2015-10-20 09:20:11 | MƏDƏNİYYƏT
"Boy çiçəyi" "Şuşa"da

XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİN MƏŞHUR ƏSƏRİNİN YENİ SƏHNƏ YOZUMU BÖYÜK MARAQ DOĞURUR

Oktyabrın 13-də Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Rəşid Behbudov adına Mahnı Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Boy çiçəyi" pyesini tamaşaya qoyub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Pyesdəki Həsənzadə obrazını Nazir Rüstəmov, Nargiləni Zəhra Salayeva canlandırır, onun anası qismində Püstəxanım Zeynalova və atalığı rolunda Əməkdar artist Azad Məmmədov çıxış edir.

İlk dəfə əlli bir il öncə - 1964-cü ildə səhnə həyatı qazanan "Sən həmişə mənimləsən" yaxud "Boy çiçəyi" pyesi, demək olar ki, hər il teatrların repertuarında ən aktual tamaşalarından olur. Tamaşa başlamazdan əvvəl fikirlərini bölüşən Xalq yazıçısı Elçin Əfəndiyev bu həmişəyaşarlığı belə ifadə etdi: "Boy çiçəyi" Sovet ideologiyasının yox, insan ruhunun, qəlbinin, yaşantılarının məhsuludur. Ona görə də bizdə psixoloji teatrın başlanğıcı hesab edilir".

Maraqlıdır ki, pyesdə, Həsənzadənin dediyi kimi, boy çiçəyi quruyub xəzan olsa da, ətri həmişə qalır. Necə ki, İlyas Əfəndiyevin bu pyesi hər dəfə tamaşaya qoyulanda izləyici auditoriyası əvvəlkindən daha böyük olur. Bu gün də Musiqili Dram Teatrının zalı tamaşaçıların Nargilə sevdalı, Həsənzadə ideallı gözləri ilə dolub-daşırdı.

Mövzusu müasir (hər zaman üçün) həyatdan alınan, məzmunca dolğun , ideyaca humanist, sədaqət və saflıq aşılayan və özündən sonrakı teatr nümunələri üçün cığır açan "Boy çiçəyi" ilk dəfə tamaşaçılara modern üslubda təqdim olundu. Yaradıcı heyət müəllifin ideya və fikirlərinə heç bir xələl gətirmədən, yeni yozumda maraqlı və baxımlı bir tamaşa hazırlayıb.

Səhnə əsərində Ağa Laçınlının şeirlərindən, Tomazo Albinoninin, Yanni Xrisomallisin, Nino Rotanın əsərlərindən və Rəşid Behbudovun ifasında "Küçələrə su səpmişəm" Azərbaycan xalq mahnısından istifadə olunub. Bir saat iyirmi dəqiqə davam edən tamaşada ifaçılar səhnədə deyil, izləyicilərin gözləri qarşısında, lazım gəldikdə onlarla yanaşı stullarda oturaraq rollarını ifa edirdilər. Sərbəstlik, reallıq, inandırıcılıq və təsirlilik baxımından bu yanaşma mükəmməldir. Avropa ölkələrində teatrlarda bu ənənənin tarixi uzun olsa da, Azərbaycan teatrı tarixində yeni hadisədir. Hər yenilikdə bir qüsur olmasına baxmayaraq, tamaşada kəskin nəzərə çarpan hər hansı bir təcrübəsizlik hiss olunmadı. Əvvəla ona görə ki, "Sən həmişə mənimləsən" pyesi ən çox estafet qazanan səhnə əsəridir. Digər tərəfdən rolların ifaçıları teatr təcrübəsindən uğurla keçmiş aktyor və aktrisalardır. Ən əsası, tamaşanın quruluşçu rejissoru Loğman Kərimov modern mövzuya məntiqi ardıcıllıqla postmodernist detallar əlavə edə bilib. Misal üçün, Həsənzadənin - "Bəs nə oldu?" (sevgilisini nəzərdə tutur) sualına Nargilənin ayaq jesti ilə cavab verməyi, yaxud qulaqcıqla musiqi dinləməyi və ilaxır məqamlar postmodernizmin teatrımıza bəlli ölçüdə sirayət etdiyini göstərir. Dram əsərinin forma, quruluş və məzmununa görə, qrim, geyim, məkanın dizaynı baxımından tamaşanın bu səpkidə - səhnədə deyil, tamaşaçıların yanında oynanılması əlverişli olmasa da, zamanla bu kimi səbəblərin aradan qalxacağını ümid edirik.

Ümumiyyətlə, cəmiyyətə ən güclü təsir vasitəsi teatrdır. Bu gün səhnə əsəri tamaşaçıların dövrəsində oynanılırsa, bu, həmin auditoriyanın gələcəkdə aktyor və ya aktrisa qismində ifaçılara qoşulacağına zəmin yaradır.

 

Xatırladım ki, oktyabrın 6-da İlyas Əfəndiyevin anım günü idi. Görkəmli ədibin vəfatından 19 il ötdü. Elçin müəllimin təbirincə desək, inanırıq ki, bu pyesin məhz Şuşa Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulması Şuşaya qəlbən bağlı olan İlyas Əfəndiyevin ruhunu şad etdi. 

Baxış sayı : 1972
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05