2015-11-12 09:30:03 | AKTUAL
Elm günləri keçirilir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ümumdünya Elm günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm Günləri”nə start verilib

Universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, “Elm Günləri” UNEC-də elmi tədqiqatların stimullaşdırılması məqsədi ilə atılan addımlardan biridir. 

Tədbirin, həmçinin AMEA-nn 70 illik yubileyinə həsr edildiyini vurğulayan rektor əlavə edib ki, bu münasibətlə UNEC-in gənc tədqiqatçı, magistrant və tələbələri arasında elmi məqalə müsabiqəsi elan edilib. 

Tədbirin sonuncu günü müsabiqəyə yekun vurulacağını qeyd edən rektor, qaliblərin mükafatlandırılacaqlarını bildirib.

Rektor bildirib ki, istəyimiz ondan ibarətdir ki, tədrislə yanaşı, UNEC-də elmi tədqiqatlara yer ayrılsın. İstəyirik ki, Azərbaycanın qarşısında duran sosial-iqtisadi problemlərin həllində alimlərimiz fəal olsunlar.

Ə. Muradov ötən dövr ərzində UNEC-də elmi-tədqiqat infrastrukturunun yaradılması istiqamətində atılan addımlardan danışıb. Rektor bildirib ki, universitetdə bir neçə elmi-tədqiqat laboratoriyası yaradılıb. Bu, “İnkişaf İqtisadiyyatı”, “İslam İqtisadiyyatı” və “Avropa İqtisadiyyatı” laboratoriyalarıdır. İndi həmin laboratoriyalarda məhsuldar işləyə biləcək tədqiqatçıları seçirik və düşünürəm ki, buna nail olacağıq. “İnkişaf iqtisadiyyatı” laboratoriyası artıq bir tədqiqat layihəsinə start verib və bununla bağlı qrant udub. Həmin layihə “Azərbaycan neftinin dünya bazar qiymətinin proqnozlaşdırılması” layihəsidir. Düşünürük ki, layihənin nəticəsini bir ildən sonra geniş elm ictimaiyyətinə təqdim edəcəyik.

UNEC-də elmi fəaliyyətin stimullaşdırılması yönündə atılan addımlardan söz açan rektor, ölkə ali təhsil müəssisələri arasında ilk dəfə differensial əməkhaqqı sisteminə keçiddən danışıb. Bildirib ki, yeni sistem şərait yaradır ki, müəllimlərin elmi tədqiqatlarına uyğun olaraq, əmək haqlarına əlavələr edilsin. Sistemə görə, müəllimin əmək haqqı iki dəfə artırıla bilər.

AMEA-nın vitse-prezidenti, əməkdar elm xadimi, akademik, İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Bildirib ki, H. Əliyev hələ Azərbaycana ilk rəhbərliyi dövründə xalqın ümumi intellektual səviyyəsini yüksəltmək üçün böyük işlər görüb.

Əminliklə deyə bilərəm ki, Azərbaycan elminin qızıl dövrü həmişə Ulu Öndərin rəhbərlik etdiyi dövrə təsadüf edib deyən akademik, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həmin siyasəti uğurla həyata keçirdiyini vurğulayıb. Dövlət başçısının AMEA-nın 70 illik yubileyindəki çıxışı ölkənin bütün elm adamlarına göstərilən yüksək dövlət qayğısının nümunəsi idi.

AMEA-nın tarixinə qısa nəzər salan İ. Həbibbəyli akademiyanın inkişafında rolu olan alimlərdən danışıb. Qeyd edib ki, elm tarix boyu cəmiyyətin inkişafında böyük rol oynayıb. Hansı ölkədə elm yüksək səviyyədə inkişaf edibsə, orada dövlətçilik də, cəmiyyət həyatının digər sahələri də həmişə öndə olub. Elmin öyrənilməsində müəllimlərin rolu əvəzsizdir deyən akademik, UNEC-də güclü professor - müəllim heyətinin olduğuna diqqət çəkib.

Araşdırmalara görə ən yaxşı müəllim dərsdə tələbəyə ali məktəb məzmununa aid olan elmi biliyin 30 faizini verir. 40 faizini tələbə özü kitablar vasitəsi ilə əldə edir. 30 faizi isə tələbəyə universitet mühiti verir deyən akademik, UNEC-də gənc nəslin təlim və tərbiyəsi üçün yüksək səviyyədə mühit qurulduğunu bildirib.(salamnews)

Sonra UNEC-in İqtisadi Araşdırmalar Elmi - Tədqiqat İnstitutunun direktor müavini, professor Rövşən Quliyev “elmin iqtisadi inkişafda rolu” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, “Elm Günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam etdiriləcək. İxtisas kafedralarında tematik dəyirmi masalar, həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr də təşkil ediləcək.

Baxış sayı : 1685
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub