2015-10-08 10:50:54 | SİYASƏT
“Ermənistanı işğala son qoymağa məcbur etməyin vaxtı çatıb”

Yaxın Şərq, Avrasiya və keçmiş SSRİ üzrə siyasi ekspert Castin Amler (Justin Amler) The Daily Caller nəşrində Azərbaycanla bağlı maraqlı bir məqalə ilə çıxış edib.

Məqalə müəllifi Azərbaycanın Ermənistanla münaqişəyə cəlb olunmasında yazaraq qeyd edib ki, Murovdağın ətəyində ərazi var ki, onun uğrunda çoxlarının eşitmədiyi müharibə 40 min insanın ölümünə və 1 milyona yaxın insanın məcburi köçkünə çevrilməsinə səbəb olub.

“Bura Dağlıq Qarabağdır və keçmiş SSRİ-nin respublikalarından biri olan Azərbaycanın ərazisindədir. Dağlıq Qarabağ BMT, ABŞ, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınıb, amma 20 ildən çoxdur Ermənistan tərəfindən işğal altında saxlanılır”,- müəllif yazır.

C. Amber qeyd edib ki, Dağlıq Qarabağdan başqa Azərbaycanın 7 rayonu da işğal edilib.

Müəllif məsələnin hüquqi tərəfinə toxunaraq, vurğulayıb ki, az müddət əvvəl Avropa insan haqları məhkəməsinin qərarı da ərazinin Azərbaycana aid olduğunu təsdiq etsə də, Ermənistan qeyri-qanuni olaraq bu torpaqları işğal altında saxlayır.

Azərbaycanın təbii sərvətlərinə toxunan C. Amber bildirir ki, Rusiya və İran ərazisindən yan keçməklə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri uzunluğuna görə yalnız ABŞ-ın Alyaskadakı kəmərindən geri qalır və Rusiya, İran xətlərinə alternativ olaraq Qərbi neftlə təchiz edir. O cümlədən İsrailin neft ehtiyaclarının 40%-ni ödəyir. “Hazırda Qərb tərəfdaşları ilə birlikdə qaz marşrutları da tikilir ki, bunlar da Rusiya və İrandan yan keçərək, Avropanı rəsmi Moskvadan olan qaz asılılığından azad edir. Ərazi iddialarına görə bütün bu kəmərlər Ermənistandan yan keçir ki, bu da həmin ölkənin iqtisadi cəhətdən geri qalmasına səbəb olur və hazırda çox kasıb bir ölkəyə çevrilməsinə səbəb olub”. 

Müəllif daha sonra yazır ki, Ermənistan və Azərbaycan iki fərqli ölkələrdir.

“SSRİ dağılan kimi Ermənistan özünün gələcəyini Rusiya ilə bağladı və faktiki olaraq onun vassalına çevrilib. Ermənistan NATO-ya özünü rəqib elan edən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.  Həmçinin Ermənistan keçmiş SSRİ respublikaları arasında Avroasiya Gömrük İttifaqına qoşulmaq haqqında ilkin qərar verənlərdən oldu. Ermənistan Rusiya ilə olduğu kimi, İranla da sıx əlaqələr qurub.

Ondan fərqli olaraq Azərbaycan Qərbə sıx inteqrasiya edib. Azərbaycan Qərb və ABŞ-la münasibətlərin qurulması istiqamətində, o cümlədən İsraillə münasibətlər baxımından iş aparıb. Azərbaycanda yəhudi vətəndaşlara münasibət çox yaxşıdır və bu ölkədə antisemitizm, islam ekstremizmi ilə mübarizə aparırlar. Bütün bunlar Azərbaycan əhalisinin əksəriyyətinin İslam dininə mənsub olması fonundadır. Azərbaycanda demokratik prinsiplər qurulur. Bu ölkənin Qərbin tərəfində olması Qərbin xeyrinə olardı. Bu həm strateji maraqlar, həm də proqressiv, demokratik dəyərlər baxımından xeyirli olardı.  

Son nəticədə bütün münaqişələrdə olduğu kimi, burada da insanlar öz torpaqlarında yaşamaq haqqını tələb edirlər. Hazırda Dağlıq Qarabağ bütün Ermənistan olduğu kimi monoetnik bir yerdir.  

ABŞ və Minsk qrupunun digər ölkələrin siyasi və maliyyə rıçaqlarından istifadə edərək Ermənistanı Azərbaycanın torpaqlarının işğalına son qoymasına məcbur etmək vaxtı çatıb”.(gun.az)

Məqalənin tam versiyası ilə bu linkdən tanış olmaq olar -  http://dailycaller.com/2015/10/06/a-tale-of-two-countries/.

Baxış sayı : 1616
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05