2019-02-06 08:50:45 | CƏMİYYƏT
Sülh danışıqları səmərə verməsə…

Ermənistanda hakimiyyət dəyişsə də, deyəsən münaqişənin həlinə münasibət dəyişməyib

Bu ölkənin baş naziri yalnız Rusiya ilə Qərb arasında manevr etməklə və birdə sərsəm bəyanat səsləndirməklə məşğuldur. Paşinyanın belə sarsaq bəyanatını Almaniyanın kanslerı Angela Merkellə görüşündən əvvəl səsləndirərək demişdi: “ Niyə heç kim Azərbaycandan soruşmur ki, Qarabağda qarşılıqlı güzəştə hazırsan, yoxsa, yox”.

Mənim qənaətimcə, işğalçı ölkə olan Ermənistanla bu gün danışıqların davam etdirilməsi Azərbaycan tərəfdən ən böyük güzəşdir. Digər tərəfdən işğal olunmuş torpaqların birmənalı şəkildə boşaldılması nəticəsində gələcəkdə Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrinin bərpası, nəhəng layihələrə onların qoşulması növbəti güzəşt ola bilər. Bundan artığı isə münaqişənin həllində ədalətli sülh çağırışlarına zərbə deməkdir. Birmənalı şəkildə dərk etmək lazımdır ki, münaqişənin həlli ədalətli sülhdən başlayır. Əgər bu ədalət yoxdursa sülhdə olmayacaq.

Bu gün diqqət yetirsək çox aydın görmək olur ki, N. Paşinyan ölkəsinin daxilində gün-günə artan narazılığı səngitmək üçün daxili auditoriyaya hesablanan bəyanatlar verir. Onun Qərbdən və Rusiyadan müxtəlif formada yardımlar almaq cəhdi yalnız vaxt udmağa xidmət edir. Paşınyan sələflərindən fərqli olaraq sülhə doğru addım atacağı inandırıcı deyil.

Müşahidələr göstərir ki, heç Rusiyanın özü də Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik, ədalətli həllində maraqlı görsənmir. Birbaşa Rusiyanın dəstəyi ilə yaranan və davam edən bu münaqişə həll olunsa o zaman adı çəkilən dövlətin Cənubi Qafqaz regionunda təsir imkanları tamamilə itmiş olacaq.

Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa iştirakçı sayılan, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya necə ola bilər ki, Ermənistanı silahla, hərbi təyyarələrlə təmin etsin? Bu sülh danışıqlarının mahiyyətinə ziddir. Deməli, Rusiya Ermənistanı təmənnasız silahlandırmaqla Dağlıq Qarabağ münaqişəsinin həllindən daha çox onu uzatmağa çalışdığı bir daha təsdiqini tapmış olur.

Ancaq belə təzyiq metodologiyası ilə konfliktin ömrünü uzatmaq cədləri getdikcə effektini itirməkdə davam edir. Ermənistanın daxilində yaranan və gündə-günə genişlənən anti Rusiya meylli kütlələr üzlərini yalnız Avropaya tutublar. Deyəsən, həmin kütlələr yaşadıqları bu səfalətin, aclığın əsas səbkarlarını Ermənistanın cinayətkar rejimində və Rusiyanın timsalında görürlər. İşğalçı siyasətinə görə, bütün nəhəng tranzit layihələrdən kənarda qalan və özünü tam təcrid edən Ermənistanı belə aqibət gözləyirdi.

Bundan əlavə erməni mediasını izlədikcə, bir daha aydın olur ki, öz övladlarını Dağlıq Qarabağda itirən erməni anaları, bu, münaqişənin onları hansı fəlakətə apardığının fərqindədir. Bir sözlə “Böyük Ermənistan” xülyası, Azərbaycanın tarixi torpaqlarına göz dikmək xəyanətləri, erməni separatizmi demək olar ki. ermənilərin davamlı fəakətinə çevrilib.

Onu da qeyd etmək istərdim ki, Azərbaycanda bütün təbəqələrin Qarabağ, ölkəmizin ərazi bütövlüyü məsələsində vahid mövqeyi var. Düşmənə bir qarışda torpaqda güzəşt olunmayacaq, İşğal olunan hər bir rayon gec-tez azad olunmalıdır. Ermənistanda isə bu gün ac-yalvac, yoxsulluqdan ölkəni tərk edən kütlələrin böyük əksəriyyətini çətinki Qarabağ məsələsi düşündürsün.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən il Cənubi Qafqaza səfəri çərçivəsində İrəvanda olarkən Qarabağ problemi ilə bağlı ciddi açıqlamalar vermiş, Azərbaycanla razılaşmalı və Qarabağ siyasətini dəyişməli olduğunu, həmçinin Ermənistanın inkişafı üçün Rusiyanın təsirindən qurtulmasını məsləhət görmüşdü.

Bolton yenidən Ermənistanın baş naziri N. Paşinyana Davosda olduğu zaman zəng etmişdi. ABŞ prezidentinin sözçüsünün Ermənistanı Rusiyanının vassallığından xilas etmək üçün yollar axtarması və işğala son qoyması məqsədilə ona tövsiyə verməsi güman edilir. İnqilab nağılının qəhrəmanı olan Paşinyanın belə tövsiyələrdən nəticə çıxaracağı real deyil.

Real odur ki, Qarabağ problemi həll olunmadan Cənubi Qafqazda sabitlik və Azərbaycan –Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması mümkün deyil. Əgər inqilab nağılının qəhrəmanı olan Paşinyan özündə cəsarət tapıb Azərbaycan ərazilərinindən qeyd-şərtsiz Ermənistan silahlı qüvvələrini tamamilə çıxararsa, o zaman ədalətli sülh bərqərar ola bilər. Əgər sülh danışıqları səmərə verməsə, köhnə şablonlardan qurtulmaq üçün müharibə variantı qaçılmaz olacaq.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1836
Digər yazılar
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42