2015-10-06 15:10:59 | SİYASƏT
“Geosiyasi maraqlar uğrunda informasiya müharibəsinin yeni mərhələsi başlayır”

Qərbin Yaxın Şərq və Afrika ölkələrində, bəzi postsovet dövlətlərində həyata keçirdiyi siyasət buradan ABŞ və Avropaya xeyli sayda miqrantın üz tutmasına səbəb olub

Lakin son vəziyyət Qərbin yenə də miqrantlara qarşı çox sərt mövqe sərgilədiyini göstərir. Bu isə miqrantlara qarşı atılan addımların daha da pisləşəcəyini deməyə əsas verir. Digər tərəfdən, bu fonda Qərbə miqrant axınının davam edəcəyi də gözlənir.

Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov sosial şəbəkədə bu məqama belə şərh verib: "Bu gün miqrant-qaçqın böhranının müstəmləkə siyasətindən miras qalması haqqında danışmaq sərfəli deyil". N. Məmmədov hesab edir ki, əsas məsələ bu böhranı yaradan səbəblər və ölkələr haqqında dərin elmi araşdırmanın nəticəsi olan məlumatın yayılmasıdır: "Geosiyasi maraqlar uğrunda informasiya müharibəsinin yeni mərhələsi başlayır". Hələlik isə, yuxarıda qeyd olunduğu kimi, Qərbə miqrant axını davam edir və bura üz tutanları heç də xoş münasibət gözləmir. Məsələn, neofaşistlərdən və digər sağ radikal qüvvələrdən ibarət qrup Almaniyanın şərqindəki Qota şəhərində yerləşən qaçqın şəhərciyinə hücum edərək oranı yandırıb. Polis əməkdaşları jurnalistlərin işinə maneçilik törədib, onların şəkil və video çəkmələrinə imkan verməyib. 

Xatırladaq ki, bu, neofaşistlərin qaçqın düşərgəsinə ilk hücumu deyil. Belə ki, avqustun 21-də Bavariyada Azərbaycandan olan miqrantların da yaşadığı düşərgədə yanğın törədilmişdi. Avropa Şurası isə bildirir ki, miqrantların kütləvi axını sıravi almanlara ciddi təsir edib və ölkədə anti-İslam, rasizm və antisemitizm ab-havası yaradıb. Avropa Şurasının milli azlıqlar komitəsinin bəyanatında bildirilir ki, son vaxtlarda Almaniyada artan rasizim ab-havası, kütləvi anti-İslam aksiyaları qurumu ciddi narahat etməkdədir. Sənəddə qeyd olunur ki, bu ölkədə müsəlmanlara qarşı antisemitizm şüarları ilə keçirilən nümayişlərin intensiv hal alması və antimiqrant əhval-ruhiyyəsi nəinki radikal qruplar, eləcə də hüquq-mühafizə orqanları əməkdaşları arasında da müşahidə olunmaqdadır. Ötən ilin qışında Drezden şəhərində iyirmi beş min nəfərin qatıldığı "Qərbin İslamlaşması" əleyhinə aksiya buna dəlil olaraq göstərilir. Komitə tərəfindən rəsmi Berlinə tövsiyə edilir ki, əhali arasında səbr, dözümlülük və mədəniyyətlərarası dialoqun artırılması mühüm əhəmiyyət daşıyır. Almaniya hökumətini bu istiqamətdə vacib addımlar atmağa çağıran Avropa Şurası tərəfindən polis və təhlükəsizlik sisteminə rasizm və ksenofobiya zəminində cinayətlərin tez bir zamanda araşdırılmasına göstəriş verilməsi istənilir.

 

Lakin bunun əvəzində rəsmi Berlin miqrantların gəlişinin qarşısını almaq üçün artıq Avstriya ilə sərhəddə ciddi yoxlanış nəzarəti tətbiq edib. Ciddi nəzarət Polşa və Çexiya ilə sərhədlərdə də tətbiq edilir. Miqrantlara qarşı belə sərt mövqe təkcə Almaniyada müşahidə olunmur. ABŞ-da prezident seçkilərində ən iddialı namizədlərdən hesab olunan milyarder Donald Tramp bir qədər də irəli gedərək, seçkilərdə qələbə qazanacağı halda, suriyalı qaçqınları geri göndərəcəyini bildirib: "Hökumətin 200 min suriyalı qəbul etmək istədiyini eşidirəm. Dinləyin, onların hər biri İŞİD üzvü ola bilər. Suriyadan bura gələn insanlara xəbərdarlıq edirəm: seçkilərdə qələbə qazansam, geri dönəcəklər". Seçki kampaniyasında əsas yeri miqrant mövzusuna verən milyarder ABŞ-Meksika sərhədində hasar inşa edəcəyinə söz verib.

Avropanın müxtəlif dövlətləri isə miqrantları qəbul etməmək üçün fərqli addımlar atır. Məsələn, Çexiya hökuməti daxili işlər naziri Milan Xovanetsə qaçqınların dövlətlər arasında növbəti dəfə bölüşdürülməsi üzrə kvotalardan imtina etmək səlahiyyəti verib. Çexiya ilə yanaşı, Macarıstan, Polşa və Slovakiya da eyni mövqe sərgiləyir. Çex Respublikasının baş naziri Boquslav Sobotkanın fikrincə, Avropa yalnız qaçqınların yerləşdirilməsi problemini deyil, həm də sərhədlərin ciddi mühafizəsi və miqrantların çoxunun gəldiyi Suriya və Liviyada hərbi münaqişələrin dayandırılması məsələlərini həll etməlidir. İsveçin baş naziri Stefan Löven də deyib ki, Avropa İttifaqı ölkələri təkcə qaçqınlara kömək etməklə kifayətlənməli deyil, həm də Avropaya miqrant axınının yaratdığı böhranın səbəblərinin aradan qaldırılmasında daha fəal olmaq lazımdır: "Biz indi növbəti addımı atmalıyıq, İnsanların istər Suriyadan, istərsə də Afrika ölkələrindən qaçmalarının səbəblərini araşdırmalı və aradan qaldırmalıyıq. Əlbəttə, bizə xarici sərhədlərdə nəzarət lazımdır, lakin bununla yanaşı, qaçqın axınını, məsələn, Suriyadakı müharibənin yaratdığı böhranı aradan qaldırmaqda fəal olmalıyıq".

Qeyd edək ki, İsveç qəbul etdiyi qaçqınların sayına görə lider ölkələrdən biridir. Bu isə hökumət orqanlarına problem yaradır və ölkədə sol radikal antimiqrant siyasi partiyaların daha çox populyarlaşmasına səbəb olur. Həmin partiyalar isə miqrantlara qarşı sərt mövqeləri ilə seçilir.(bakixeber)

Baxış sayı : 1577
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19