2021-09-20 10:50:06 | CƏMİYYƏT
Arzularımın şəhəri Şuşa!

Bizim üçün Azərbaycanın bütün bölgələri qiymətlidir. Lakin Şuşa və Təbriz mənim arzularımın şəhəridir. Şüküranlığımı bildirirəm ki, nəhayət, Şuşanı ziyarət etdim. Azərbaycanın mədəniyyət paytaxtı olan bu möhtəşəm məkan beli bükülmüş ruhumuza rahatlıq gətirdi. Mübaliğəsiz olaraq Şuşanı vəsf etməyə, o sirli aləm haqqında yazmağa dəyər.

Vüqarı, qüruru özünə qayıdan bu şəhərə biz həmişəlik qayıtmışıq. Şuşanın intibah dövrünü görmək hər birimiz üçün ilahi həqiqətin təcəssümüdür. Şəhərdə aparılan quruculuq, abadlıq işləri Şuşanın əvvəlki möhtəşəmliyinin bərqərar olacağına hədəflənib. Bu məkanın tikililəri, tarixi abidələri keçmişlə müasirliyin sintezini özündə ehtiva etməklə bərabər regionun qeyri adi təbiəti ilə harmoniya təşkil edir.

Gerçəkdən, Şuşanın azad olunması ilə Azərbaycan müasir hərb tarixində çox mühüm yeniliklərə imza atdı. Bütün bunlar çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır. Şuşanı gəzərkən həmin möhtəşəm hərbi əməliyyatlarda iştirak edib şəhid olan qardaşlarımızı ehtiramla anırıq. Onların qəhrəmanlığı, əsgərlərimizin şərəfli döyüş yolu gələcək nəsillər üçün örnəkdir.

Ümumilikdə, 44 günlük müharibədə, o cümlədən, Şuşanın azad olunmasında çox zərgər dəqiqliyi ilə həyata keçirilən əməliyyatlara rəhbərlik edən bütün hərbi heyətə, xüsusilə, Ali Baş Komandana sonsuz təşəkkürlərimizi çatdırırıq. Çünki çox incə, çətin hərb sənətinin, ölçüyə gəlməz böyük zəhmətin hesabına Şuşa və digər ərazilərimiz işğaldan azad olunub. Şübhəsiz ki, bu gün dünyada hərb tarixi ilə maraqlananlar, ümumilikdə bir çox beyin mərkəzləri və digər qüvvələr bu taktiki, strateji məqamları tədqiq edirlər.

Biz də millət olaraq həm hərb tariximizi, həm də bu qədər üzləşdiyimiz fəlakətlərin səbəbini, mahiyyətini öyrənməliyik. Və bir daha belə fəlakətlərin baş verməməsi ilə bağlı baş sındırmalıyıq. Şuşa daxil olmaqla bütün dəyərlərimizə zamanında dəyər verməliyik, kimliyindən, millətindən asılı olmayaraq xəyanətkar mövqedə dayananları lənətləməliyik.

Bu gün dünyada Azərbaycanın haqlı, ədalətli qələbəsini həzm edə bilməyən qüvvələr qalmaqdadır. Bunlar yalnız erməni lobbisi və onların havadarları deyil. Regionda marağı olan bəzi qüvvələr fürsət düşən kimi erməni kartından istifadə edirlər.

Ona görə, heç zaman arxayınlıq olmamalıdır. Düşmənə gizli və aşkar dəstək verən qüvvələrin qara əməllərinə göz yummaq olmaz. Həmin qüvvələrin çirkin planlarının ifşa olunması istiqamətində adekvat tədbirlər görülməsi sürətlənməlidir.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan çıxışlarında etiraf edib ki, erməniləri çörəklə İran, silahla Rusiya təmin edərək, hər zaman xilas edib. Levon bu faktları etiraf etməsəydi də düşmənə kimin dəstək verdiyi çoxlarımıza bəllidir. Ona görə, erməni sepratizminə, terroruna dəstək olan həmin dövlətlərə qarşı adekvat tədbirlərimiz hər zaman gündəmdə olmalıdır.

Təbii ki, ədalətli sülhü, ilahi həqiqəti Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu regiona gətirib. Biz cəmiyyət olaraq, dövlət olaraq bu ədalətli sülhü qoruyaraq postmüharibə dövründə çox dəqiq və effektli fəaliyyətimizi genişləndirməliyik. Tarixi ədalətin bütün dünya tərəfindən geosiyasi proseslər nəzərə alınaraq qəbul edilməsinə necə nail olmaq üçün çox konfirasiyalı planlarımız olmalı və vaxt itirmədən həyata keçirilməlir.

Bu gün separatizmə dəstək verən və sülhə mane olan bəzi ölkələrlə bağlı məqamları dövlət kəskin şəkildə qaldıra bilməz. Lakin QHT-lər bu məsələləri daha kəskin şəkildə qaldırmaq gücündədir. Ona görə, Vətəndaş Cəmiyyəti İnstitutlarının maliyyə çevrəsini genişləndirməklə beyin mərkəzlərinin fəaliyyətinə dəstəyi artırmaq lazımdır. Bəzən oturuşmuş analitik beyin mərkəzlərinin fəaliyyətinə ehtiyac hiss olunur. Təəssüf ki, bu sahədə müəyyən boşluqlar var. Ümumilikdə postmüharibə dövründə QHT-lərin potensialından düzgün yararlanmaq faydalı olar.

Nəhayət, işğaldan azad olunmuş bütün ərazilərimiz, o cümlədən, Şuşanın real görüntüləri əhəmiyyətli informasiya mənbəyidir. Bunu ura halında deyil, yalnız peşəkarların iştirakı ilə sənədli, bədii filmlərə köçürmək zəruridir. Fikrimi Şuşa şəhəri ilə bağlı bitirmək istərdim.

Şuşada bu şəhərin bünövrəsini qoyan Qarabağ xanlarına həsr olunan abidələrin, xatirə komplekslərinin ən yüksək səviyyədə inşasına ehtiyac var.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1477
Digər yazılar
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”