2015-10-09 09:20:02 | SİYASƏT
XİN-dən ABŞ konqresmenlərinə tövsiyə

ABŞ konqresmenləri tərəfindən münaqişənin köklü səbəblərinə, işğal və təcavüz faktına varmayaraq, ABŞ-da erməni lobbi təşkilatı olan Amerika milli erməni komitəsinin təsiri altında münaqişə ilə bağlı irəli sürülən fikirlər obyektiv faktlar və mövcud reallıqdan kənardır

 

Bunu dailykarabakh-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ konqresmenləri Ed Royse və Eliot Engel tərəfindən münaqişə ilə əlaqədar irəli sürülən fikirlərə və “etimad quruculuğu” tədbirlərinə münasibət bildirərkən deyib.

H.Hacıyevin sözlərinə görə, səthi xarakter daşıyan bu fikirlər Ermənistanın “etimad quruculuğu” tədbirləri barəsində siyasi möhtəkirliyinin dəstəklənməsinə xidmət edir: "Bu məqsədlə ABŞ-da erməni lobbi təşkilatı olan Amerika Milli Erməni Komitəsi tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fikirləri də təhrif olunur".

XİN sözçüsü deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı zamanı etimad quruculuğu tədbirləri və münaqişənin real, mümkün həlli prosesinə bir daha aydınlıq gətirildi. Bildirildi ki, Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə məlumat mübadiləsi və ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir. Çıxış zamanı nazir Elmar Məmmədyarov tərəfindən o da vurğulandı ki, effektiv etimad quruculuğu tədbirləri üçün ilk növbədə və təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın işğalçı silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur".  XİN rəsmisi daha sonra deyib: "Əgər ABŞ konqresmenləri münaqişənin ədalətli həllində, insan tələfatının qarşısının alınmasında və regionda davamlı sülhün bərqərar olmasında həqiqətən maraqlıdırlarsa, onlara Azərbaycanın irəli sürdüyü və münaqişənin köklü həllinə xidmət edəcək bu real təklifləri dəstəkləməyi tövsiyə edərdik".

Baxış sayı : 1354
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19