2016-12-12 16:00:13 | TƏDQİQATLAR-ANALITIKA
Təhlükəli tendensiyalar sabitliyə zərbə vurur

Artıq dünyada, o cümlədən Qərbdə liberal dəyərlər mahiyyətini itirir, qorxulu millətçilik əhval-ruhiyyəsi isə genişlənməkdədir.

 Digər tərəfdən dini qütbləşmə,  antiislam meyllərinin güclənməsinə dəstək olan bəzi mərkəzlərin təxribatçı  layihələri icra olunmaqdadır.  Həmçinin terrorizmin genişlənməsində maraqlı  qüvvələrin  strateji hədəfləri, sanki  dirijor çubuğu ilə idarə olunan terror təşkilatları və onların  Türkiyəni hədəfə alması və  başqa faktorlar  dünya üçün xoşagəlməyən tendensiyalara rəvac verir.

 Regional və beynəlxalq siyasəti, dünyada gedən siyasi-iqdisadi prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, təhlükəli tendensiyalar artmaqda davam edir. Müxtəlif çevrələrdə, beynəlxalq təşkilatlar səviyyəsində aparılan  danışıqlar  sanki  mövcud münaqişələrin həllinə deyil, daha çox uzanmasına  təkan verir. Bu proseslərin məntiqi davamına diqqət yetirən  zaman düşünmək olar ki, bütün bunlar bir çox  məkrli dairələrin düşünülmüş iqtisadi, siyasi, hərbi planlarıdır.

İmitasiya xarakterli sülhyaratma prosesləri həm Dağlıq Qarabağda, həm də digər münaqişə ocaqlarında  ədalətli sülhü əlçatmaz edib. Bir çox hallarda gəlib Bakıda  “Dağlıq Qarabağ münaqişəsinin həlli müharibə yolu ilə mümkün deyil”  deyən hiyləgər diplomatların  qənaətincə, sanki işğal olunmuş Azərbaycan torpaqlarını ermənilərə güzəşt etmək  tövsiyə olunur. Belə sərsəm diplomatların bəs, fikri nədir?  Müharibə yolu ilə torpaqları azad etmək olmaz. Aparılan sülh danışıqlarının  heç bir nəticəsi yoxdur. Bu əslində həmin dairələrin çox hiyələgər  siyasi maraqlarından irəli gəlir.

İstər Rusiyanın ikibaşlı oyunları, istərsə də Qərbin sülh çağırışları,  imitasiya xarakterli sülh danışıqları Dağlıq Qarabağ münaqişəsinin həllinə çətinki müsbət təsir göstərsin. Bu necə vasitəçidir ki, hər iki münaqişə tərəfinə silah satır. Təbii ki,  yoxsul Ermənistana Rusiyanın həmin silahları pulsuz verməsi şübhəsizdir.Aydın görünür ki, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsini həll etmək gücündə deyil. İmitasiya xarakterli bu sülh yaratma prosesi, regiona davam edən turist səfərləri münaqişənin ömrünü uzatmağa hesablanıb. Düşünmək olar ki, həmsədr ölkələrin planı odur ki, bu münaqişənin həllinə deyil, onu daha çox öz nəzarətlərində saxlamağa çalışırlar.

 Ancaq bütün bu proseslərə diqqət yetirəndə görürsən ki, davam edən nəticəsiz danışıqlar Dağlıq Qarabağda  müharibəni qaçılmaz edib. Dünyanın bəzi siyasi dairələrinin  barmaq silkələməsinə, hədələrinə baxmayaraq  Azərbaycan  beynəlxalq hüquqa istinad edərək, öz hərbi və iqtisadi gücünə güvənərək Qarabağda  və işğal olunan digər ərazilərdə mövcud olan qeyri-qanuni silahlı birləşmələrə qarşı antiterror həyata keçirməlidir. Necə ki, Rusiya  və digər ölkələr mütəmadi olaraq öz ərazisində  qeyri-qanuni  silahlı birləşmələrə qarşı belə antiterror  siyasəti həyata keçirirlər. Qanunsuz  silalılıları  zərərsisləşdirirlər

Bu baxımdan Azərbaycanın da tam haqqı var  belə əməliyyatları həyata keçirsin. Bir sözlə ermənilər Dağlıq Qarabağda və işğal altında qalan digər ərazilərdə özlərini rahat hiss etməməlidirlər. Düşünməlidirlər ki, başqa dövlətin  yardımı ilə  bu əraziləri uzun müddət nəzarətdə  saxlaya bilməyəcəklər. Qısa antiterror əməliyyatları, 2016-cı ilin uğurlu aprel döyüşləri kimi döyüş taktikası, Qarabağda öldürülən erməni əsgərlərinin Ermənistana daşınması erməniləri qandırmalıdır. Nəhayət ermənilər dərk etməlidirlər ki, xarici qüvvələrin  əlaltısı olmağın, işğalçılığın, separatizmin perspektivi yoxdur. Bu, gələcək ermənini  yalnız bir xalq olaraq  məhvinə, regionda gərginliyin artmasına aparacaq.

Hər-halda belə sonluq erməniləri təqib etməkdədir. İki yol var. Ermənilər  ya xarici qüvvələrin əlaltısı olmaqdan, separatizmdən əl çəkib Azərbaycanla normal qonşuluq siyasəti həyata keçirərək dinc şəraitdə yaşamağı  qəbul etməlidirlər. Sonuncu yol isə işğal olunan bütün ərazilərdə  qeyri-qanuni silahlı birləşmələrə qarşı antiterror əməliyyatlarının həyata keçirilməsidir. Sonuncu variant gec-tez baş verəcək. 

Ancaq  mənim fikrimcə, belə lokal və daha geniş miqyaslı döyüşün baş verməməsi üçün  hələ imkanlar tükənməyib. Əgər  dünyanın böyük güc sahibləri,  münaqişələrin həllinə qolunu çırmalayıb girişən dövlətlər həqiqəti etiraf etsələr vəziyyət dəyişər. Əlqərəz  Ermənistandan işğalçılıq siyasətindən əl çəkib  işğal etdiyi əraziləri dərhal tərk etməyi  sərt şəkildə tələb etməlidirlər. Təəssüf ki, münaqişənin nizamlaması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri bu addımı atmayıblar. İşğalçı ilə işğala məruz qalana qarşı eyni münasibət, eyni davranış tərzi nümayiş etdirilir.

Əkrəm Bəydəmirli      

 

 

 

 

 

 

 

 

Baxış sayı : 2688
Digər yazılar
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42