2015-11-14 09:05:29 | AKTUAL
Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüb

“Yeni Yurd” təşkilatının üzvləri Ağdam rayonuna səfər edib. Səfər çərçivəsində təşkilatın sədri Mahirə xanım Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüb

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Mahirə xanımı və təşkilat üzvlərini görməkdən şad olduğunu bildirib. O qeyd edib ki, təşkilatla icra hakimiyyəti arasında münasibətlər uğurla davam etdirilir. “Yeni Yurd” təşkilatının rayonda həyata keçirdiyi xeyriyyə tədbirlərindən söz açan icra başçısı bildirib ki, ictimai birliyin maliyyə dəstəyi ilə rayonunun cəbhə xəttində yerləşən Əhmədağalı kəndində qazılan subartezian quyusundan 148 evə, 1 məktəb və 1 xəstəxanaya su xətləri çəkilib. Raqub Məmmədov ümidvar olduğunu bildirib ki, gələcək illərdə də humanitar sahədə Ağdam Rayon İcra Hakimiyyəti ilə “Yeni Yurd” təşkilatı arasında münasibətlər davam etdiriləcəkdir.  
Mahirə xanım Əsədova yenidən Ağdamda olmağından məmnunluğunu ifadə edib. Təşkilat sədri deyib ki, hər dəfə Ağdama gələndə quruculuq-abadlıq işlərinin şahidi olur. Mahirə xanım bildirib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət onu deməyə əsas verir ki, bölgələrimiz sürətlə inkişaf edir. Hökümət tərəfindən qəbul edilən "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" yerlərdə uğurla icra olunur. Bu isə yeni-yeni iş yerlərinin açılmasına rəvac verir. İşsizlik problemi aradan qaldırılır. Əhalinin maddi-rifah halı yüksəlir deyə, Mahirə Əsədova vurğulayıb.  
Təşkilat sədri onu da diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun reallaşdırdığı xeyriyyə təbirlərinə dəstək olmaq məqsədi ilə rəhbərlik etdiyi ictimai birlik hər zaman ənənəsinə sadiq qalaraq xeyriyyəçilik edir. Görüşün sonunda xatirə şəkli çəkdirildi.

 

Fact-info.az

Baxış sayı : 2028
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub