2020-12-21 13:50:52 | CƏMİYYƏT
Postmüharibə dövrünün tələbləri

Bu gün dünyada Azərbaycanın haqlı, ədalətli qələbəsini həzm edə bilməyən qüvvələr var. Bunlar yalnız erməni lobbisi və onların havadarları deyil. Müşahidələrimiz göstərir ki, regionda marağı olan bəzi qüvvələr fürsət düşən kimi erməni kartından istifadə etməyi düşünürlər.

Digər tərəfdən gözə görünən və görünməyən qüvvələrin Cənubi Qafqaz və başqa ərazilərdəki enerji resurslarının zəngin olduğu məkanlar hədəflərindədir. Onları regionda möhkəm sülh-sabitlikdən daha çox iqtisadi-siyasi maraqları, regiona təsir imkanlarının qalması düşündürür. Şübhəsiz ki, həmin beynəlxalq dairələrə haylar və ümumilkdə Ermənistan bir alət kimi lazımdır. İstənilən məqamda bu alətdən istifadə etmək həmin qüvvələrin istəyində olub, gələcəkdə də olacaq.

Tək regional dövlətlərin deyil, həmçinin Qərbin Cənubi Qafqazda iqtisadi-siyasi maraqlarının olması təbii haldır. Əslində bu vaxta qədər bu maraqlar qorunaraq nəhəng enerji layihələrinin gerçəkləşməsi nəticəsində təmin edilmişdi. Geosiyasi proseslərə nəzər salsaq görərik ki, belə əməkdaşlığın davam edib-etməməsi həmin ölkələrin davranışından çox asılı olacaq.

Bu gün isə ölkəmizin strateji maraqlarının təmin edilməsi, postmüharibə dövründə ortalığa çıxa biləcək təzyiqlərin dəf edilməsi kontektistində yeni reallıq yaranıb. Çox müsbət haldır ki, xarici diplomatların münaqişənin həlli ilə bağlı imitasiya xarakterli sülh nəğməsinə son qoyulub. Lakin onların fikirlərində, təmsil olunduğu parlament qətnamələrində saxta erməni sevgisini görmək məcburiyyətdə qalırıq.

Artıq ermənipərəst mövqeydən çıxış edən qüvvələr mövcud reallığı dərk edib Cənubi Qafqazda yaranan sabitliyə mane olmamalıdırlar. Ermənipərəst mövqeydən çıxış edib sərsəm parlament qərarları çıxarmaq sülhə, sabitliyə təhlükə olmaqla bərabər Azərbaycanın nəhəng enerji layihələrində həmin ölkələrin iştirakına əngəl yaradacaq..

Təbii ki, bu gün bizi düşündürən postmüharibə dövründə effektli fəaliyyətimiz olmalıdır. Ədalətli sülhü Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu regiona gətirib. Biz cəmiyyət olaraq, dövlət olaraq bu ədalətli sülhü qoruyaraq postmüharibə dövrünə hazır olmalıyıq. Mən əvvəlki yazılarımda da bu məqamı qeyd etmişdim Tarixi ədalətin bütün dünya tərəfindən geosiyasi proseslər nəzərə alınaraq qəbul edilməsinə necə nail olmaq əsas hədəflər sırasındadır.

Hazırda media və Vətəndaş Cəmiyyətləri İnstitutları tərəfindən görüləcək işlər daha çoxdur. Yaranmış reallığın şərtlərinə uyğun olaraq informasiya müharibəsi yeni fazaya keçib. Bu savaş intellektual müstəvidə aparılmalıdır. Zamanın çağrışlarına uyğun yeni metodologiyaların tətbiqinə ehtiyac var.

Bu yeni metodologiyalar nədən ibarət olar?

Birincisi, bəzi təbliğat üsullarını korrektə etməliyik. Azərbaycanla bağlı həqiqətləri geniş auditoriyaya çatdırmaq üçün çox mükəmməl innovativ vasitələrin tətbiqi üzərində düşünməliyik.

İkincisi, dövlətə yük olan bəzi çap mətbuatının (bir sıra qəzetlərin) birləşdirilməsi effektli olar. Bunun əvəzində əcnəbi dillərdə geniş fəaliyyət göstərə biləcək yeni media quruluşlarının əhatə dairəsinin genişlənməsi zəruridir. Ümumiyyətlə, media sisteminin təmərküzləşməsinə, bu sahədə islahatların aparılmasına ehtiyac var.

Üçüncüsü, intellektual informasiya müstəvisinə keçməliyik. Bu geniş mövzudur. Ancaq onu qısaca belə ifadə etmək olar ki, Azərbaycan ərazisində mövcud olan xristian abidələri haqqında səthi mülahizələr deyil, yalnız tarixi faktlara söykənən elmi mülahizə söyləyə biləcək şəxs danışmalıdır. Azərbaycana məxsus bu xristian abidələrinin mükəmməl tədqiqinə və beynəlxalq auditoriyaya çatdırımasına ehtiyac var. Bunu nümunə üçün qeyd etdim. Belə nümunələrin sayını artırmaq olar. Digər tərəfdən faktın peşəkar səviyyədə informasiyaya çevrilməsi zərurəti var.

Dördüncüsü, Vətəndaş Cəmiyyəti İnstitutlarının maliyyə çevrəsini genişləndirməklə beyin mərkəzlərinin fəaliyyətinə dəstəyi artırmaq lazımdır. Bəzən oturuşmuş analitik beyin mərkəzlərinin fəaliyyətinə ehtiyac hiss olunur. Təəssüf ki, bu sahədə müəyyən boşluqlar var. Bunun ciddi səbəbləri var. Ümumilikdə postmüharibə dövründə QHT-lərin potensialından düzgün yararlanmaq çox effekt verə bilər.

Nəhayət, işğaldan azad olunmuş şəhər və kəndlərimizin real görüntüləri mühüm informasiya mənbəyidir. Bunu ura halında deyil, yalnız peşəkarların iştirakı ilə sənədli, bədii filmlərə köçürmək olar. Həmçinin Şəhidlərimiz haqqında Zəfər dastanının yazılacağına əminəm. Belə müqəddəs missiyanı sənətə və sənətkarlığa xidmət edəcək şəxslər yerinə yetirəcəksə o zaman urvatlı ədəbiyyat, cəmiyyət qazanacaq.

Əkrəm Bəydəmirli

Baxış sayı : 2433
Digər yazılar
Fransalı senator Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib 2023-01-27 18:20:48 Avropa Şurası Azərbaycanla həmrəy olduğunu açıqlayıb 2023-01-27 15:10:39 Ombudsman Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyən bəyanat yayıb 2023-01-27 14:55:39 AŞPA Ukrayna üzrə beynəlxalq tribunalın yaradılmasına çağırıb 2023-01-27 10:50:11 Erməni terrorunun üçüncü dalğası: Hədəf türk diplomatlarıdır 2023-01-27 09:55:36 Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edildi 2023-01-27 09:35:29 Rusiya Ermənistana missiya göndərilməsinə etiraz edir 2023-01-27 09:40:03 İşğal altındakı 8 kəndimiz BMT-də gündəmə gətirildi 2023-01-27 07:45:45 Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir 2023-01-26 18:55:53 Süni intellekt üzrə Milli Strategiya ilə bağlı yol xəritəsi hazırlanıb 2023-01-26 16:40:05 ABŞ institutu: “İrandakı etiraz aksiyaları kuliminasiya nöqtəsinə çatıb” 2023-01-26 11:10:18 Deputat: Azərbaycanlı ekoloqlar Ermənistandan yataqlarımızın qeyri-leqal istismarına son qoyulmasını tələb edirlər 2023-01-26 10:55:54 “Heydər Əliyev - 100” videolayihəsinə start verilib 2023-01-26 10:10:35 İsveçrə Aİ-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinə qoşulub 2023-01-26 09:50:21 Totalitar rejimin qurbanı olan Firidun bəy Köçərlinin bu gün doğum günüdür 2023-01-26 09:30:09 Rəsmi Bakı növbəti dəfə Ermənistana xəbərdarlıq edib 2023-01-26 08:00:28 Cənub Qaz Dəhlizi Məşvərət Şurası fevralın 3-də Bakıda toplanacaq 2023-01-25 14:10:42 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun daha bir mühüm tədbiri 2023-01-25 10:35:20 Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yekunlaşdırıcı müzakirələr keçirilib 2023-01-25 10:25:52 Lavrov ABŞ-ni bütün qırmızı xətləri keçməkdə ittiham edib 2023-01-25 09:45:35 Laçın yolundakı aksiya 45 gündür davam edir 2023-01-25 09:30:34 İlk hüquq professorunun zindan məktubları 2023-01-25 08:50:40 Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib 2023-01-24 18:25:32 Səməd Vəkilov: “Azərbaycan QHT-lərinin başladığı bu aksiyanın nəticəsində Azərbaycan xalqı və dövləti faydalanacaq”. 2023-01-24 17:55:16