2022-09-06 10:40:34 | AKTUAL
Şuşaya qarşı erməni saxtakarlığının yeni dövrü

Azərbaycanın Ermənistan Silahlı qüvvələri üzərində 44 günlük qələbəsindən sonra, erməni ideoloqları 28 il işğal altında qalan Azərbaycan ərazilərinin tarixinin və mədəniyyətinin ermənilərə məxsus olması barədə daha geniş təxribat xarakterli təbliğata başlayıblar. Ermənilər Azərbaycana qarşı ərazi iddialarını “əsaslandırmaq” üçün yalan, şantaj xarakterli məlumatlardan istifadə edir, əsassız ittihamlardan çəkinmirlər.Bunu biz 44 günlük qələbədən sonra Şuşaya qarşı ermni saxtakarlığının yeni dövrü kimi də dəyərləndirmək olar.

Azərbaycana qarşı bütün bu həqiqətə uyğun olmayan informasiyalar, ermənilər tərəfindən beynəlxalq internet resurslarına yerləşdirilir və bəzi hallarda bu təxribat xarakterli məlumatlar müəllifinə rəğbət də qazandırır. Odur ki ermənilər tərəfindən yayılan bu kimi məlumatların hamısı araşdırılmalı, təhlil edilməli və əsaslı dəlillərlə həqiqətin nə olduğu ortaya çıxarılmalıdır. 

Ermənistanda Qarabağın ermənilərə məxsusluğu barədə cilid-cilid kitablar yazılır, heç nəyə əsaslanmayan, sitatlar gətirilir, təhlillər aparılır. İndi daha çox, erməni təbliğatının əsasında Qarabağ xanlığının baş şəhəri olan Şuşa şəhərinin ermənilərə “məxsus” olduğu barədə yalan iddialar dayanır. 2000-ci ildə İrəvanda “Şuşanın Mədəni Varislik Konsepsiyası” adlı sənəd qəbul etdiklərini elan etdilər. Bu sənəd əslində Şuşanın şəhər memarlığını dəyişmək üçün Ermənistan Hökuməti tərəfindən düşünülmüş plan idi. Ermənistanın bu planıAzərbaycanın suveren hüquqlarının məhdudlaşdırılmasına, Azərbaycanın mülkiyyət hüququnun  mənimsənilməsinə  yönəlmiş vandalizm aktı idi.  

“Şuşanın Mədəni Varislik Konsepsiyası”, Şuşa şəhər mədəniyyətinin xristian dəyərlərinə uyğunlaşdırmaqla, Şuşanı “dünya ermənilərinin dini mərkəzi”nə çevirmək istəyindən irəli gəlirdi.  Bu məqsədlə 2000-ci ildə İrəvan şəhərində “Shousi” Mədəniyyət Fondu və “Shousi” nəşriyyat evi yaradıldı. Fondun yaradılmasında məqsəd Şuşa şəhərinin  memarlıq kompozisiyasını  erməni mədəniyyətinə uyğunlaşdırılması, şəhərdə turizm üçün əhəmiyyətli hesab olunan ərazilərin yenidən qurulması nəzərdə tuturdu.

Bu baxımdan Şuşa şəhəri üzərində Azərbaycan Ordusunun qələbəsini həzm edə bilməyən ermənilər, Şuşa şəhərinin tarixini kobud şəkildə təhrif edir, öz arzularını saxta dəlillərlə əsaslandırmağa çılışırlarki, bu da olduqca mənasız görünür.  Şuşa şəhərinin tarixinin dəyişdirilməsinə edilən cəhdlər həmişə erməniləri gülünc vəziyyətdə qoyb. Belə cəhdlərdən biri 2017-ci ildə baş verən və indiyə kimi Ermənistan mətbuatında müzakirə olunan təxribat xarakterli məlumatdır. 

12 may 2017-ci il İrəvan, Armenpress saytına Qarabağın qondarma erməni qurumunun “Tarix və Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Xidmətinin”, “ elmi direktorunun müavini” Njde Yeranyan Şuşa şəhərinin Merdinli məhəlləsində qazıntı zamanı kilsə qalıqlarının aşkar edilməsi barədə məlumat yaydı. Qondarma rejimin nümayəndəsinin verdiyi bu məlumat tərəfimizdən araşdırılmasına qərar verdik.  Məlum oldu ki, adını “tədqiqatçı” qoyan bu vətəndaşın verdiyi məlumat yalan, təxribat və cəfəngiyyatdan başqa bir şey deyildir.

Njde Yeranyan verdiyi məlumatda qeyd edirki, 1838-ci ildə Qərbi Zəngəzurun Meğri şəhərindən gələn mühacirlər Şuşa şəhərinin Merdinli məhəlləsində kilsə tikiblər.  Njdenin yalan danışdığını adi bir tarixi məlumat sübut edir. 

Merdinli məhəlləsi, Şuşa şəhərində XVIII əsrin sonları, XIX əsrin  əvvəllərində salınmış şəhərin yuxarı məhəllələrindən biri olub. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalının Hacılı və eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarından gələn müsəlman əhali olub.  Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Xan qızı Natəvanın göstərişi ilə Şirin su hamamı da bu məhəllədə tikilib.

Bütün bu tarixi faktlar göstərir ki, 1838-ci ildə Şuşa şəhərinin bir nəfərdə olsun erməni yaşamayan Merdinli məhəlləsində kilsə tikməyə heç bir zərurət yox idi. O dövrgə nəinki Merdinli məhəlləsində ümumiyyətlə Şuşa şəhərində erməni əhalisi yaşamırdı. Əgər Şuşada nəinki ermənilər hətta xristian dinin daşıyıcıları digər xristian əhali yaşamış olsaydılar, Şuşadakı Çar Rusiyası hərbi qarnizonunun rəhbərliyi 1887-ci ildə Şuşa şəhərində kilsə tikintisində işləmək üçün Naxçıvan MR-nın Ordubad rayonunun Qazançı kəndindən buraya erməni əhali köçürməzdilər.  

Araşdırma zamanı məlum oldu ki ermənilər tərəfindən aparılan “qazıntı” işləri Şuşanın hansısa bir tarixi məkanında deyil, 1960-cı illərdə Sovet İmperiyası dövrü inşa edilmiş “Yay klubu”nda aparılıb. Bu klub əsasən Şuşa şəhərinə gələn turistlərin istirahəti üçün nəzərdə tutulmuşdu. Şəhərin istirahət müalicə düşərgələrində dincələn turistlər bura toplaşaraq gün vannası qəbul edir axşamlar isə müxtəlif musiqi sədaları altında rəqs edib dincəlirdilər.

Yay klubu musiqiçilərin əyləşə biləcəyi çox da böyük olmayan dörd  sütun üzərində üç tağlı monumental qurğudan və kiçik həcmli düzbucaqlı məkan kompozisiyasına malik rəqs meydançasından ibarət idi. Bu istirahət güşəsi müxtəlif illərdə dəfələrlə təmir edilsədə indiyə qədər öz ümumi formasını qoruyub saxlaya bilmişdir. Diqqətlə baxdıqda bu məkandakı tikinti qalıqlarının kilsə memarlığına heç bi aidiyyatının olmadığı bəlli olur. Dini xarakterli tikililərdə memarlığın özünə məxsus fərqli üslubu və digər xüsusiyyətləri olur. Məhz bu fərqlilik dini xarakterli tikililəri digərlər tikinti və qurğulardan əsaslı şəkildə fərqləndirir. 2-ci bir tərəfdən əgər bura dini ibadət yeri olsaydı, burada xristian dininə mənsub olan vətəndaşlar çılpaq vəziyyətdə 227e8f0dcb81ccc017ed326d91c47335.jpeggün vannası qəbul etməz, ərazini rəqs meydançasına çevirməzdilər.

Ermənilər 2017-ci ildə yay klubunda qeyri-qanuni qazıntı işləri apararaq rəqs meydançasını beton və asfaltdan təmizləyərək meydançanını bir metr dərinliyində qazsalarda buradan heç bir sübut tapa bilmədilər, onlar heç nəyə nail ola bilmədilər. Qazıntı nəticəsində iddia olunan kilsə qalıqları akar olunmadı. Lakin ermənilər “kilsə” qalıqlarının olduğunu isbat edə bilməsələrdə mətbuatda mütəmadi təxribat xarakterli xəbərlər yayaraq Şuşanın Merdinli məhəlləsində kilsə qalıqlarının aşkar edildiyini iddia edirlər.

Ermənilərin bu iddiaları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir. Çünki ərazi Beynəlxalq Hüquqla tənzimlənən və dünya dövlətləri tərəfindən tanınan  Azərbaycan ərazisidir.   28 il işğal altında qalan bu ərazidə ermənilər tərəfindən arxeoloji qazıntılar aparması vandalizm aktıdır. Bunu edən insanlar qanunla cəzalandırılmalıdır.

QEYD: Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa ili” xüsusi qrant müsabiqəsnin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində Əsəd bəyin evinin bərpa layihəsini təqdim etdik.

aeedf2901dad4013241883312e8af94c.jpeg

3ee9184ed97a67d0f09c66aef21f1561.jpeg 

Faiq İsmayılov


Baxış sayı : 152
Digər yazılar
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”