2015-11-24 09:15:52 | AKTUAL
Erməni təcavüzünün qurbanı olan azərbaycanlılara dair faktlar Almaniya ictimaiyyətinə çatdırılıb

Layihə

 “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşğalçı dövlətə qarşı sanksiya” layihəsi çərçivəsində Berlində “Müharibə zonalarında miqrant problemi, əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi” mövzusunda tədbir keçirilib.

Almaniyadakı Azərbaycan Evində keçirilən tədbirdə səfirliyimizin əməkdaşları, tələbələr, ictimai qurumların və diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.   

“Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Rəsmiyyə Babayeva tədbirdə çıxış edərək layihənin məqsədinin Azərbaycan həqiqətlərinin, Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş insanlar, xüsusilə erməni terrorçularının işgəncələrinə məruz qalaraq şikəst edilmiş və itkin düşmüş azərbaycanlı uşaqlar barədə faktların Almaniya ictimaiyyətinə çatdırılması olub. O, “Müharibə ərazilərində qaçqınlar problemi, əsir və itkin düşmüş, girov götürülmüş insanların  taleyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatı əks etdirən slayd-şou nümayiş etdirilib. 

Məruzədə bildirilib ki, bu gün Avropanın narahat olduğu qaçqın probleminə və terrora Azərbaycan 1988-ci ildən məruz qalıb. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq insan öz yurdundan didərgin düşüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində məlum olub ki, 2015-ci il 1 iyul tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4013 nəfər təşkil edir. İşğal edilmiş ərazilərdə ermənilər narkotik maddələr becərir, mədəni irsi məhv edirlər.  

Sonra alman dilində “Ağdam- Qafqazın Xirosiması” filmi nümayiş etdirilib.   “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin əcnəbi müəlliflərin alman və ingilis dillərində yazdıqları kitabların elektron variantı, alman dilində “Ağdam - Qafqazın Xirosiması” filminin CD və DVD-ləri, Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif xarici ölkələrdə alman və ingilis dillərində nəşr edilmiş kitablardan ibarət “Qarabağ guşəsi” nümayiş etdirilib.  Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirin sonunda iştirakçılar arasında mövzu ilə əlaqədar anket-sorğu keçirilib. (qhtxeber)

Baxış sayı : 1902
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub