2015-09-10 09:15:57 | QHT VƏ MEDİA
Elektron vətəndaş cəmiyyəti portalı

Beynəlxalq Mətbuat Mərkəzində “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib

Təqdimat mərasimini giriş sözü ilə açan təşkilatın nümayəndəsi və layihənin rəhbəri Cəsarət Hüseynzadə layihə haqqında məlumat verərək bildirib ki, layihə qeyri-hökumət təşkilatların fəaliyyətinin cəmiyyətə daha dolğun və əlçatanlığının təmin edilməsin hədəfləyir.

Qeyd edilib ki, layihə çərçivəsində QHT- media münasibətlərinin monitorinqi aparılmış, QHT nümayəndələri arasında “Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini mütəmadi işıqlandıran ən yaxşı internet media orqanı”  devizi altında elektron sorğu keçirilmişdir.

C. Hüseynzadə bildirib ki, layihənin ən mühüm hissəsi isə heç şübhəsiz  layihə çərçivəsində yaradılan Elektron vətəndaş cəmiyyəti portalıdır. E-vətəndaş cəmiyyəti çox funksiyalı bir portal olaraq III sektor nümayəndələri üçün geniş imkanlar təqdim edir.

Bildirilib ki, portal eyni vaxta bir neçə funksiyanı yerinə yetirir. İlk növbədə portal QHT-lərə mustəqil subdomen verməklə, onlara öz saytlarını bu baza üzərindən yaratmağı təklif edir. Belə ki, www.e-vc.az ünvanında qeydiyyatdan keçən hər bir təşkilat öz saytlarını müstəqil formada hazırlayıb və idarə edə bilərlər. Bazada qeydiyyatdan keçmiş təşkilat öz veb saytlarına təşkilat haqqında informasiyaları, koordinatları, fəaliyyətləri haqqında xəbərləri, həyata keçirdiyi layihələr  və tədbirlər haqqında materialları, foto və video informasiyaları, çap etdikləri nəşrlərin və hazırladıqları hesabatları  elektron versiyalarını daxil etmək imkanına sahib olacaqdır.

Təşkilat ona məxsus şifrələrdən istifadə etməklə istənilən vaxt öz fəaliyyətləri haqqında yeni informasiyaları da bazaya daxil edə biləcək.

Qeydiyyatdan keçmiş QHT-lərin bazaya daxil etdiyi xəbərlər, həm də sosial şəbəkə funksiyası kimi 10 bölmə üzrə portalda yayımlanır. Bu funksiyaya sahib olmaq üçün Portal QHT-lərə standart və  yaxud VİP üzvlük statusu təklif edir. Üzvlük statusundan asılı olaraq, daxil edilən informasiyalar birbaşa və ya portal rəhbərinin icazəsi ilə xəbərlər bölməsində yayımlanacaq.

Portalda formalaşdırılan e-bazada isə QHT-lər 24 kateqoriyalar üzrə yerləşdirilib. Layihə icraçıları tərəfdən 300 QHT haqqında informasiya həmin bazaya daxil edilib. Bundan başqa, portala QHT-lərin icra etdikləri 300 layihə haqqında informasiya və fəaliyyətləri haqqında 400-ə yaxın xəbər və 14 video material daxil edilib.

Layihə rəhbəri fəaliyyət dövründə təşkilata informasiya dəstəyi göstərən Milli QHT Forumuna və Əlil Təşkilatları İttifaqına təşəkkür edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vaqif Seyidbəyli, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Sosial Rifah  və Tədqiqatlar İB-nin sədri Əkrəm Bəydəmirli, İnnovativ Təşəbbüs Mərkəzi İB-nin sədri Əşrəf Əhmədov və digər QHT və media rəhbərləri layihə haqqında fikirlərini və mülahizələrini bölüşüblər.

Tədbirin sonunda “Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini mütəmadi işıqlandıran ən yaxşı internet media orqanı”  devizi altında keçirilən elektron sorğunun ən yaxşı nəticələrinə görə qhtxeber.az portalı, “AƏRTAC” Azərbaycan Dövlət İnformasiya Agentliyi, “Azadinform” informasiya agentliyi, və Azpress.az xəbər saytı mükafatlandırıldı.

Bundan başqa, Qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini davamlı işıqlandırdığına görə İTV (İctimai Televiziya),  Elektron Vətəndaş Cəmiyyəti layihəsinə verdiyi ictimai dəstəyə görə Mlli QHT Forumunun prezidenti Rauf Zeyni və Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Birliyin mükafatları ilə təltif edildi.

Baxış sayı : 1631
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05