2020-02-01 08:40:13 | CƏMİYYƏT
Seçki prosesində mediada hüquqi məsuliyyət

İnternet medianın və sosial şəbəkələrin belə sürətlə inkişafı hər zaman olduğu kimi seçki dönəmində də hüquqi məsuliyyətin aktuallığını önə çıxarır

Hər kəsə açıq olan bu virtual məkanda hüquqi öhdəliyi müəyyənləşdirmək kifayət qədər çətindir. Bu gün sosial şəbəkələrin media kimi qəbul olunub-olunmamasından asılı olmayaraq, bu resursun təsir imkanları ənənəvi medianı üstələyir. Bu baxımdan sosial şəbəkələrdən necə qurtulmaq deyil, onun hüququ mexanizmləri haqqında düşünmək zərurətini ortalığa çıxarır.

Azərbaycanda seçki dönəmində istər sosial şəbəkələrdə, istərsə də müxtəlif media quruluşlarında etik prinsiplərin gözlənməsi vacib məqamdır. Məşhur avropalı media eksperti Henrik Keyt Hansenin müəllifi olduğu “Seçkilərin ədalətli və balanslı işıqlandırılması ” kitabında yazır: “Etika mənəvi seçimlərin araşdırılmasıdır, yəni biz nələri etməliyik və nələri etməməliyik. Mediada ən çətin etik dillemaların bəziləri insanların, seçkiyə qatılan namizədlərin şəxsi həyatı ilə bağlıdır”. Yəqin avropalı media eksperti bu fikirlərini ənənəvi media haqqında deyib. Sosial şəbəkələrdə və ümumilikdə, media mühitində ifrat söz azadlığı müsbət yeniliklərlə bərabər bəzən xoşagəlməz çalarlar yaradır. Bu tendensiya seçki proseslərində daha qabarıq şəkildə özünü göstərir. Bu gün Azərbaycan mediasına, xüsusilə, internet saytlarına, sosial şəbəkələrə nəzər salanda bu söyüş, təhqir dueti daha kəskin formada özünü göstərir. Kiminsə təhriki və yaxud maliyyə dəstəyi ilə yazılmasından asılı olmayaraq belə təhqir elementləri normal hal deyil.

Mənfi tendensiyalar davranışda, məsuliyyətin bölüşməsində, cəmiyyətlə münasibətlərdə özünü göstərir.Bunun fəsadlarını isə hər zaman hiss edirik. Yaddaşlarımızı təzələmək məqsədilə bəzi hüququ məqamları xatırlatmaq istərdim.

Konstitusiyamızın 47-ci maddəsi hər kəsin fikir və söz azadlığını təsbit edir. 50-ci maddə isə hər kəsə istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı verir. Bu maddə həmçinin medianın azadlığına təminat verərək, kütləvi infomasiya vasitələrində dövlət senzurasını qadağan edir. Bu azadlıqlar insani və bəşəri prinsiplərə uyğun təsbit olunub.

Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsi hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnu tanıyır. 1.Hər kəsin öz şərəf və ləyaqətni müdafiə etmək hüququ vardır. 2. Şəxsiyyətlərin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyamızda fikir və söz azadlığına geniş yer verilsə də, hər şəxsin şərəf və ləyaqəti eyni səviyyədə qorunur.

Deməli, birinin ifrat azadlığı digər bir vətəndaşın hüququnu pozursa, bu artıq ciddi narazılıq yaradır. Bu gün bir çox hallarda media cəmiyyət münasibətlərinin yetərincə tənzimlənməməsi, sosial şəbəkələrdə, ümumilikdə, elektron mediada, tv-lərdə hüquqi məsuliyyətin oturuşmaması bu problemləri daha da dərinləşdirir.

Sosial şəbəkələrdən fərqli olaraq mövcud qanunlar jurnalistə hüquqlar, azadlıqlar verir, həmçinin onun məsuliyyətini müəyyənləşdirir. Bu o demək deyil ki, jurnalist həqiqəti yazmaqdan vaz keçməlidir və yaxud loyal mövqe tutmalıdır. Azad cəmiyyətin inkişafı, vətəndaşın rifahı, dövlətçiliyin möhkəmlənməsi naminə hər bir kəsin həqiqəti deməyə haqqı və konstitusion hüquqü var.

Seçki proseslərində müstəqil KİV-lərin fəaliyyəti hər zaman mühüm əhəmiyət kəsb edir. Medianın qatılmadığı seçki təbii ki, mümkünsüzdür. Məhz bu kampaniya dövründə KİV bütün proseslərin fövqündə duraraq bir çox hallarda istiqamətverici qüvvəyə çevrilir.

Çox zaman jurnalistin peşəkarlığı, etik çərçivəyə uyğun davranışı, hadisələrə obyektiv, vicdanlı yanaşması yaranan gərginliyin səngiməsinə, insanların daha doğru infomasiya əldə etməsinə şərait yaradır. Digər tərəfdən istər, telekanallar, istərsə də internet portalları yalnız seçki donəmində deyil, hər zaman cəmiyyətin bütün təbəqələrinin mövqeyini nəzərə alaraq informasiya balansını qorumalıdırlar.Təbii ki, bu balansı qorumayan KİV-lər cəmiyyətdə gərginliyi daha da artırır.

Hüquqi məsuliyyət sosial şəbəkələrin, internet medianın azadlığının əlindən alınması, fəaliyyətinin məhdudlaşdırılması anlamına gəlməməlidir. Hüquqi məsuliyyət gözlənilən, baş verə biləcək qorxulu tendensiyaların zamanında qarşısının alınması üçün bir mexanizm olmalıdır.

Əkrəm Bəydəmirli

Baxış sayı : 2090
Digər yazılar
Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib 2023-01-27 18:20:48 Avropa Şurası Azərbaycanla həmrəy olduğunu açıqlayıb 2023-01-27 15:10:39 Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb 2023-01-27 14:55:39 AŞPA Ukrayna üzrə beynəlxalq tribunalın yaradılmasına çağırıb 2023-01-27 10:50:11 Erməni terrorunun üçüncü dalğası: Hədəf türk diplomatlarıdır 2023-01-27 09:55:36 Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edildi 2023-01-27 09:35:29 Rusiya Ermənistana missiya göndərilməsinə etiraz edir 2023-01-27 09:40:03 İşğal altındakı 8 kəndimiz BMT-də gündəmə gətirildi 2023-01-27 07:45:45 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir 2023-01-26 18:55:53 Süni intellekt üzrə Milli Strategiya ilə bağlı yol xəritəsi hazırlanıb 2023-01-26 16:40:05 ABŞ institutu: “İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb” 2023-01-26 11:10:18 Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər 2023-01-26 10:55:54 “Heydər Əliyev - 100” videolayihəsinə start verilib 2023-01-26 10:10:35 İsveçrə Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə qoşulub 2023-01-26 09:50:21 Totalitar rejimin qurbanı olan Firidun bəy Köçərlinin bu gün doğum günüdür 2023-01-26 09:30:09 Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib 2023-01-26 08:00:28 Cənub Qaz Dəhlizi Məşvərət Şurası fevralın 3-də Bakıda toplanacaq 2023-01-25 14:10:42 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun daha bir mühüm tədbiri 2023-01-25 10:35:20 Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib 2023-01-25 10:25:52 Lavrov ABŞ-ni bütün qırmızı xətləri keçməkdə ittiham edib 2023-01-25 09:45:35 Laçın yolundakı aksiya 45 gündür davam edir 2023-01-25 09:30:34 İlk hüquq professorunun zindan məktubları 2023-01-25 08:50:40 Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib 2023-01-24 18:25:32 Səməd Vəkilov: “Azərbaycan QHT-lərinin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq”. 2023-01-24 17:55:16