2015-11-10 09:15:29 | QHT VƏ MEDİA
QAT İqdırda Qarabağla bağlı tədbir keçirdi

Noyabrın 9-da Qarabağ Azadlıq Təşkilatı (QAT) üzvlərinin Türkiyə səfəri başlayıb

Səfərdə QAT sədri Akif Nağı başda olmaqla, təşkilatın bir neçə üzvü iştirak edir. Səfər çərçivəsində Türkiyənin İqdır və Qars bölgələrində görüş və tədbirlər nəzərdə tutulub.

QAT sədri A.Nağı musavat.com-a bildirib ki, səfər QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində reallaşdırılıb: “Layihə çərçivəsində Qarabağ həqiqətlərinin çatdırılması ilə məşğuluq. Bununla bağlı materialların çap olunması və yayılması nəzərdə tutulub. Buradakı görüşlərdə də məqsəd Qarabağ münaqişəsi ilə bağlı faktları daha çox insana çatdırmaq, həqiqəti bilmələrinə yardımçı olmaqdır”.

Qeyd edək ki, günorta saatlarında Akif Nağı ASİMDER (Əsassız erməni soyqırımı iddialarına qarşı Mücadilə Dərnəyi) başqanı Göksel Gülbeylə görüşüb. Göksel Gülbey son dövrlərdə qondarma erməni soyqırımı iddialarına qarşı gördükləri işlərdən danışıb. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ probleminin tanıdılması istiqamətində fəaliyyətlərindən söz açıb. Azərbaycanda bayraq günü münasibətilə İqdırın mərkəzində Azərbaycan bayrağının asıldığını diqqətə çatdıran G.Gülbey: “Mərkəzimizin binasından altı metr uzunluğunda Azərbaycan bayrağı asmışıq, Azərbaycanın bayraq gününü qeyd edirik”,- deyib.
Səfərin birinci günü İqdırda fəaliyyət göstərən QHT-lərlə Qarabağ müharibəsi barədə həqiqətləri dünyaya çatdırmaq istiqamətində əməkdaşlıq barədə müzakirə aparılıb. Çıxış edən G.Gülbey Qarabağda baş verənlərin dünyaya çatdırılmasının vacibliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın və QAT-ın bu istiqamətdəki fəaliyyəti barədə danışıb. A.Nağı isə Dağlıq Qarabağ probleminin həqiqət halında dünya ictimaiyyətinə çatdırmağın vacib olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, bu məsələdə dövlətdən başqa, vətəndaş cəmiyyətinin də fəaliyyəti vacibdir. “Türkiyə həmişə Azərbaycana dəstək verib, yanındaolub. Bu gün Qarabağ problemi həm də Türkiyənin problemidir. Bu məsələnin həllində Türkiyə öz rolunu, öz sözünü deməlidir”. Tədbirdə eyni zamanda, QAT-ın Qarabağla bağlı çəkdiyi “Yaddaş” filmi nümayiş etdirilib və disk halında tədbir iştirakçılarına paylanıb. 

 

 

 

 

 

Baxış sayı : 1511
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05