2015-09-26 11:45:03 | QHT VƏ MEDİA
İsrail mətbuatı "İŞİD"i Ermənistanla müqayisə edib

İsrailin nüfuzlu “Times of İsrael” nəşrində "İŞİD" tərəfindən mədəniyyət abidələrinin məhv edilməsi, oxşar aktların Ermənistan tərəfindən də sistematik həyata keçirilməsi barədə məqalə dərc edilib

APA-nın xəbərinə görə, məqalənin müəllifi İsrael Barouk mədəni təmizləmə məsələlərində "İŞİD"in tək olmadığını, eyni aktların Ermənistan tərəfindən Azərbaycana qarşı da həyata keçirildiyini diqqətə çatdırıb.
 Məqalədə qeyd edilib ki, radikalizm və ektremizm bütün etnik, dini azlıqlar üçün dünyəvi, proqressiv və tolerant dövlət olan Azərbaycandan yan keçib və bu ölkənin on illiklərdir ki, ABŞ və İsraillə güclü münasibətləri var.
"Azərbaycan bu nailiyyətləri ərazisinin Ermənistan tərəfindən qeyri-qanuni şəkildə işğal altında saxlandığı vaxtda əldə edib. Ermənistan etnik və mədəni təmizləməni təkcə müharibə illərində deyil, atəşkəs vaxtı da həyata keçirir. Bu faktlar dünyanın digər dövlətlərindən olan jurnalistlər tərəfindən də təsdiqlənib.
 2010-cu ildə İsveç jurnalisti Andre Widmer Azərbaycanın işğal edilmiş ərazilərini ziyarət edib və erməni işğalçıları tərəfindən Azərbaycanın mədəniyyətini və tarixini əks etdirən abidələrin məhv olunduğunu təsvir edib. Böyük Britaniyanın Qafqaz üzrə tanınmış eksperti Tomas de Vaal isə ermənilər tərəfindən dağıdılmış Ağdamı “kiçik Xirosima” ya bənzədib”, - deyə müəllif yazır.
Məqalədə qeyd olunur ki, Ermənistan hökuməti bir vaxtlar azərbaycanlıların yaşadığı ərazilərdə qədim erməni sivilizasiyası tapmaq, Azərbaycan kəndlərinin adlarını dəyişməklə məşğuldur.
 “Necə ki, "İŞİD" yenidən tarix yaratmaq istəyir, eləcə də işğalçı Ermənistan tarixi faktları bütövlükdə dəyişməyə çalışır”, - deyə müəllif qeyd edir.
 Məqalənin sonunda bütün antihumanist aktlara baxmayaraq, Azərbaycanın inkişaf və stabillik adasına çevrildiyi vurğulanır. 

Baxış sayı : 1687
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42