2015-09-30 09:20:25 | QHT VƏ MEDİA
Fransa qəzetində Azərbaycan haqqında məqalə dərc olunub

Fransada nəşr edilən "Dieney" (Elzasın Son Xəbərləri) qəzeti Azərbaycan haqqında iri məqalə dərc edib.

"Azərbaycan avropalıların ittihamlarından qıcıqlanıb" adlı məqaləni xüsusi müxbir Jak Fortye qələmə alıb. Məqaləni qısa ixtisarla çap edirik.

"Bazar ertəsi Azərbaycan parlamenti sentyabr ayının 10-da bu Qafqaz ölkəsində insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən Avropa Parlamenti ilə bütün əlaqələrini dayandırmaq haqda qərar qəbul edib. Avropa Parlamentinin qətnaməsinə cavab olaraq, rəsmi Bakı Avropanın Dağlıq Qarabağın işğalını və bir milyon qaçqın və məcburi köçkünü unutmasından təəssüfləndiyini bildirib.

"Bizə dərs keçən Avropa 130 min qaçqın problemini həll etmək iqtidarında deyil, biz isə artıq bir milyon qaçqın qəbul etmişik" - Azərbaycan parlamentinin sədri Oqtay Əsədov açıq şəkildə bildirib. Bu hiddətin səbəbi Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi qətnamədir. Qətnamədə Avropa Şurasının üzvü olan bu ölkədə insan haqlarının pozulmasından təəssüf hissi ifadə olunur. Parlament siyasi məhbusların əksəriyyətinin azad olunmasını tələb edir.

İkili standartlar?

Beləliklə, bazar ertəsi Azərbaycan parlamenti Strasburqdakı assambleya, həmçinin Avropa Parlamenti ilə Mərkəzi Avropa və Qafqazın yeddi ölkəsinin birgə orqanı olan Avronest ilə bütün əməkdaşlığı dayandırmaq haqda qərar qəbul edib.

Bakıda hakimiyyət nümayəndələri fərqli nazirliklərdə təkrar olunan və öncədən öyrənilmiş üslubdan istifadə edərək, ikili standartların mövcud olduğunu bildirir. 

"Bizi hüquq pozuntusu törətmiş iki, üç şəxsin saxlanmasına görə qınayırlar, lakin ərazilərimizin 20 faizinin işğalı və bunun nəticəsində 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi heç kimi maraqlandırmır" - İqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev hiddətlə qeyd edir. Burada 1988-1994-cü illər arasında davam etmiş müharibə nəticəsində ermənilərin suverenliyi altına düşmüş Dağlıq Qarabağ və ətrafındakı yeddi rayona işarə edilir. Bu günlərdə Bakıda səfərdə olmuş Fransanın Aşağı Reyn departamentindən senator və Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Andre Rişar da bu məsələni dəfələrlə təkrar edib.

"Biz problemlərin mövcud olduğunu rədd etmirik" - Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin rəhbəri, baş nazirin müavini Əli Həsənov qeyd edir və "illər sonra həll yolunun tapıldığını" bildirir. O "amerikan riyakarlığını", "erməni lobbisinin Avropadakı təsirini", "Rusiyanın postsovet ölkələri üzərindəki nəzarətini" tənqid edir. "Azərbaycan istisna olmaqla" - baş nazirin müavini bu məqamı dəqiqləşdirir.

Azərbaycan hökuməti, xoşməramlı addım olaraq, Fransa parlamentinin üzvləri Andre Rişar və Natali Qulenin Fransanın Azərbaycandakı səfiri Paskal Mönye ilə birlikdə həbsdə olan üç tanınmış məhbus - insan hüquqları üzrə fəal Leyla Yunus, vəkillər Rəsul Cəfərov və İntiqam Əliyevə baş çəkməsinə icazə verib.

Nadir tapılan dini azadlıq

Azərbaycan tənqidlərin qarşısını almaq üçün, ilk növbədə, özünün dini tolerantlığını təbliğ edir. Dini tolerantlığın həqiqətən real olduğu görünür ki, bu da müsəlman ölkəsinə xas olan cəhət deyil.

Qırmızı kərpiclərdən tikilmiş sinaqoqa girmək üçün ayaqqabıları çıxarmaq lazımdır. Azərbaycanın şimalında, Qubada yerləşən Qırmızı Qəsəbədə bu nadir adət qorunub saxlanıb. Qırmızı Qəsəbədə 5-6 min yəhudi yaşayır və onlar əhalisinin 95 faizi müsəlman olan ölkənin ən güclü icmasıdır. Onların rəhbərləri əminliklə təsdiq edirlər: yəhudilər bu ölkədə yaxşı yaşayır, müsəlman qonşuları və hakimiyyət qurumları ilə yaxşı münasibətlərə malikdirlər.

"Avropada dezinformasiya xarakterli məlumatlar olduqca çoxdur" - Yevda Abramov hiddətlə bildirir. "Sovet hakimiyyəti dövründə bütün dinlər təqib olunurdu. Müstəqillik qazanıldıqdan sonra isə bu artıq belə deyil: sinaqoqlarımızı özümüzə qaytarıblar və biz dinc şəkildə öz dinimizə etiqad edirik".

Azərbaycan parlamentinin deputatı olan cənab Abramov eyni zamanda insan hüquqları komitəsinin sədr müavinidir. O, sinaqoqda Tövratın qədim əlyazmalarını göstərir: "Sovet hakimiyyəti dövründə yəhudi ailələri bu əlyazmaları gizli saxlayırdı" - icma üzrə məsul olan şəxslərdən biri izah edir.

"Dağ yəhudiləri"

Bu şənbə axşamı yəhudi təqvimi üzrə yeni il olan Roş Ha-Şana qeyd ediləcək. Burada İsrailin "itkin düşmüş tayfalarının" törəmələri və ya İrandan gəlmələr adlandırılan "dağ yəhudiləri" bayrama hazırlaşır. Müsəlman icması artıq öz təbriklərini göndərib.

Bakıdan 170 km aralıda, dənizin sahilindəki böyük mehmanxanada Roş Ha-Şana bayramının şərəfinə paytaxtda yaşayan yəhudilər üçün rəsmi qəbul, dini ayin və şam yeməyi təşkil olunub. İslam və xristian dininin yüksək səviyyəli təmsilçiləri də qonaqlar arasındadır ki, burada xristianlığı rus pravoslav kilsəsi təmsil edir.

Bununla belə, onlar bu mərasimə ona görə birlikdə gəliblər ki, Parisdə, Buksvilldə, sonra isə Strasburqda (Elzasın Son Xəbərləri, 8 sentyabr) Elzas regionunun dinlərarası komitəsində Bakıdakı dini naharlarda bal, alma, balıq və narı bir-biri ilə paylaşdıqlarını təsdiq etsinlər.

Sovet sosializminin 70 illik dövrü ərzində din durğunluq vəziyyətində idi ki, bu da, görünür, hazırkı dini azadlığın və konfessiyalar arasındakı xoş münasibətlərin səbəblərindən biridir. Fransalı müşahidəçinin fikrincə, bunun digər səbəbi isə Azərbaycandakı islamın mötədil, qeyri-məcburi və dünyəvi xarakterli"olmasıdır.

Əslində, hətta Bakıda islamın gücü çoxsaylı məscidlərdə və xüsusən tikintisi keçən il başa çatmış və dörd minarəsi şəhərin üzərində 95 metr hündürlüyə yüksəlmiş məsciddə təcəssüm olunursa da, hicablı qadınlara nadir hallarda rast gəlmək olar. Burada insanlar Qərb ölkələrindəki kimi geyinir. Heç kim spirtli içki qəbul etməkdən çəkinmir.

Dini etiqad azadlığı həm də etiqadın olmaması deməkdir. Nadir hallarda belə müsəlman ölkəsinə rast gəlmək olar ki, onun tanınmış deputatı və parlamentinin beynəlxalq münasibətlər komitəsinin üzvü olan Cavanşir Feyziyev açıq şəkildə və ucadan bəyan etsin: "Mən ateistəm və öz övladlarımı da ateist kimi tərbiyə edirəm, lakin dinlərə hörmət edirəm".

Neftin qiyməti aşağı düşür? "Biz buna adət etmişik"

Avropa neftin qiymətinin aşağı düşməsinə sevinirsə, Bakıda bu məsələyə daha təmkinli münasibət göstərilir. 19-cu əsrdə dünyanın ilk neft istehsalçısı olmuş Azərbaycanın iqtisadiyyatı əsasən karbohidrogen və qaz ehtiyatlarından asılıdır. Sovet dövrünün keçmiş dövlət neft konqlomeratının bazasında 1992-ci ildə yaradılmış ARDNŞ bütün dünyaya neft ixrac edir. Enerji sektoru ümumdaxili məhsulun, demək olar ki, yarısını təmin edir.

"Biz neftin qiymətinin yuxarı qalxmasına və aşağı düşməsinə adət etmişik"- ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov fəlsəfi şəkildə fikir bildirib. "Bilirsiniz, bolşeviklər 1920-ci ildə Bakıya daxil olanda neftin dünya qiyməti qat-qat yuxarı idi! Mən işğaldansa, neftin qiymətinin aşağı düşməsinə üstünlük verirəm". Elşad Nəsirov gizlətmir: "Neftin qiyməti aşağı düşəndə biz layihələri ixtisar edir və ya təxirə salırıq". Yeni yataqların istismarı və ya Qafqazdan Türkiyə vasitəsilə Avropaya uzanacaq Cənub Qaz Dəhlizi də belə layihələrdəndir.

Elzas turizm və iqtisadi əlaqələri inkişaf etdirməyə ümid bəsləyir

11-15 sentyabr tarixlərində Azərbaycana səfər etmiş fransız nümayəndə heyətinin tərkibinə Elzasdan iki "missioner" də daxil idi. İqtisadiyyat sahəsində Fortwenger de Gertwiller biskvit fabrikinin səlahiyyətli nümayəndəsi və ərzaq sənayesi regional assosiasiyasının (ARİA) baş katibi Jerar Riş distribyutor müəssisələr və mehmanxana şəbəkələri ilə əlaqə qurub. Turizm sahəsində Elzas regionunun və Təbliğat Agentliyinin (AAA) vitse-prezidenti Mari-Ren Fişer turizm operatorları və mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qarşısında çıxış edib. Hökumət nümayəndələri, xüsusilə Azərbaycana səfər etmək üçün vizaların alınması prosesinin sadələşdirildiyi haqda məlumat verib".(bakixeber)

Baxış sayı : 1628
Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42 Xudayar Yusifzadənin şəhid olmasından bir il ötdü 2021-10-22 11:00:39