2021-06-02 11:10:55 | QHT VƏ MEDİA
Uzun illərin doğmalığı

Müəllim-tələbə münasibətləri həm də ona görə müqəddəs anlayışdır ki, birinci öyrədir, ikinci öyrənir.

Müəllim sözünün ucalığı onun öyrətmək səviyyəsilə, tələbə sözünün ucalığı öyrənmək səviyyəsilə ölçülür. Mən bu keyfiyyətləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəki uzun illər boyu müəllim vəzifəsində olduğum zaman çağında müəyyən etdim özüm üçün. Bu fakültənin bünövrəsini qoyan Nəsir İmanquliyev, Şirməmməd Hüseynov kimi müəllimlər bizim üçün həm də klassik müəllim məktəbi yaratdılar. Bu məktəb bizə tələbə dünyasının mürəkkəb, bəzən ziddiyyətli xarakterini öyrənməyi, tələbəni lap elə birinci kursdan hiss etməyi, onları sabaha hazırlamağı, istedadları seçə bilməyi, iş yerinə təqdim etməyi və s. məsələləri bizdən tələb edir. Fakültəmizi neçə-neçə illər bundan əvvəl bitirən və bu gün də bitirməkdə olan məzunlarımızın ən böyük üstünlükləri daim bizimlə əlaqə saxlamaqları, bu fakültəni "ata ocağı" kimi qəbul etmələri müəllim-tələbə münasibətlərinin Nəsir İmanquliyev-Şirməmməd Hüseynov məktəbinin uğur düsturudur.

Məzunlarımız bizim qürur mənbəyimizdir. Elə məzunlarımız var ki, onlar jurnalist peşəsini yüksək tutmaları ilə bizə daha əziz, daha doğmadırlar. Onlar çoxdur. Və bu çoxluq sırasında Əminə Yusifqızı kimi peşəkar, xidmət etdiyi sahədə cəmiyyətə yanımlı, dəqiq, qərəzsiz, vicdanlı yazıları ilə nümunə olan bir doğmamız var.

Əminə xanım 1970-ci ildə - hələ Jurnalistika fakültəlarinin birinci kursunda oxuduğu günlərdən müəllimlərinin sevimlisi oldu. Birincisi, ona görə ki, tələbəliyinin lap elə ilk aylarından bu

yevlaxlı qızın milli-mənəvi dəyərlərimizə hörməti, ailədən, eldən gələn adət-ənənələri təzəcə düşdüyü bu böyük şəhərdə necə qorunması; ikincisi, çox yaxşı oxuması və o zamanın "Bakı", "Azərbaycan gəncləri" kimi populyar qəzetlərdə çıxışları. Onu fakültədə müəllimlərinə və tələbə yoldaşlarına sevdirən daha bir cəhət Əminənin elə o gənc yaşlarından torpağa, vətənə bağlılıq keyfiyəti oldu. Əminə 1975-ci ildə - son kursda olanda biz çox istədik ki, onu fakültədə saxlayaq, elmə yönləndirək, gələcəyin müəllimi kimi yetişdirək. Olmadı, Əminə doğulub böyüdüyü Yevlax şəhərinə dönməyi hər şeydən üstün tutdu. Demə, Əminə elə bu beş illik tələbəlik dövründə daimi olaraq "Kür" qəzetinə yazılar yazıb və indi onu o doğma şəhərdəki "Kür" qəzetinin kollektivi işə dəvət edir.

Əminə hələ 22-23 yaşındadır, hələ "xanım" titulu yoxdur. Amma az bir müddət keçəcək, Əminə bu qəzetdə işə başladığı korrektor vəzifəsindən irəli çəkiləcək və... "Kür"ün baş redaktoru kimi yüskək bir vəzifəyə qalxacaq və bu gün ona çox yaraşan bir "xanım" epitetini qazanacaq.

Mən lap cavan çağlarımdan xətrini əziz tutduğum tələbə oğlanlara "dədə", tələbə qızlara "nənə" deyə müraciət etmişəm. Və etməkdəyəm. Mənə elə o günlərdən - 46 il əvvəl "nənə" deyib çağırdığım Əminə gözəl bir ailə sahibi oldu, el-obaya layiqli övladlar böyütdü və bir gün mənə zəng etdi ki, "müəllim, sizin məni "nənə" deyə çağırışınız rəsmiləşdi: mənim ilk nəvəm doğulub və mən indi rəsmi nənəyəm".

Əminə xanımı mənə doğma edən bir sıra faktlar var. Əvvəla, onun kəndə, regiona marağı, ikincisi, peşəsinə vurğunluğu, üçüncüsü, ictimai marağa diqqəti, dördüncüsü, əvvəldən hörmət etdiyi bir adama ömrü boyu sədaqəti.

TANINMIŞ JURNALİST ƏMİNƏ YUSİFQIZI NÖVBƏTİ DOĞUM GÜNÜNÜ QEYD EDİR » 7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Əminə xanım tipik Azərbaycan qadınıdır. Bir dəfə hansısa bir tədbirdə "Qadının ictimai həyatda yeri" kimi bir mövzu müzakirə olunurdu. Dəvət olunduğu tədbirlərdə maraqlı çıxışlar edən Əminə xanım Prezident Heydər Əliyevdən bir sitatı əzbər dedi: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar". Əminə xanımın Heydər Əliyevdən gətirdiyi bu sitat hələ o zaman məni bu tipik Azərbaycan qadını haqqında düşünməyə təşviq etdi: Əminə xanım neçə ildir ki, "Kür" kimi maraqlı bir region qəzetinin Baş redaktorudur. O vaxtdan bəri Yevlaxda neçə birinci katiblə, neçə İcra başçısı ilə işləyib. O vəzifə sahibləri heç vaxt Əminə xanımın qəzet işinə qarışmayıblar. Çünki bu baş redaktorun tənqid hədəfləri dəqiq seçilib, qaldırdığı problemlər ancaq rayonun xeyrinə olub. Əminə xanımın qəzeti region mətbuatı içərisində öz peşəkarlığı, dəqiq informasiyası, peşəkar publisistikası ilə həmişə seçilib. Bir də Əminə xanıma bir redaktor kimi ona görə irad tutmaq çətindir ki, Yevlax şəhərində az qala hər bir ailə, hər bir ziyalı və bütövlükdə şəhər cəmiyyəti onun fəaliyyətini yüksək qiymətləndirir.

Jurnalistika fakültəsinin kollektivi - müəllimli-tələbəli - hamı "Kür" qəzetinə yaxşı bələddir. Çünki Əminə xanım bu qəzetə Baş redaktor keçəndən bu günə - 30 ildir ki, "Kür" qəzetini bizim fakültəyə göndərməkdədir. Çox təəssüf ki, əvvəllər 7 min tirajla nəşr olunan bu qəzet də indi ənənəvi mətbuatın yaşadığı problemlərlə üz-üzə qalıb və onun da tirajı xeyli aşağı düşüb. Bu problem barədə Əminə xanım özü danışır: "Heç bir respublika səviyyəli (auditoriya mənasında) qəzet rayon qəzetinin çap olunduğu, yayıldığı regionun problemlərini bu qəzet qədər əhəmiyyətli dərəcədə qaldıra bilməz. Əgər hər hansı bir qəzet hansısa bir rayonun problemlərini ayda-ildə bir dəfə qaldıra bilirsə, rayon qəzeti bu problemləri özünün hər nömrəsində meydana qoyur. Ona görə də bu qəzetlərə xüsusi bir dövlət dəstəyi mütləq lazımdır".

Qürurverici hal orasındadır ki, Əminə xanımın xarakterindəki peşə yanğısı bu qəzeti yeri gəldikdə xilas etməkdədir. 44 günlük Vətən müharibəsi "Kür"ün müqəddəs mövzusu oldu. İndi "Kür" qəzetinin Yevlaxdan olan şəhidlərimizlə bağlı maraqlı bir layihəsi var: Bu şəhidlərin hamısını ifadə edəcək esselər kitabı. Çox yaxşı haldır. Yevlax şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu layihənin reallaşması üçün qəzetə öz qayğısını göstərir. Yevlax şəhidləri haqqında kitabın müəllifi Əminə Yusifqızı özüdür. Bu kitabın məsləhətçisi də mənəm və orada əksini tapan esselərin necə peşəkarlıqla ərsəyə gəldiyinin şahidiyəm.

Əminə xanım fəal ictimaiyyətçidir. O, YAP Yevlax şəhər Təşkilatı Qadınlar Şurasının sədri seçilib. O, indi Yevlax şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın, YAP Yevlax şəhər təşkilatı İdarə Heyətinin üzvüdür.

Əminə xanım bir çox ödülün, mükafatların sahibidir: Prezidentimiz onu "Tərəqqi" medalı ilə təltif edib. O, Ali Media mükafatı laureatıdır, Əməkdar jurnalistdir və s. Bizə elə gəlir ki, 70 yaşının tamamına az qalan bu fəal jurnalistin bir arzusu - özünün dilə gətirdiyi bir arzusu - "Şöhrət" ordeni ilə təltif olunması da reallaşar.

Əminə Yusifqızı sədaqətli bir dostdur. Hələ tələbə vaxtlarından mənə doğma olan bu xanım mənim otuz il müddətində həsrətlə yol aldığım Ağdam yolunun üstündəki Yevlax şəhərinin "Dördyol" qovşağında o səfərlərdə mənə təsəlli vermək üçün yolumu gözləyib. Əminə xanım bizim Ağdam səfərlərimizin səbəbini yaxşı bilirdi: O zaman işğal altında olan kəndimizin altı kilometrliyindəki Əfətli obasında dəfn etdiyimiz doğmalarımızın qəbrini vaxtaşırı ziyarətə getdiyimizi yaxşı bilirdi. Belə vaxtlarda mənə zəng edirdi: "Bakıdan gül gətirməyin, sizi "Dördyol"da gül-çiçəklə gözləyəcəyəm".

Beləliklə, hər səfərimizdə bizi gözləyirdi; bir qucaq Yevlax gülləri ilə. Məni və övladlarımı kədərli, yaşarmış gözləri ilə işğaldakı kəndimizin altı kilometrliyindəki Əfətli obasına, orda dəfn etdiyimiz doğmalarımızın qəbirlərini ziyarətə yola salırdı...

Gün gəldi və Ali Baş Komandanımızın, şanlı ordumuzun, yumruq kimi birləşmiş xalqımızın 44 gündəki müzəffər qələbəsindən duyduğumuz qürurla yenə də Ağdam səfərindəyik. Əminə xanım yenə də Yevlaxdan Ağdama ayrılan dörd yolda bir qucaq gül-çiçəklə biri gözləyir. Artıq gözlərində kədər və yaş görünmür. Üzündə işıq var, gözlərində qələbə sevinci! Qucaqladığı gül-çiçəkləri mənim qızlarıma verir:

- Gedin - deyir - Qarabağın gözü Ağdamımıza məndən salam deyin. Qələbəmiz mübarək, səfərlərimiz uğurlu olsun. Tanrı müəllimimi qorusun.

- Sən də sağ ol, nənə! - deyirəm. Tanrı səni də jurnalistikamıza çox görməsin!

Cahangir MƏMMƏDLİ

BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Baxış sayı : 138
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42