2015-11-18 10:25:26 | QHT VƏ MEDİA
«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun layihəsi çərçivəsində

“Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi, layihədə nəzərdə tutulmuş tədbirlər planına uyğun olraq silsilə tədbirlərlə davam edir.

Layihə çərçivəsində 16-17-18 noyabr 2015-ci il tarixlərində, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun qərərgahında, avtomabil qəzası zamanı qəzaya düşərək sağlamlıqlarını itirmiş vətəndaşların vətəndaşlara tibbi reabilitasiya və sosiyal problemlərinin həllinə hüquqi köməklik göstərmək məqsədi ilə 3 gün pulsuz hüquqi xidmət günləri təşkil olundu.

Layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti Sərraf Orucov həyata keçiriləcək layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki, layihənin əsas məqsədi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinin birgə iştirakı ilə, Azərbaycanln mərkəzi magistral avtomabil yollarında, yol dairələrdə və əhalinin sıx olduğu avtomabil gözləmə dayanacaqlarında vətəndaşların təhlükəsizliyini müdafiyyə edib, sərxoş sürücülərə qarşı mübarizə apararaq, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verməkdir.

Azərbaycanda dövlət proqramı çərçivəsində, əlillərin və sağlamlıq imkanları məhdud olan vətəndaşların sağlamlığını bərpa edildi halda, hər il, avtomabil yol qəzaları nəticəsində 100-lərlə vətəndaşımız sağlamlığını itirərək əlil olur. Bu insanların avtomabil yol qəzaları nəticəsində sağlamlığını itirdikdən sonra, Tibbi Espertiziya Kamisiyalarında əlillik dərəcəsinin almalarımda problemlər yaranır. Bu insanlar yaranmış problemlərinin həll olunması üçün bilmirlər hara və necə müraciət etsinlər. Bir çox ailələrin isə maddi imkansızlığı ucbatından yol qəzasında sağlamlığını itirmiş ailə üzvünün vaxtında müalicə olunmaları problemə çevirilir.

Layihəyə cəlb olunmuş mütəxəsislərimizin və layihəyyə hüquqi məsələlərdə yaxından dəsdək verən, “Hüquq Kostantik” MMC-nin hüquqşunasları Məcid Məmmədovun və Azər Səfərovun köməkliyi ilə, bizə müraciət etmiş vətəndaşlardan 45 nəfərinin müraçiəti, Tibbi-sosial ekspert komisiyalarında və Əhalinin sosial müdafiəsi mərkəzlərində araşdırılaraq, onlara qanuna müvafiq olaraq hüquqi köməklik edilmişdir. Bundan əlavə həyata keçirilən layihənin mayihətini anlamayan 21 nəfər sərxoş vəziyyətdə avtomabili idarə etmiş və avtomabili, Dövlət Yol Polisi ABƏDF

müfətişləri tərəfindən əlindən alınaraq cərimə məntəqələrinə apaılmış vətəndaşlar layihəyyə müraciət edərək bizdən onların probleməlirinin həllində köməklik etməyimizi istəmişdir. Layihənin əsas məqsədi, sərxoş vəziyyətdə avtomabili idarə etmiş vətəndaşların problemlərinin həllinə kömək etmək deyil, əksinə avtamabili sərxoş vəziyyətdə idarə edib, başqalarının həyatına təhlükə, özlərinə isə ələvə problem yaradmasının qarşısını alaraq mübarizə aparmaqdır.

Sərraf Orucov əlavə məlumat verərək bildirdi ki, layihədə nəzərdə tutulmuş və Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə hazırlamış tədbirlər planına uyğun olaraq, noyabırın 20 dən 30 noyabr tarixinədək, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə, Bakı şəhərində və Bakı-Ələt, Bakı-Qazax, Bakı-Quba, Bakı–Astara istiqamətlərindəki, magistral avtomabil yollarında SÜRÜCÜLƏR İNTİZAMLI OLUN! təhlükəsizlik günləri keçirdərək, vətəndaşlarımızın təhlükəsizliyini müdafiyyə edib, baş verən yol nəqliyyat hadisələrinin, ölüm və yaralanma hallarının qarşısının alınmasına ictimayi dəsdək verəcəyik.

Tədbirdə iştirax edən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin Məsləhətçisi Qalib Yaqubov həyata keçirilən layihə haqqında çıxış edərək bildirdi ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqğın, millətin təhlükə mənbəyinə çevirilən avtomabil qəzalarıdır. “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsində həllinə çalışmaq istədiyimiz problemlər, Azərbaycan cəmiyyəti üçün ciddi və aktual problemlərdən biri hesab edilir. Layihə mövcud problemi tam həl etməsədə, qaldırılmış problemin həllində qabaqlayıcı tədbir kimi dəyərləndirilə bilər. Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi sahəsində görüləcək təbliğat-təşviqat işləri avtomabil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiyəsinə öz xeyirli tövhəsini verəcəkdir.

Fact-info.az

 

 

Baxış sayı : 1773
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05