2015-10-19 09:25:07 | SİYASƏT
Əcnəbi media Azərbaycandan yazıb

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin 18 oktyabr -Azərbaycanın Müstəqillik Gününə dair məqaləsi Misirin nüfuzlu “Əl-Yaum Əs-Sabi” internet qəzetində və “Şəbab Əl-Nil” internet saytında dərc edilib

Məqalədə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini bildirən Ş.Abdullayev Şərqdə ilk respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi ölkəmizin müstəqilliyini yenidən bərpa etdiyini, beynəlxalq aləmə sürətlə inteqrasiya edərək qısa müddətdə BMT-yə və ATƏT-ə üzv qəbul edildiyini diqqətə çatdırıb. Eyni zamanda, ölkəmizin tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü İslam dünyası ilə əlaqələrini bərpa etdiyini və əməkdaşlıq münasibətləri qurduğunu qeyd edib.

Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin müstəqilliyini yeni elan etmiş Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edən səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarımızın 20 faizini işğal etməsi barədə məlumat vermiş, yenicə əldə edilmiş milli müstəqilliyimizin xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində təhlükə altına düşdüyünü bildirib.

Belə çətin və kəşməkəşli vaxtda Azərbaycan xalqının böyük təkidlə Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etməsini, məhz Ulu Öndərin müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddətdə problemləri aradan qaldıraraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ş.Abdullayev Ümummilli Liderin uzaqgörən siyasətinin və əvəzsiz xidmətlərinin nəticəsi olaraq mərkəzi hakimiyyətin gücləndiyini, xarici əlaqələrin genişləndiyini, Ermənistan ilə atəşkəs sazişinin imzalanmasına nail olunduğunu, ölkədə demokratikləşmə prosesinin başlandığını, “Əsrin müqaviləsi”nin imzalandığını, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalan Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən səfir ölkəmizin neft və qaz boru kəmərləri vasitəsilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rolu, hökumətin gənclər siyasəti, elm-təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər barəsində məlumat verib. Ölkə rəhbərliyi tərəfindən qeyri-neft sektoru inkişaf etdirilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərə toxunan Ş.Abdullayev 2003-cü il ilə müqayisədə 2012-ci ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 5 faizə düşdüyünü, ölkəmizin xarici valyuta ehtiyatlarının 55 milyard ABŞ dollarından artıq olduğunu və son illər ərzində iqtisadiyyatın 3 dəfə artdığını vurğulamış, müstəqillik illərində ölkəyə böyük həcmdə investisiyaların cəlb edildiyini bildirib. Məqalədə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, informasiya və kompüter texnologiyalarının inkişafı sahəsində regional mərkəzə çevrilməsi barədə ətraflı məlumat verən səfır müstəqilliyinin ilk illərində xarici donorlardan və humanitar yardımlardan asılı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlətə çevrildiyini qeyd edib. Səfir Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu vurğulayıb, ölkəmizi daha böyük perspektivlərin gözlədiyini oxucuların diqqətinə çatdırıb.

 

 

Baxış sayı : 1744
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05