2016-07-18 11:55:36 | AKTUAL
Hərbi çevriliş ölkəni hara aparacaqdı?

Türkiyədə baş verən hadisələr, insan itkisi, hərbi çevriliş cəhdi gerçəkdən bizi sarsıtdı

Həmin hadisələr zamanı dünyasını dəyişən cəmi insanlara rəhmət diləyərək əsas mətləbə keçmək istərdim.  Doğrudanmı Türkiyə cəmiyyəti, hərbi elitası avtoritarizmdən,  demokratiyanın boğulmasında bezmişdi? Əgər  bezmişdişsə onda mütləq hərbi çevrilişə əl atmaq lazım idimi? Təbii ki,  burada başqa  və çox çirkin məqsədlərin olması  şübhəsizdir.

  Həmin hərbi çevrilişə cəhd göstərənlər üçün demokratiyadan  daha çox onları təlimatlandıran şəxslərin verdiyi vədlər önəmlidir. Ancaq bütün hallarda cinayət əməli cəzasız  qalmır. Həmin proseslər zamanı sadəcə olaraq öz komandirinin əmrini yerinə yetirən sadə əsgərin hansı günahın sahibi olduğunu Türkiyənin hüquq sistemi müəyyən edəcək.

 Digər tərəfdən bu hərbi çevriliş cəhdi hər hansı başıpozuq hərbi qüvvələrin hakimiyyət hərisliyindən  daha çox bəzi xarici ölkələrdə yeləşən beyin mərkəzlərinin hazırladığı  başıpozuq  plana daha çox oxşayır. Onu da yaddan çıxarmaq olmaz ki, islam sivilizasiyasına qarşı düşmət mövqey hər zaman hiss olunur. İslam dünyasında mövcud olan təhsilsizlikdən, maarifçilik işinin zəif olmasından, müəyyən boşluqlardan istifadə edən həmin qüvvələr məhz islam cəmiyyətlərinə qarşı təxribatçı layihələrini həyata keçirirlər  Böyük ehtimalla Türkiyədə baş verən son olaylar bu planın tərkib hissəsidir. 

 ABŞ-da yaşayan Fətullah Gülənin fikirləri diqqəti cəlb edir.  O,  bəyan edib ki, avtoritar rejim tərəfdarı deyil. Fətullah Gülən belə bəyanatla brifinqdə çıxış edib.

“Mən dəfələrlə demişəm ki, respublikaçılar tərəfdarıyam və avtoritar idarəetmənin əleyhinəyəm.  Deyəsən, Fətullah Gülən hərbi çevriliş çəhdini, bu qədər insan itkisini demokratik proseslərə dəstək kimi qəbul edir 

 Mənim qənaətimcə,  hərbi çevrilişin əsas məqsədi, qayəsi demokratiya deyil, Türkiyəni bir neçə hissələrə parçalamaq və həmin ərazilərdə müxtəlif yeni dövlətlərin yaranmasına rəvac vermək idi.  Digər tərəfdən Türkiyəni zəiflətməklə  çox böyük bir regionda təbii sərvətlərin bölüşdürülməsinə və resusrlara  uzun müddətli nəzarətdə saxlamaq imkanları əldə etmək planları ortadadır. Belə layihələr Misirdə, Liviyada və digər müsəlman ölkələrində gerçəkləşib. Demokratiya adı altında  gerşəkləşən  həmin  hərbi çevrilişlər adı çəkilən ölkələri dəhşətli şəkildə çokdürdü.

  İndi bir anlıq təsəvvür edək  belə çevriliş cəhdi Türiyədə baş tutur. Ümumilikdə

Türkiyənin zəifləməsi təbii ki, Cənubi Qafqaz siyasətinə, Azərbaycana,  Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin ləngiməsinə təsirsiz ötüşməyəcəkdi.

 Sevindirici haldır ki, bu qiyam baş tutmadı. Əgər hər hansı hərbi çevriliş Türkiyədə gerçəkləşsəydi, o zaman qardaş ölkəni ən yaxşı halda Misirin, Liviyanın, Suriyanın vəziyyəti ilə müqayisə etmək lazım idi.  Ancaq bütün hallarda Türkiyə itirdi. Xeyli sayda vətəndaşı şəhid oldu, elitar  Turkiyə  ordusuna inam zəiflədi. Ölkəyə çox böyük məbləğdə iqtisadi ziyan dəydi. Həmçinin  mövsümlə əlaqədar olaraq Türkiyəyə dincəlməyə gedən turistlərin sayı azalacaq. Xeyli Türkiyə vətəndaşı törətdiyi cinayətə görə ömrünün müəyyən hissəsini cəza evində keçirəcək.

  Bütün ziyanlar zaman keçdikcə ödəniliəcək. Ən əsası  çoxlarımızın inandığı Türkiyə dövlətçiliyi bu mücadilədən, imtahandan qalib  çıxdı. Yəqin ki, Türkiyə rəhbərliyi  bu hadisələri analiz edərək öz siyasətlərində dəyişikliklər edəcəklər.

Son dövrlər xarici siyasətdə önəmli korrektələr hiss olunmqadaydı. Artıq Rusiya ilə, İsraillə əlaqələrin bərpası üçün vacib  addımlar atılmışdı. Heç şübhəsiz  Ərdoğan hakimiyyəti ölkənin daxilində də  ciddi islahatlara gedəcəyi şübhəsizdir. Çünki Türkiyədən bir çox hallarda  dinlə dövlət arasında sərhədlər itməyə başlamışdı.

 Dinin dövlət siyasətinə qarışması və yeri gələndə kəskin müdaxilə etməsi təhlükəli tendensiyadır. Şübhəsiz bu faktorlar Türkiyə cəmiyyətində bir çox hallarda başağrısına çevrilir. Güman edək ki, qardaş ölkə  bu mərhələləri ağrısız keçəcək.

 Bəzi siyasətçilər bildirirlər ki, bundan sonra Türkiyədə antidemokratik dönəm başlayacaq. Prezident  Rəcəb Tayyib Ərdoğan öz postunu  möhkəmlətmək üçün  vətəndaş cəmiyyətini boğacaq. Ancaq bü iddialar inandırıcı deyil. Çünki  Türkiyədə oturuşmuş demokratik ənənələr var. Heç kim o cümlədən  prezident  Ərdoğan həmin ənənəni dəyişib qapalı, totalitar cəmiyyət yarada bilməz. 
Əkrəm Bəydəmirli

Baxış sayı : 3436
Digər yazılar
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”