2021-03-05 07:50:04 | CƏMİYYƏT
Bizə necə filmlər lazımdır?

“Kino iqtisadiyyatı” formalaşmalıdır.

Ötən günlərdə İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində Azərbaycanda çəkilən filmlərlə bağlı maraqlı müzakirələr oldu. Müsbət haldır ki, həmin verilişdə mütəmadi olaraq bir sıra önməli məsələlərə diqqət yetirilir. Gerçəkdən bu gün Azərbaycanın kino sahəsində yaranmış boşluqlar, bəlkə də bərbad vəziyyət cəmiyyətə sirayət edir. Təbii ki, bütün bunlar nəticədir. Səbəbləri aradan qaldırmaq gərəkdir.

İbn Sina da deyirdi ki, bir adamın ruhu sağlamdırsa, onun bədəni də sağalmağa meyilli olur, əksinə, ruhunda xoşagəlməz nəsnələri yetişdirən adam xəstələnməyə məhkumdur. İnsanların ruhunu pərişan edən, zədələyən amillər çoxdur. Ruhumuzu təmizləyən faktorlar az deyil. Bunlardan biri ruhumuza yaxın olan filmlərdir.

Nəhayət, biz millət olaraq oz tarixi-bədii filmlərimizi ortalığa qoymalıyıq. Milli düşüncəmizə yad olan, heç bir informasiya yükü olmayan bu gün bəzi serialları çəkib televiziyalarda nümayiş etdirənlər nəhayət, papaqlarını qabaqlarına qoyub düşünməlidirlər.

Bu gün kino ssenariləri ilə bağlı aktul mövzular kifayət qədərdir. Niyə görə bizim tariximizlə bağlı, xüsusilə, 1918-ci il hadisələri haqqında, ümumilikdə ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini özündə ehtiva edən qanlı tarix haqqında bədii filmlərimiz yoxdur? Regionun faciələrinin bir çox səbəbləri məhz ermənilərin bu torpaqlarda məskunlaşmasından qaynaqlanır.

Bizə necə filmlər lazımdır?

İnsanların, xüsusilə, gənclərin özünə dərkə, daha çox öyrənməyə, başqalarını anlamağa yardımçı olan, mənəviyyatı gücləndirən, həm də Zəfər Tariximizdən, II Qarabağ savaşında misilsiz qəhrəmanlıqlar göstərən gənclərimizin döyüş yolundan və digər mövzularıla bağlı bədii filmlərə ehtiyac var. Həmçinin Azərbaycanın ağlı-qaralı tarixindən, taleyindən bəhs edən filmlərə zərurət var. Kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür. Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər. Bu sahənin rentabelli işləməsi üçün “Kino iqtisadiyyatı” formalaşmalıdır.

Kifayət qədər intellektual potensialın və kapitalın olduğu şəraitdə müəyyən standartlara uyğun filmlər çəkib xarici ölkələrin bazarlarına yol tapmaq olar. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar.

Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür. Dünyaya çıxmaq üçün Azərbaycanın kino adamları beynəlxaq kodları tapmalıdır. Musiqi sahəsində ustad sənətkarımız Alim Qasımov, digər tanınmış ifaçılarımız beynəlxalq kodları öz ifalarında nümayiş etdirərək dünyaya çıxıblar. Belə uğurlu təcrübəni kino sahəsində də tətbiq olunmalıdır. Digər önəmli məsələ ondan ibarətdir ki, kino çəkilişlərinə ayrılan vəsaitlərin şəfaf bölgüsü olmalıdır. Yerlibazlıq, dostbazlıq və digər xəstəliklərdən uzaq olmaq vacib məsələdir.

Onu da qeyd etmək istərdim, hər əli qələm tutan, hər yazıçı ssenari yaza bilməz. Bədii əsərdə, xüsusilə, romanlarda müəllif uzun-uzadı fikirlər yazar, öz real və qeyri real obraz yaradar. Ancaq kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Burada hər hansı uzunçuluq, boşluq, qeyri peşəkar yanaşma ssenarinin zəifliyini bir daha artırır. Nəhayət bir çox sahələrdə olduğu kimi, kino çəkilişlərində uraçılıqdan, kampaniyaçılıqdan uzaq olmaq gərəkdir.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1643
Digər yazılar
Əcnəbi media Qarabağda aparılan bərpa-quruculuq işlərindən yazıb 2023-04-01 14:35:53 Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib 2023-04-01 14:25:59 Nazirlikdə müşavirə: Zakir Həsənov ehtimal olunan təxribatların qarşısının alınması üçün göstərişlər verib 2023-04-01 13:35:18 UNESCO-nun “İpək yolu” proqramının 35 illiyi qeyd ediləcək 2023-04-01 10:50:57 Ayxan Hacızadə: Fransanın rəsmi qurumları təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır 2023-04-01 09:50:25 Əcnəbi media İranın bölgədə artan təcavüzündən yazıb 2023-04-01 09:50:46 Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər 2023-04-01 08:55:27 Diaspor təşkilatları beynəlxalq ictimaiyyətdən 31 Mart soyqırımına hüquqi-siyasi qiymət verilməsini tələb edir 2023-04-01 09:20:59 Ağ Ev amerikalıları, o cümlədən jurnalistləri Rusiyanı tərk etməyə çağırıb 2023-04-01 08:40:39 Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib 2023-04-01 07:25:11 Səfir: "Soyqırımı cinayətlərinə hüquqi qiymət verilməli, onları törədənlər cəzalandırılmalıdır" 2023-03-31 17:50:42 Müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır 2023-03-31 14:15:53 İranla sərhəddə əməliyyat: saxlanılanlar var 2023-03-31 13:40:43 "Soyqırım cinayətlərini dolğun şəkildə tədqiq edərək beynəlxalq ictimayyətə çatdırmalıyıq" 2023-03-31 13:50:12 Beyləqanda “Azad İstehlakcılar” İctimai Birliyinin (AİİB) həyata kecirdiyi layihə yeni mərhələyə daxil olmuşdur 2023-03-31 12:30:57 Birinci vitse-prezident 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı paylaşım edib 2023-03-31 11:30:19 Ombudsman: “Azərbaycanlılara qarşı törədilən soyqırımı bütün dünyaya çatdırmalıyıq” 2023-03-31 11:45:20 QHT Agentliyində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib 2023-03-31 10:20:01 Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir 2023-03-31 10:10:08 Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib 2023-03-31 09:50:16 Ceyhun Bayramov: “Ermənistanın təxribatları Azərbaycanın sülh və quruculuq səylərinə maneədir” 2023-03-31 09:55:37 Türk Dövlətləri Təşkilatı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 2023-03-31 09:15:07 Azərbaycanlılara qarşı törədilmiş soyqırımdan bəhs edən film 2023-03-31 08:20:00 Qafqazda ən böyük soyqırımı 2023-03-30 16:05:35