2020-12-30 07:30:11 | CƏMİYYƏT
Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi 2020-ci ildə hədəfimizdə olub

Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatların müəyyən hissəsi başa çatıb. Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib.

Bu repressiyaya daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi. Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilərdən ibarət idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.

Bizim media və QHT təmsilçisi olaraq XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirmək əsas hədəflərimizə daxil idi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində biz bu tədqiqatların müəyyən hissəsini həyata keçirdik.

Bu tədqiqatları bir sıra mənbələrdən əldə etməyə çalışdıq. Müxtəlif yazarların araşdırmalarına nəzər salmaqla bərabər bəzi arxivlərdən istifadə etməklə, çox məlumatlı və şəxsi arxiv toplayan insanlara və digər mənbələrə müraciət etməklə bu işlər davam edib. Belə tədqiqatları layihədən sonrakı dövrdə də davam etdiririk.

Təcavüzə məruz qalan həmin şəxslərlə bağlı toplanan məlumatlar əsasında çap olunacaq kitabların faydası çox böyük olacaq. Bu vaxta qədər bəzi alimlərimiz tərəfindən həmin şəxsiyyətlərin yaradıcılığı öyrənilib. Ancaq onların ermənilər tərəfdən təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar çox zəifdir. Bu missiyanı yerinə yetirmək hədəfimizdədir.

Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan, 5 dildə fəaliyyət göstərən, zəngin virtual bazası formalaşan www.fact-info.az saytının tərkibində ingilis dilində “Virtual Qarabağ” elektron bazasının yaradılması nəzərdə tutulmuşdu. Bu il saytın tərkibində ingilis dilində belə baza yaradılıb. Hazırda həmin resursa ingilis dilində Qarabağla bağlı yazıların yerləşdirilməsi prosesi davam edir. Biz düşünürük ki, dünyanın başa düşə biləcəyi formada və dildə real faktları çox fərqli formada ortalığa qoymaqla beynəlxalq ictimaiyyəti yetərincə məlumatlandırmaq mümkündür.

Əkrəm Bəydəmirli

Baxış sayı : 2025
Digər yazılar
XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq