2015-10-07 10:00:55 | SİYASƏT
Nazir: "BMT Nizamnaməsinin prinsipləri yanlış təfsir edilir"

"Dövlətlərarası münasibətləri tənzimləyən BMT Nizamnaməsinin prinsipləri çox zaman yanlış təfsir edilir və ya qeyd-şərtlərlə həyata keçirilir"

Xarici İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarovun BMT-nin 70 illik yubileyi münasibətilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması” mövzusu üzrə BMT Baş Assambleyasının yüksək səviyyəli tematik debatında çıxışı zamanı deyib.
O bildirib ki, BMT-nin öz müqəddəratını müəyyən etmək prinsipi təhdid və ya güc tətbiqi, ərazi ələ keçirilməsi və əhalinin zorla yerdəyişməsi kimi qeyri-qanuni əməllərin gizlədilməsi üçün istifadə edilir: 
“Bütün dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi xüsusilə son iki onillikdə insan itkilərinin artmasına səbəb olub. BMT-nin sülhməramlı fəaliyyətinin əhəmiyyətli şəkildə intensivləşməsi təşkilatın bununla bağlı böyük resurslar sərf etməsinin bariz nümunəsidir. 
Buna görə də biz BMT-nin əsas funksiyaları arasında uzlaşmanın və balansın təmin edilməsini BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün ilkin şərt hesab edirik. Beynəlxalq münasibətlərdə dövlətlər davamlı inkişaf və əməkdaşlıq, insan hüquqlarına hörmətin təşviq edilməsinə şəraitin yaradılması üçün beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına səy göstərməlidir. 
İnsan hüquqlarının pozulması hallarının böyük əksəriyyəti bilavasitə və ya bilvasitə silahlı münaqişələr və dövlətlər arasındakı münasibətləri tənzimləyən norma və prinsiplərin kobud şəkildə pozulması ilə bağlıdır. 
Buna görə, BMT-nin beynəlxalq təhlükəsizliyə inkişaf gündəliyində məsələlərində olduğu kimi eyni enerji və inadkarlıqla yanaşması məqsədəuyğun olardı. Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüzün, terrorizm, şiddətli ekstremizm və sülhə qarşı digər təhdidlərin qarşısının alınması və aradan qaldırılması üzrə kollektiv tədbirlərin təkmilləşdirilməsi üçün nəzərəçarpacaq təhlükəsizlik hədəflərinin müəyyən olunması ideyasını nəzərdən keçirə bilərik”.
Nazir bu baxımdan Ermənistan və Azərbaycan arasında davam etməkdə olan münaqişənin qeyd edərək Ermənistanın destruktiv siyasətinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil etdiyini bildirib: 
“Ermənistan digər üzv dövlətin suverenliyi və ərazi bütövlüyünə qarşı güc tətbiq etməyə və onun ərazilərini işğal etməyə, mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi kütləvi vəhşiliklərə görə cəzasız qalmağa, işğalın hal-hazırkı status-kvosunu möhkəmləndirməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamağa və münaqişənin beynəlxalq hüquqa əsasən sülh yolu ilə həllinə mane olmağa davam edir. Azərbaycan iyirmi ildən artıqdır ki, Ermənistan tərəfindən sülhün kobud şəkildə pozulması və işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir”.

Baxış sayı : 1755
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42