
“Əsrin müqaviləsi” imzalanarkən bir sıra yerli və xarici ekspertlər bildirirdilər ki, nəhəng neft müqavilələri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə təkan verəcək
Nəhayət, ermənilər dərk edəcəklər ki, belə strateji layihələrdən kənarda qalmaqla birinci növbədə özlərinə zərbə vuracaqlar. Sadəlövh yanaşma olsa da real vəziyyətə çox uyğun idi. Gerçəkdən isə erməni xisləti, riyakarlığı, sivil yaşam tərzindən uzaq düşməsi bu şansdan onları məhrum etdi.
Bu gün nəzər salsaq görərik ki, ermənilər böyük iqtisadi layihələrdən özlərini təcrid etməklə öz ölkələrini daha fəlakətli duruma salıblar. Nəticə göz qabağındadır. Ermənistanda yoxsulluq yüksək səviyyədədir, insanlar ölkəni tərk edir. Sosial problemlər ən yüksək həddə çatıb. Hətta Ermənistanda elə hərbi hissələr var ki, hələ də çağırışçı problemi üzündən formalaşa bilmir.
Erməni mətbuatının təsdiqlədiyi məlumatlara görə, bu ölkədə insan artımı azalıb. Həmçinin, iqtisadiyyat Rusiyanın nəzarəti altındadır. Ölkənin əsas gəlirli sahələri Rusiya şirkətləri tərəfindən satın alınıb.
Heç şübhəsiz ki, erməni politoloqlarının təbirincə desək Ermənistanı qarşıda böyük faciələr gözləyir. Azərbaycanla münasibətlərin yaxşılaşması üçün İrəvan konstruktiv siyasət ortaya qoymalıdır. Əks halda proseslər bumeranq kimi qayıdıb Ermənistanın özünə dəyəcək. Ancaq ermənilərdən, daha doğrusu onların rəhbərlərindən konstruktiv siyasət gözləmək mənasızdır.
Bəlkə də bütün imkanlar tükənməyib. Regionda uzun müddətli sabitlik üçün son şans olaraq iqtisadi faktoru yenidən işə salmaq lazımdır. Vaxtılə Avropada 100 illik müharibələr olub. Həmin regiondakı xalqlar hər zaman münaqişə şəraitində yaşayıblar, bir-birinə düşmən kəsiliblər. Ancaq bu gün Avropa məkanında iqtisadi maraqlar, xüsusilə, Avropa Birliyinin bu maraqlar çərçivəsinə təşəkkül tapması həmin Qərb dövlətlərini normal məkanda yaşamağa sövq edir.
Əslində Avropada yaradılmış bu iqtisadi mexanizm çox uğurlu təcrübədir. Belə bir mexanizmin Cənubi Qafqazda fayda verib-verməyəcəyini demək çətindir. İqtisadi faktor Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir edər?
Hər halda münqaişənin sülh yolu ilə həllində iqtisadi faktor ermənilərin son şanşı olacaq.
Bu gün bizi Ermənistanın böyük iqtisadi layihələrdə iştirak edib-etməməsi deyil, münaqişənin ədalətli həlli düşündürür.
Əslində Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanmasında beynəlxalq təşkilatların, aparıcı dövlətlərin günahı böyükdür. ATƏT-in Minsk qrupunun həmsədrlərinin apardığı danışıqların imitasiya xarakterli olması göz qabağındadır. Həmin dairələr münaqişənin həlli istiqamətində görüntü yaradan danışıqların mütəmadi olaraq davam etməsində maraqlıdırlar. Bu gün bəlkə də yeganə münaqişədir ABŞ-la Rusiyanın Dağlıq Qarabağ məsələsində maraqları üst-üstə düşür.
Deməli, münaqişənin həlli istiqamətində imitasiya xarakterli danışıqlar prosesinin belə davam etməsi həmin dövlətləri tam qane edir. Təbii ki, işğala, torpaq itkisinə məruz qalan Azərbaycanı belə vəziyyət qane etmir.Təəssüf ki, uzun müddətdir aparılan sülh danışıqları heç bir nəticə vermir. İşğal olunmuş torpaqların hərb yolu ilə azad olunmasına imkan verilmir. Bəs, onda nə etmək lazımdır?
Avropada liberal dəyərlər getdikcə zəifləməkdədir. Əvəzində isə bəzi dairələrin planı əsasında formalaşan dini qütbləşmə dərinləşir. Ən acınacaqlı hal odur ki, xristian təəssübkeşliyi belə konfliktlərin həllini ləngidir. Həmin qüvvələr erməni tərəfinin mövqeyini birmənalı şəkildə müdafiə etməklə problemin həllinə çalışırlar. Bu tipli ikili standartlardır ki, münaqişənin ömrünü uzadır. Çox qəribə vəziyyət yaranıb. İşğalçı Ermənistana bir dəfə də olsun sərt şəkildə bildirilmir ki, sən işğal etdiyin torpaqları tərk et, beynəlxalq qanunlara hörmətlə yanaş.
Məhz belə məqamda Azərbaycanın tutduğu mövqe, müəyyən etdiyi yol çox dürüstdür. Bütün yaxın və uzaq ölkələrlə çox aydın balanslaşdırımış siyasət, dövlətin güclənməsi və hərbi potensialın daha da artırılması, digər məqamlar strateji hədəflərdir. Hazırda ölkəmizin hərb sisteminin dinamik şəkildə güclənməsi real vəziyyətə tam adekvatdır. Bu proses davam etməlidir.
Həmçinin beynəlxalq hüquq prinsiplərinin tətbiqi üçün hətta hərbi gücün tətbiqi qaçılmazdır. Bir sözlə Dağlıq Qarabağdakı qanunsuzluğa son qoymaq üçün Azərbaycanın ərazi bütövlüyü prinsipi hər zaman öndə olmalıdır. Hüquq yalnız kağız üzərində qalmamalıdır.
Əkrəm Bəydəmirli





























































.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

