2022-09-15 08:50:32 | CƏMİYYƏT
104 il öncə Bakının qurtulduğu tarix

Azərbaycan  Xalq Cümhuriyyəti  haqqında xeyli tədqiqat aparılıb, kitablar, məqalələr yazılıb. Ancaq  həmin tarixi dövr hər zaman öyrənilməlidir. Çünki tarix keçmişdən ibrət dərsi götürüb  gələcəyiqurmaq üçün önəmli  bir məqamdır.

Xalq Cümhuriyyətində  təmsil olunan insanların  bu qədər millətsevər olması  bizi qürurlandırır. Biz o insanların həyat yoluna nəzər salanda fəxarət hissi keçiririk.Bu insanlarda nə qədər güclü  fədakarlıq,  sözün yaxşı mənasında bir millətçilik olub ki, mümkün olmayan  bir şeyi həyata keçiriblər. Azərbaycan  Xalq Cümhuriyyəti  müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin  AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi.

Nəhayət 104 il öncə  Bakının qurtulduğu tarixə nəzər salaq. Paytaxtın azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olub. Həqiqətən   azərbaycanlıların  iştirakı və türk qardaşlarımızın dəstəyi ilə yaranan  Qafqaz İslam Ordusunun  gəlişiminlərlə günahsız insanı fəlakətdən,erməni vəhşiliyindən qurtardı. Bu barədəböyük ziyalı,  dahi bəstəkar Üzeyir Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin bu hərəkətləri ilə bağlı yazırdı ki, əgər Turk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar.

Bakının 6 aylıq işğalna son qoyulması  Azərbaycanın demokratik dövlətçilik  tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi.  Düzdür, Bakının 104 il öncə işğaldan azad olunmasını aşağılamaq istəyən, həmin hadisələri müəyyən məbləğdə pul vəsaitinin  ödənilməsi nəticəsində əldə edildiyini qeyd edən milli xəyanətkarlar oldu.

Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran,müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. O zaman yüzlərlə Azərbaycan və türk əsgəri birlikdə öz şirin canlarından keçib  Bakının azad olunması yolunda şəhid oldular. Bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqqədəs işlərə, bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur.

Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: “Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram“.

Böyük ideallar uğrunda vuruşan və siyasətə əxlaqi dəyərlər gətirən Azərbaycan  Xalq Cümhuriyyətnin simaları  bizim üçün hər zaman örnək olaraq qalacaqlar. Onların irsi daim öyrənilməlidir. 

Sonda o nəhəng insanlardan birinin fikri ilə fikrimi bitirirəm.  Cümhuriyyətinönəmli simalarından  olan Əli bəy Hüseynzadə yazırdı: "Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir".  Gerçəkdən onlar böyük ideallar uğrunda mübarizə aparırdılar. Lakin dost olmayan  qonşu dövlətlər Azərbaycanın uğurunu,  dövlət kimi möhkəmlənməsini  həm o zaman, həm indi həzm edə bilmirlər. Belə təhlükələr hər zaman gözləniləndir.  

                Əkrəm Bəydəmirli

Baxış sayı : 337
Digər yazılar
Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib Prezident İlham Əliyev: "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir" Kəlbəcərin azad olunmasının ikinci ili