2015-10-15 09:40:10 | QHT VƏ MEDİA
“Mənim ilk səsim” virtual təbliğat mərkəzi və Election.az saytının təqdimatı keçirilib

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Mənim ilk səsim” virtual təbliğat mərkəzi (Election.az) layihəsi çərçivəsində tədbir və Election.az saytının təqdimatını keçirib

Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev, QHT nümayəndələri, media kapitanları və ilk dəfə səs verən gəncləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev açaraq tələbə gənclərin ölkənin ictimai həyatında aktiv fəaliyyətinin vacibliyindən danışdı: “Hesab edirəm ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər imkanlar yaradılıb. Bü gün Azərbaycan gəncliyi bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanşünaslığın dünyada təbliğ etməlidir. Biz BSU olaraq bu istiqamətdə bir çox işlər görmüşük və görməkdəyik. Ölkəmiz azad internet ölkəsidir. Hesab edirəm bu layihənin əsas üstünlüyü ondan ibarətdir ki, ilk dəfə səs verən gənclər daha aktiv şəkildə seçki proseslərində iştirak edəcəklər”.

ASGA-nın sədri Səbuhi Abbasov isə çıxış edərək layihə haqqında iştirakçılara məlumat verib: “Son statistik məlumatlara görə ölkəmizdə 125 Seçki dairəsi, 5386 Seçki məntəqəsi fəaliyyət göstərir. Ümumi seçicilərin sayı 5 093 289 nəfər təşkil edir ki, bunlardan da 2 436 603 nəfəri (48.21 faizi) kişi, 2 617 852 (51,79 faiz) qadınlar təşkil edir. Yaşı 18 olan, yəni ilk dəfə seçkilərdə iştirak edənlərin sayı isə 33 746 nəfər, yaşı 19-26 olan gənclərin sayı isə 879 292 nəfər təşkil edir. Bu da öz növbəsində bu tip layihələrin reallaşmasını zəruri edir. Bu gün Azərbaycan dünyada azad söz, azad internet təminatçısı və şəffaf seçkilərin keçirildiyi tolerant ölkə kimi tanınır. Bütün bu uğurlara görə təbii ki, biz ilk növbədə Ulu Öndər Heydər Əliyevə borcluyuq. Bu gün bu siyasi kurs Cənab Prezident tərəfindən uğurla davam etdirilməkdədir. Bu mənada mən ASGA adından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və dəstək olan hər kəsə təşəkkür edirəm”.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Azərbaycanda demokratik seçkilərin keçirilməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olduğunu qeyd edib: “Azərbaycanda demokratik seçkilərin keçirilməsi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdu. Demokratik seçki mühitinin formalaşdırılmasına yönəlmiş addımlar ölkədə hüquqi dövlət quruculuğunun aparıcı istiqamətinə çevrilməklə yanaşı, seçki sisteminin təkmilləşdirilməsinin əsasını qoymuşdu. Məhz 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiya Azərbaycanda demokratik standartlara cavab verən azad və ədalətli seçkilərin keçirilməsi üçün əsas prioritetləri müəyyənləşdirmişdi. Konstitusiyanın maddələrinə əsasən, xalqın seçdiyi səlahiyyətli nümayəndələrdən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur, hər bir vətəndaşın da dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.

Əldə olunan nailiyyətlərlə kifayətlənməyən Azərbaycan dövləti ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə fəaliyyətini gücləndirmiş və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini genişləndirmişdir. 1997-ci ildən ölkədə yüksək standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla fəal işbirliyi qurmuşdur və 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. İctimai müzakirə və bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir.

Azərbaycan inkişaf edir, genişmiqyaslı layihələr gerçəkləşir, dövlət proqramları qəbul edilərək uğurla icra olunur. Azərbaycanda demokratik dəyərlər çox yüksəkdir və bu dəyərlərə qiymət verilir. Bunlardan biri də seçki prosesidir. Seçki prosesi durmadan təkmilləşir.

Təbii ki, ölkəmizdə seçki mühitinin hər zaman yüksək səviyyədə olmasında KİV-lərin rolu əvəzsizdir. Bu gün hər bir namizəd də, seçici də KİV-ə ehtiyac duyur. Çünki, KİV namizədin seçki kampaniyasını aparmağı üçün ən əlverişli vasitədir. Seçici isə KİV-ə ən doğru seçki xəbərlərinin və informasiyaların ünvanı kimi müraciət edir. Bu mənada elektron KİV-lərin rolunu xüsusi qeyd etmək lazımdır.

Bu gün ölkəmizdə internet istifadəçilərinin sayı günbəgün artmaqdadır. Vətəndaşlarımız, xüsusilə də gənclərimiz internetin yaratdığı imkanlardan maksimum dərəcədə yararlanır, sosial şəbəkələrdən fəal istifadə edirlər. Bu baxımdan hər bir seçki prosesi dönəmində namizədlərin digər təbliğat vasitələri ilə yanaşı, virtual aləmdə də təbliğat aparmağa xüsusi maraq göstərməsi təsadüfi deyil. Çünki, namizədlərin görüşlərində, keçirdikləri təbliğat aksiyalarında hər bir seçicinin vaxt məhdudiyyəti baxımından iştirakı mümkün olmur. Bu mənada virtual təbliğatın böyük rolu vardır. Sonda mən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasına belə bir layihəni reallaşdırdığına görə öz minnətdarlığımı bildirirəm”.

Daha sonra AMEA-nın əməkdaşı, İKT üzrə mütəxəssis Cahid İsmayıloğlu çıxış edərək gənclərin maarifləndirilməsi istiqamətində İKT imkanlarının düzgün müəyyənləşdirilməsinin önəmliliyindən danışıb.

Gənclər Üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə isə çıxış edərək təhsil sistemində seçki ilə bağlı xüsusi maarifləndirmə proqramının salınmasının vacibliyindən danışıb.

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 10 saylı Seçki Məntəqəsinin sədri Fuad Rəsulov isə ilk dəfə səs verən gəncləri seçki prosesi ilə əyani tanış etdi.

Daha sonra Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, Ölkə.az xəbər saytının baş direktoru Məmməd Gülməmmədov, AzXeber.com saytının baş redakotoru-Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin sədri, Editor.az saytının rəhbəri Fərid Şahbazlı, çıxış edərək ilk dəfə səs verən gənclərin seçki maarifləndirilməsində KİV-in böyük rola malik olduğunu vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Mənim ilk səsim” virtual təbliğat mərkəzi (Election.az) layihəsi ölkənin bir çox regionlarında davam edəcək. (qhtxeber.az)

Baxış sayı : 1776
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42