2015-11-26 19:35:09 | MƏDƏNİYYƏT
Hüseyn Cavid yaradıcılığına fərqli baxış

Filologiya elmləri doktoru, professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun (İsmayılov) "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" adlı kitabı işıq üzü görüb

Kitab "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Redaktor Akademik İsa Həbibbəyli, rəyçilər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya elmlər doktoru Kamran Əliyev və professor Qəzənfər Kazımovdur. Ön sözün müəllifi Sənətşünaslıq doktoru, professor A.Şteyndir. Kitabın girişində A.Şteyn monoqrafiyanın mahiyyəti haqqında aşağıdakı fikirləri qeyd edir: "Əjdər Tağıoğlu tarixi-tipoloji aspektdən Azərbaycan və dünya romantizminin ictimai və estetik mahiyyətini açmaqla H.Cavid yaradıcılığını klassik ənənəyə bağlayan cəhətləri müəyyənləşdirməyə çalışır. Bundan başqa, tarixi-müqayisəli təhlil axarında romantik şairin poetik simasında Azərbaycan, eyni zamanda Şərq və Qərb romantizminin poetik və estetik problemləri dünya ədəbiyyatı kontekstində öyrənilir".

Qeyd edək ki, bu kitab Əjdər Tağıoğlunun Hüseyn Cavid yaradıcılığı ilə bağlı uzunmüddətli araşdırmalarının nəticəsidir. Belə ki, o hələ 1974-cü ildə Akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi ilə "Hüseyn Cavidin tarixi dramları" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Haqqında söz açdığımız kitab isə müəllifin 1989-cu ildə müdafiə etdiyi doktorluq dissertasiyasının mövzusudur. Əjdər Tağıoğlu Hüseyn Cavid haqqında bir çox məqalələrin də müəllifidir. "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" kitabı isə dörd bölümdən ibarətdir: "Cavidin demonizminin ilkin tarixi qaynaqları. Demonizm problemi", "H.Cavid poeziyasında "İblis" faciəsinə qədər mifoloji və demonik motivlər", "İblis" - demonik poeziyasının inkişafında yeni bir mərhələ kimi", "İblis"dən sonrakı dövr Cavid poeziyasında demonizm motivləri və yeni İblis obrazı". Müəllif kitabın sonunda araşdırmanın nəticəsini və istifadə olunmuş ədəbiyyatı da oxucularına təqdim edir.

 

Qeyd edək ki, bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Təqdimatda professorlar Qəzənfər Kazımov, Tofiq Hüseynov və başqaları söz alaraq səbəbkarın yaradıcılığı haqda məlumat veriblər. Kitabın 1991-ci il kiril qrafikalı nəşri əsasında latın qrafikasında yenidən nəşr olunması təqdirəlayiq hesab edilib. Bildirilib ki, Cavid yaradıcılığına aid olan bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqəli elm və tədqiqatların təkmilləşdirilməsi istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Himalay Qasımov kitabı Cavidşünaslıq elmimizə yeni bir töhfə kimi dəyərləndirib və əsərin gənc tədqiqatçılara faydalı olacağını da diqqətə çatdırıb. Tədbirdə iştirak edən digər alim və araşdırmaçılar da müəllifi uğurlu işi münasibətiylə təbrik edib, kitabın məziyyətlərindən söz açıblar.

Baxış sayı : 1624
Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42 Xudayar Yusifzadənin şəhid olmasından bir il ötdü 2021-10-22 11:00:39