2016-10-14 10:30:36 | AKTUAL
Yol-nəqliyyat qəzalarının qarşısını almaq üçün nə etmək lazımdır?

Baş Dövlət Yol Polis İdarəsinin avtomabil yol qəzaları ilə bağlı verdiyi 25 illik statiskaya görə

1988-ci ildən, 2016-ci ilin may ayına kimi avtomabil yollarında 74406 yol qəza hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 25588 nəfər insan dünyasını dəyişib, 77216 nəfər isə yaralanmışdır. Azərbaycanda hər il təxminən, 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən artıq insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər almşdır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən  verilən məlumata  görə, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib. Baxmayaraq ki, ötən illərlə müqayisədə  bu rəqəmlərdə azalma müşahidə olunur, ancaq bütün hallarda  böyük itikidir.  Bəs, bu, qəzaları tamamilə azaltmaq və yaxud onu yox etmək mümkündürmü? 

Verilən məlumatlara görə,  Avropa məkanında, əhalisi Azərbaycandan da xeyli çox olan ölkələrdə heç bu qədər  yol-nəqliyyat hadisələri baş vermir. Təəssüf  ki,  bizim yollarımızda bu qəzalar  davam etməkdədir. Bunun kifayət qədər səbəbləri var. Mütəmadi olaraq həmin səbəblər  göstərilir.  Ancaq bir vacib məqam odur ki, bu hadisələrdən heç kim sığırtalanmayıb.

Bu  gün  paytaxtımızdakı  sıxlıq, yol-nəqlyyat qəzaları,  və digər problemlər əslində hər birimizi düşündürməlidir.  Heç şübhəsiz ki,  Dövlət Yol Polisinin, müxtəlif media qurumları vasitəsilə apardığı təbliğat işləri, bu sahədə  qanunlarda dəyişikliklər, cəzaların sərtləşməsi və digər addımlar atılır.  Bunun özünün də müsbət tərəfləri var.  Ancaq bu sahədə daha ciddi  islahatlara ehtiyac var.

Bu islahatlar nədən ibarət ola bilər?

Birincisi, sürücülük vəsiqələrinin verilməsi məsələsi  Tələbə qəbulu üzrə Dövlət Komissiyasına verilməsi məqbul olar. Çünki bir çox problemlər ondan başlayır ki, sürücülər yol hərəkəti nişanları haqqında məlumatı  olmur.Ümumilikdə sürücülük vəsiqələrinin verilməsin ciddi qüsurlar qalmaqdadır. İkincisi,  bu sahədə maarifçilik daha da sürətlənməli və  bu məqsədlə sosial reklam çarxlarının  çəkilişi aparılmalıdır. Bu sosial və maarifləndirici xarakterli reklam rolikləri telekanallarla bərabər digər media qurumlarında yayımı faydalı olar.

Üçüncüsü,  avtomobil idarə edərkən yol hərəkənin tələblərinə, mövcud qanunlara əməl etməyən və hər an qəza şəraiti yaradan  bəzi imkanlı şəxslərin övladları barəsində daha ciddi tədbirlər görülməlidir.  Birbaşa həmin imkanlı şəxslərə qarşı  öz övladlarına görə, ictimai qınaqla bərabər sərt hüquqi məsuliyyət müyyənləşməlidir.  Bir sözlə qanuna qarşı  heç kim harınlıq, hörmətsizlik etməməlidir.

Dördüncüsü,  avtomobil yollarında mövcud olan müxtəlif tipli radar sisteminin bir neçə dəfə artırılmasına ehtiyac var. Çünki radar müşahidə sisteminin  mövcud olduğu ərazilərdə sürücülər daha məsuliyyətli avtomobil idarə edirlər. Bunu təsdiqləyən kifayət qədər faktlar var.

Nəhayət yol polisinin özündə də islahatlara ehtiyac hiss olunmaqdadır. Bir sözlə  daha innovativ mexanizmlər tapılmalıdır. Yalnız təbliğat aparmaqla və yaxud gecə gündüz cərimə yazmaqla problemi həll etmək çətin məsələdir. Ona görə bu işə kompleks yanaşıb daha məqbul mexanizmlər üzərində düşünmək lazımdır.

 Sonda  sərnişin nəqliyyatı ilə bağlı bəzi məqamlara diqqət yetirmək istərdim.   

Yoruculuq olmasın  bu fikri bir daha təkrar səsləndirəcəyəm.  Məşhur teatrşünas Stanislavskinin belə bir fikri var: “Teatrda mədəniyyət qarderobdan başlayır”. İnsanın gün ərzində rastlaşdığı hər hansı ilk xoş münasibət onda yaxşı ovqat yaradır və yaxud əksinə. Bəlkə də şəhərimizin də mədəni həyatı elə nəqliyyatdan start götürür desək yanılmarıq. İctimai nəqliyyatdan istifadə edən insanlar mənim fikirlərimi təsdiqləyər.

Paytaxtımızda sərnişin daşımada istifadə olunan bəzi avtobuslarda total mədəniyyətsizlik baş alıb gedir. Sürücünün davranışı  əsəbi atmosfer yaradır. Bu ağrılı məsələlərin çözülməsi üçün kart sisteni ilə çalışan avtobusların sayının artırılması zəruridir. Əslində bir çox məsələlərdə, o cümlədən sərnişin nəqliyyatında ictimai nəzarət güclənməlidir. Bu sahəyə cavabdeh şəxslər düşünməlidir ki, onların nümunəvi fəaliyyət gostərməsi tək para qazanmağa deyil, həmçinin yol-nəqliyyat qəzalarının qarşısını almağa istiqamətlənməlidir.

Əkrəm  Bəydəmirli

Baxış sayı : 3844
Digər yazılar
Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb 2023-09-23 09:40:22 Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi aşkar edilib - VİDEO 2023-09-23 08:10:50 “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq 2023-09-22 21:20:15 Qarabağdakı separatçılar tərksilah edilir 2023-09-22 18:25:49 Tərtərin Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO 2023-09-22 15:45:17 BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ 2023-09-22 15:10:56 Ceyhun Bayramov: Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verilməsində qətiyyətini bir daha təsdiqləyir 2023-09-22 11:25:39 Qarabağda yaşayan ermənilərə ərzaq göndərildi 2023-09-22 10:30:28 Qarabağdakı erməni separatçıların öhdəsindən gəlməyə bir gün bəs etdi - Türkiyənin "Daily Sabah" qəzeti yazır 2023-09-22 09:25:38 Qarabağdakı hadisələrin Paşinyanla əlaqəsi yoxdur 2023-09-22 08:40:01 Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib 2023-09-21 20:20:42 "Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN 2023-09-21 16:50:43 Prezidentinin Administrasiyası Yevlax görüşü ilə bağlı açıqlama yaydı 2023-09-21 15:30:35 Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilib 2023-09-21 12:40:55 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb 2023-09-21 11:45:47 XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur" 2023-09-21 10:30:43 Rusiyanın Ukraynadakı itkiləri 274 mini ötdü 2023-09-21 10:05:14 Prezident: Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir 2023-09-21 07:10:07 Prezident İlham Əliyev xalqa müraciət edib 2023-09-20 21:40:42 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün məqsədi açıqlanıb 2023-09-20 18:40:45 Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası 2023-09-20 18:45:38 "Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?” - Brenda Şaffer 2023-09-20 11:30:11 Baş Prokurorluq: "Qanunsuz erməni birləşmələri yenə də mülki şəxsləri hədəfə alır" 2023-09-20 10:15:23 Moldova KİV-ləri Azərbaycan Ordusunun antiterror tədbirləri və ermənilərin mina terroruna dair məqalələr yayıb 2023-09-20 09:35:50