2022-04-29 11:30:00 | CƏMİYYƏT
Şəhidlik mövzusu: həssaslıq və məsuliyyət

Müqəddəs saydığımız  Şəhidlik mövzusu həssas və məsuliyyətli sahədir. Bu mövzuda yazı yazan kəslər diqqətli olmalıdır. Xüsusilə, Azərbaycanın mediası, telekanalları, sosial şəbəkə iştirakçıları bu mövzuya yanaşmada bir çox zəruri  məqamlara əməl etməlidir.

Əsas mətləbə keçmək istərdim. 33 Şəhidimizdən  bəhs edən "Şəhidlər ölməz, Vətən bölünməz" kitabını yazarkən duymadığım bir çox mətləbləri aşkar etdim. Onu deyim ki, bu mövzuda yazı yazmaq mənə  hiss etmədiyim dərəcədə mənəvi ruh verdi. Müxtəlif vaxtlarda 20-dən artıq Şəhid ailəsini ziyarət etdikdən sonra müsbət enerji ilə geri dönürdüm. Elə bil, bu ailələrin arasında mənəvi, ruhani bağlılıq var. Mənim qənaətimcə, Şəhidlərimizlə bərabər, onların valideynləri də qəhrəmandır. 

Bir məqamı qeyd etmək istərdim. II Qarabağ savaşının əfsanəvi döyüşçüləri olan, iki qardaş,  İman və Bəhrəm eyni anda, eyni məkanda Şəhid olublar. Bu iki qardaşın  atası Elman bəy, anası mələk simalı, nur çöhrəli Hicran xanım bu gündə təmkinini pozmadan şüküranlığını bildirir. Söhbət etdiyimiz heç bir Şəhid ailəsində asilik görmədim. Bu insanlarda ilahi həqiqətin dərki və şüküranlıq var. Tarixi Zəfərimizin özəyini təşkil edən budur.

    Məhz buna görə, Şəhidlərimizin missiyası, haqq işi bizim yolumuza işıq salır. Bu missiya bizi Azərbaycanın müstəqil, qüdrətli olmasının zəruriliyini dərk etdirir və hər zaman xeyirin şərə  qalib gələcəyi fikirini təlqin edir. Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur.  Ümumiyyətlə, boğazdan yuxarı, məsuliyyətsiz vətənpərvərlik cəmiyyət üçün başağrısına çevrilir. Biz QHT-media təmsilçisi olaraq öz məsuliyyətimizi dərk edirik. 

"Şəhidlər ölməz, Vətən bölünməz" kitabını hazırlayarkən görüşlərimiz zamanı Şəhid analarının öz övladları haqqında kövrək və səmimi xatirələri ürəyimizi nə qədər ağrıtsa da, biz bir daha əmin olduq ki, Azərbaycan insanı torpağa, yurda nə qədər bağlıdır. Digər tərəfdən Şəhidlik xalqın qəhrəmanlıq salnaməsidir. Bu salnamə əzmkarlıqla gələcək nəslllərə örnək olaraq yazılır.

Ermənilərdən fərqli olaraq Azərbaycan türklərində torpağa, yurd yerlərinə bağlılıq hər zaman güclü olub və olacaq. Bu gün dünyanın hər hansı yerində, o cümlədən Bakı şəhərində ən rahat şəraitdə yaşayan keçmiş məcburi köçkün üçün öz tarixi yurd yerlərinə dönmək, orada uçulmuş-dağıdılmış kənddə yenidən yurd salmaq böyük məlhəmdir. Bu gün qısa bir sorğu keçirsək, yaşlı və orta yaşlı nəslin nümayəndələrində bunu daha çox görərik.

Hər bir sağlam təfəkkürlü, təmiz qanı olan Azərbaycan türkündə torpağa bağlılıq var. Bu bağlılığı itirilmiş torpaqlarımızda, boş qalmış evlərdəki ruhların harayında axtarmaq lazımdır. 30 illik ayrılıq bunu bir daha sübut etdi.  44 günlük  Vətən savaşı xeyirlə şərin mübarizəsi idi. XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında hayların (ermənilərin) məskunlaşması və bizim qismətimizə belə qonşuların düşməsi tarixin acı reallığıdır. Belə  qonşuluq qismətini dəyişmək mümkün deyildi. Amma, reallığı nəzərə alaraq ədaləti bərpa etmək üçün tarixi məqamlar məhz 44 günlük müharibə zamanı yetişdi. Azərbaycanın əleyhinə aparılan uzunmüddətli  ədalətsiz, haqsız  işğalçı müharibəyə son qoyan,  xeyirlə şərin mübarizəsində qalib gələn Şəhid və qazilərimizdir. Şəhidlərimizə rəhmət, qazilərimizə və II Qarabağ savaşında əməyi olan hər kəsə xeyirli ömür diləyək! 

Yekun olaraq  çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə,  son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi  bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq! 


Əziz, qəhrəman qaraşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın təktorpağı deyil, həm də qüruru özünə qayıtdı.  Ona görə, hər zaman deyirik və yazırıq Şəhidlər ölməz, Vətən bölünməz! 

                             Əkrəm Bəydəmirli

Baxış sayı : 1021
Digər yazılar
Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib 2023-01-27 18:20:48 Avropa Şurası Azərbaycanla həmrəy olduğunu açıqlayıb 2023-01-27 15:10:39 Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb 2023-01-27 14:55:39 AŞPA Ukrayna üzrə beynəlxalq tribunalın yaradılmasına çağırıb 2023-01-27 10:50:11 Erməni terrorunun üçüncü dalğası: Hədəf türk diplomatlarıdır 2023-01-27 09:55:36 Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edildi 2023-01-27 09:35:29 Rusiya Ermənistana missiya göndərilməsinə etiraz edir 2023-01-27 09:40:03 İşğal altındakı 8 kəndimiz BMT-də gündəmə gətirildi 2023-01-27 07:45:45 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir 2023-01-26 18:55:53 Süni intellekt üzrə Milli Strategiya ilə bağlı yol xəritəsi hazırlanıb 2023-01-26 16:40:05 ABŞ institutu: “İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb” 2023-01-26 11:10:18 Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər 2023-01-26 10:55:54 “Heydər Əliyev - 100” videolayihəsinə start verilib 2023-01-26 10:10:35 İsveçrə Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə qoşulub 2023-01-26 09:50:21 Totalitar rejimin qurbanı olan Firidun bəy Köçərlinin bu gün doğum günüdür 2023-01-26 09:30:09 Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib 2023-01-26 08:00:28 Cənub Qaz Dəhlizi Məşvərət Şurası fevralın 3-də Bakıda toplanacaq 2023-01-25 14:10:42 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun daha bir mühüm tədbiri 2023-01-25 10:35:20 Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib 2023-01-25 10:25:52 Lavrov ABŞ-ni bütün qırmızı xətləri keçməkdə ittiham edib 2023-01-25 09:45:35 Laçın yolundakı aksiya 45 gündür davam edir 2023-01-25 09:30:34 İlk hüquq professorunun zindan məktubları 2023-01-25 08:50:40 Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib 2023-01-24 18:25:32 Səməd Vəkilov: “Azərbaycan QHT-lərinin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq”. 2023-01-24 17:55:16