, həddindən artıq aqresivləşmiş cəmiyyətlərin, ümumilikdə, dünyanın saflaşmasına ehtiyac var.

Müşahidələrimə əsaslanaraq COVİD-19 pandemiyasına fərqli akspektən yanaşmaq istərdim. Bəlkə də mənim fikirlərimdə yanlışlıq var. Lakin qənaətim belədir ki, bu vaxta qədər hegemon dünya iqtisadiyyatında davam edən proseslər, ətraf aləmə qənim kəsilərək kütləvi silah istehsalı, həmin silahların sınağı, dünyada ərzaq təhlükəsizliyi, keyfiyyətsiz qida problemi, insan sağlamlığıından daha çox kəskin iqtisadi maraqlara hesablanan dərman istehsalı və biznesi öz acı nəticələrini göstərməliydi.

Ötən dövrə nəzər salsaq görərik ki, dünyada, o cümlədən Qərbdə liberal dəyərlər mahiyyətini itirirdi. Əvəzində qorxulu millətçilik əhval-ruhiyyəsi genişləndi. Digər tərəfdən dini qütbləşmə, antiislam meyllərinin güclənməsinə dəstək olan bəzi mərkəzlərin təxribatçı layihələri reallaşdı. Həmçinin terrorizmin genişlənməsində maraqlı qüvvələrin strateji hədəfləri, sanki dirijor çubuğu ilə idarə olunan terror təşkilatları və başqa faktorlar dünya üçün xoşagəlməyən tendensiyalara rəvac verdi.

Digər bir məqama diqqət yetirmək istərdim. 2001-ci il 11 sentyabrda ABŞ-da baş verən terror hadisələri dünyanın siyasi sistemini dəyişdi. Məlum hadisələrdən sonra humanizm prinsipləri daha da unuduldu. Dünyada bu qədər zorakılıq, müharibələrə təhrik, dinc insanların qətlə yetirilməsi halları, təbiətin harmoniyasının pozulması və ona qarşı kobud müdaxilələr, humanizm ideyalarının tamamilə itməsi nəticəsiz ötüşə bilməzdi. Yekunda bütün bunlar baş verir. COVİD-19 pandemiyası daha təhlükəli formada özünü göstərir. Şübhəsiz ki, dünyada keyfiyyətsiz qida problemindən, onun yaradacağı fəsadlardan, xəstəliklərdən heç kim sığortalanmamışdı.

Dünyanı bürüyən koronavirus problemi bizdə bədbinlik yaratmamalıdır. Bu bəlanın dəf edilməsində Azərbaycan həkimlərinin, bu sahədə əməyi olan bütün insanların fədakar fəaliyyətlərini yalnız alqışlayıram. Belə çətin vaxtlarda milli həmrəyliyimiz, məsuliyyətli davranışımız zəruridir Axı biz hamımız eyni gəminin sakinləriyik. Çox güman ki, bu, gəmi fırtınaları keçəcək. COVİD-19 pandemiyası müvəqqəti xarakter daşıyacağına ümid bəsləməklə yanaşı qeyd etməliyik ki, koronavirusun törətdiyi fəsadlar uzun illər boyu təsirini göstərəcək.

Həkimlərlərin, dünyada tibb sahəsi üzrə tanınmış ekspertlərin mülahizələrini izləyəndə bu qənaətə gəlmək olar ki, koronavirus yalnız səhiyyə problemi deyil. Bu, həm də bizim duymadığımız, bilmədiyimiz çox dərin ilahi həqiqətlərin göstəricisidir. Əslində insan halal pula və Tanrı təbəssümünə ehtiyacı olan varlıqdır. Bu ilahi gerçəyi dünyaya islam sivilizasiyası diktə edir. Bu heç də mücərrəd anlayış, gəlişi gözəl ifadələr deyil. Çağdaş dünyanın bəzi məkanlarında islam sivilizasiyasından bu, dininin adını çəkmədən müəyyən məqamlarda bəhrələnirlər.

Onu da qeyd edək ki, islam dini bir mədəniyyət, elm dini olmaqla bərabər sivilizasiyalı düşüncə deməkdir. İslam dini insanları ən ali varlıq kimi dəyərləndirir, ona qiymət verir. Deməli, dünyanın bəzi dairələri istisna olmaqla islami dəyərlərə, ən əsası ilahi eşqə yaxınlıq xeyli güclüdür. Bu yaxınlıq insan faktorunda, insana dəyər kimi baxılmasında özünü büruzə verir.

Müqəddəs kitabımız olan Qurani-Kərimin 49-cu surəsinin 13-cü ayəsində yazılır: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından ibarət yaratdıq, sonra sizi xalqlara və qəbilələrə ayır¬dıq ki, bir-birinizi tanıyasınız”.

Quranın bu ayəsinin təsirindən BMT-nin İnsan Hüquq¬ları Bəyannaməsinin birinci maddəsi yaranıb. Həmin sənəddə göstərilir: “Bütün insanlar öz hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar qardaşlıq münasibətində olmalıdırlar”. Bu da islam dininə istinad olun¬maqla insana verilən dəyərdir, ilahi eşqin təzahürüdür. Dini dəyərlərin əbədi olduğu daha qabarıq şəkildə önə çəkilir. Deməli bəşəriyyəti, həm koronavirus bəlasından, həm də digər fəlakətlərdən islam sivilizasiyası xilas edə bilər. Zaman ən vicdanlı hakimdir. Koronovirus bəlasında günahı olanları zamanın hökmünə buraxaq. Dünyasını dəyişənlərə rəhmət, xəstəlikdən əziyyət çəkənlərə şəfa diləyək.

Əkrəm Bəydəmirli

Baxış sayı : 2638
Digər yazılar
Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib 2023-09-23 10:35:53 Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb 2023-09-23 09:40:22 Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi aşkar edilib - VİDEO 2023-09-23 08:10:50 “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq 2023-09-22 21:20:15 Qarabağdakı separatçılar tərksilah edilir 2023-09-22 18:25:49 Tərtərin Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO 2023-09-22 15:45:17 BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ 2023-09-22 15:10:56 Ceyhun Bayramov: Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verilməsində qətiyyətini bir daha təsdiqləyir 2023-09-22 11:25:39 Qarabağda yaşayan ermənilərə ərzaq göndərildi 2023-09-22 10:30:28 Qarabağdakı erməni separatçıların öhdəsindən gəlməyə bir gün bəs etdi - Türkiyənin "Daily Sabah" qəzeti yazır 2023-09-22 09:25:38 Qarabağdakı hadisələrin Paşinyanla əlaqəsi yoxdur 2023-09-22 08:40:01 Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib 2023-09-21 20:20:42 "Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN 2023-09-21 16:50:43 Prezidentinin Administrasiyası Yevlax görüşü ilə bağlı açıqlama yaydı 2023-09-21 15:30:35 Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilib 2023-09-21 12:40:55 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb 2023-09-21 11:45:47 XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur" 2023-09-21 10:30:43 Rusiyanın Ukraynadakı itkiləri 274 mini ötdü 2023-09-21 10:05:14 Prezident: Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir 2023-09-21 07:10:07 Prezident İlham Əliyev xalqa müraciət edib 2023-09-20 21:40:42 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün məqsədi açıqlanıb 2023-09-20 18:40:45 Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası 2023-09-20 18:45:38 "Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?” - Brenda Şaffer 2023-09-20 11:30:11 Baş Prokurorluq: "Qanunsuz erməni birləşmələri yenə də mülki şəxsləri hədəfə alır" 2023-09-20 10:15:23