2021-12-29 10:50:20 | CƏMİYYƏT
Tariximizdən silinməyən Xudafərin səhifəsi

Xudafərin körpüsü haqqında hər zaman kitablardan oxumaqla, bəzi video görüntüləri seyr etməklə kifayətlənirdik.

Nəhayət həmin tarixi məkana Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə səfər etmək imkanı yarandı. Onu da xatırlatmaq istərdim ki, Silahlı Qüvvələrimiz Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə, Xudafərin körpüsünü isə 18 oktyabr 2020-ci il tarixində işğaldan azad edib.

Tarixi yurd yerlərimizə, işğaldan azad olunmuş torpaqlarımıza gedərkən hər zaman şüküranlıığımı bildirirəm. Çünki həmin məkanlara səfərimiz nəticəsində ruhumuza rahatlıq gətirən qəribə hisslər insanı bürüyür. Bu duyğular maddiyyatla mənəviyyatın, faniliklə əbədiliyin, insanlıqla vəhşiliyin və digər tərsmütənasibliklərin mahiyyətini ortalığa çıxarır.

Erməni küfründən qurtulan Xudafərin körpüsü Cənubla Şimal arasında Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilmiş mühüm keçid məntəqəsi olub. O həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyııb. Tarixi mənbələrə görə, Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu — IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.

Araz çayı üzərində tarixən çox körpülər tikilib. Lakin bunlardan ən etibarlısı Xudafərin olub. Erməni küfrü hətta Xudafərini də çox qəhərləndirib. Ancaq sakit axan Araz çayı təmkinini pozmadan həm bizə, həm də Xudafərinə təskinlik verir. Körpünün kənarındakı Xudafərin kəndində, həmçinin digər yaşayiş yerlərimizdəki uçulub dağıdılmış evləri görəndə əliqabarlı azərbaycanlılar, beli bükülmüş ev sahibləri gözümün qabağına gəldi.

Axı orta statistik bir azərbaycanlının bir evi tamamilə inşa etməsi neçə illərin hesabına başa gəlirdi. Nəisə, tariximizdən silinməyən Xudafərin səhifəsinə keçmiş olsun deyərək geri dönrürük. Geri dönüş zamanı Cəbrayıl rayonundakı "Dostluq" bulağını ziyarət etdik. Ancaq anlaya bilmədim bu bulağa niyə dostluq adı verilib. Axı tarix boyu sadəlövh dostluq, unutqanlıq, milli dəyərlərə biganəlik bizə fəlakət gətirib.

Arazboyu gəldikcə bir vacib məqam diqqətimi cəlb edirdi. Çayın o biri tərəfində, Güney Azərbaycandakı obalardan bizi seyr edən soydaşlarımız, xüsusilə azyaşlılar bizə əl edib, Vətəndən Vətənə salam göndərirdilər. Sanki onlar da Xudafərinin azadlığına sevinirdilər. Nəhayət geri dönərkən Arazın o tayındakı türk obalarında yanan işıqlar gözümüzdən yayınmır. Ümid edirik ki, erməni işğalından azad olumuş bizim bütün obalarımızda o işıqlar yanacaq.

Nəhayət işğaldan azad olunmuş ərazilərimizə təşkil olunan səfərlərin əhəmiyyəti haqqında qısaca bəzi məqamları qeyd etmək istərdim. İstər xarici qonaqların, istərsə də yerli nümayəndələrin belə səfərləri çox zəruridir. Bu yalnız gedib orada şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaqdan ibarət deyil. Həmin məkanlarda gördüklərimiz yaddaşımıza silinməz bir informasiya ötürür. Bu məlumatlar paylaşılır, dünyaya çatdırılır.

Digər tərəfdən biz işğaldan azad olunmuş əraziləri gördükcə reallığı daha dərindən dərk etmək imkanı yaranır. Düşmən tərəfdən dağıdılmış şəhərləri, kəndləri gördükcə, biz millət olaraq haradan-haraya gəldiyimizi, nəyin necə baş verdiyinin, başımıza hansı bəlaların gəldiyinin fərqində oluruq. Ona görə, bu müqəddəs torpaqlarımızda bu vaxta qədər baş verənlərin bir daha baş verməməsi haqqında hər zaman düşünməliyik.

Belə dönəmlərdə milli kimliyimizə, dəyərlərimizə, dövlətçilik ənənələrinə zərbə vuran qollar qandallanmalı, əxlaqa zidd ideoloji layihələr düşüncə sərhədimizə, könül dünyamıza yaxın buraxılmamalıdır. Onu da unutmamalıyıq ki, milli kimliyini, dəyərlərini itirən xalqların başı hər zaman dərddə olur.

İşğaldan azad edilmiş yurd yerlərimizlə bağlı informasiya yayımı işini daha peşəkar və davamlı istiqamətə yönəltmək olar. Orada səfərdə olan QHT, media nümayəndələrinin və müxtəlif sənət adamlarının potensialından düzgün istifadə edərək işğaldan azad olunan hər şəhər, hər kənd haqqında sənədli, bədii filmlər çəkmək mümkündür. Bir daha onu qeyd etmək istərdim ki, bu işləri kampaniyaçılıqdan, uraçılqdan uzaq olub, yalnız peşəkarların iştirakı ilə etmək mümkündür. Əks təqdirdirdə səfərlərin və görülən işlərin effekti o qədər hiss olunmaz.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1897
Digər yazılar
Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib Prezident İlham Əliyev: "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir" Kəlbəcərin azad olunmasının ikinci ili